Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1826

Mədəniyyət Nazirliyində “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib

Mədəniyyət naziri Adil Kərimli mayın 31-də ölkəmizdə səfərdə olan “TikTok” platformasının Şərqi Avropa regionunda dövlət qurumları ilə iş üzrə direktoru Sergey Sokolov və platformanın nümayəndələri görüşüb. Qonaqları salamlayan nazir Adil Kərimli vurğulayıb ki, müasir rəqəmsal platformalar cəmiyyətdə, fərdlərin və ictimai fikrin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan yeni, maraqlı məzmunun yaradılması, rəqəmsal məzmunun keyfiyyətinin yüksəldilməsi yeni mədəniyyət strategiyasının bir neçə prioritet istiqamətləri ilə əhatə olunacaq fəaliyyətdir.

"TikTok" platforması ölkə üzrə 600 minə qədər istifadəçiləri və bir milyondan çox baxış sayı olan ən böyük platformalardan biridir, ona görə də buradakı məzmunun pozitiv, mənəvi dəyərlərə söykənən, elmi təbliğata köklənmiş, maarifləndirici olması istiqamətində inkişafı vacib şərtlərdən biridir. Bu platformada Azərbaycan mədəniyyətinin təbliği, davranış mədəniyyətinin formalaşdırılması və bu kimi məqsədlərlə xidmət edən rəqəmsal məzmunun yerləşdirilməsi üçün geniş imkanlar mövcuddur. Keyfiyyətli rəqəmsal məzmunun yaradılmasının təşviqi Azərbaycan Republikasının Mədəniyyət Nazirliyinin vəzifələrindən irəli gəlir və bu baxımdan "TikTok" platformasının imkanlarından qeyd olunan istiqamətlərdə istifadə imkanları qiymətləndirilməlidir. 

Son zamanlar bir çox ölkələrdə "TikTok" platformasından sui-istifadə halları da müşahidə olunmaqdadır. Cəmiyyətlərin maraqlarına, ümumbəşəri dəyərlərə zidd məzmunların paylaşılması nəticəsində insanlarda və bütövlükdə cəmiyyətdə dözümsüzlük, aqressiya, mənəvi və estetik primitivizm, intellektual deqradasiya artır, faydalı ola biləcək resursun imkanlarından zorakılığın təbliğatı və bu kimi mənfi tendensiyaların yaranması üçün istifadə edilir.

Qeyd olunan məsələlərin həlli, bu platformanın daha da təkmilləşdirilməsi və orada yerləşdirilən yerli məzmunun keyfiyyətinin və faydalılığının artırılması məqsədilə qarşılıqlı sıx əməkdaşlığın həyata keçirilməsi önəmlidir. 

Qonaqlar “TikTok” platformasının fəaliyyət mexanizmləri və hüquqi çərçivələri haqqında nazirə ətraflı məlumat veriblər, Azərbaycan mədəniyyəti ilə bağlı məzmunun keyfiyyətinin artırılması üçün əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. 
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “TikTok” son illər sosial şəbəkə platformaları və mobil tətbiqlər arasında geniş populyarlıq qazanan vizual platformadır. 2016-cı ildə Çində yaradılan və 2018-ci beynəlxalq versiyası istifadəyə verilən videoplatforma qısa müddətdə bütün dünyada yayılıb. Hazırda 150-dən çox ölkədə 1 milyarda yaxın istifadəçisi var. “TikTok”un onlarla ölkədə nümayəndəliyi fəaliyyət göstərir. Videoplatformanın interfeysi 50-dək dildə təqdim olunur.

XƏBƏRLƏR

02.10.2023 13:33
Azərbaycan III “Korkut Ata” Türk Dünyası Film Festivalına ev sahibliyi edəcək
29.09.2023 14:48
Prodüserlərin və prodüser olmaq arzusunda olan şəxslərin nəzərinə
29.09.2023 14:45
Animatorların inkişaf proqramına qəbul başladı
28.09.2023 15:48
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
27.09.2023 17:55
Azərbaycan ilə Qətər arasında mədəni əməkdaşlıq müzakirə olunub
27.09.2023 16:42
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
26.09.2023 17:17
Azərbaycanın mədəniyyət naziri İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında çıxış edib
26.09.2023 12:11
DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək
25.09.2023 16:35
Qarabağımızın incisi Şuşa yekdil qərarla “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi
21.09.2023 18:42
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
19.09.2023 13:08
Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub
18.09.2023 17:30
“Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
18.09.2023 15:12
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib
18.09.2023 12:44
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
15.09.2023 18:24
MDB-yə üzv dövlətlərin Yaradıcı və Elmi Ziyalılarının XVI Forumu və MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının 38-ci iclası keçirilib
15.09.2023 17:52
Üzeyir Hacıbəyli festivalı 10-dək ölkədən musiqiçiləri bir araya gətirəcək
15.09.2023 12:13
Bu gün görkəmli kinorejissor, Xalq artisti Xamis Muradovun 80 illik yubileyidir
15.09.2023 10:34
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə sənəd qəbununun vaxtı uzadılıb
15.09.2023 08:40
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ciddədə İƏT baş katibinin müavini ilə görüşüb
13.09.2023 15:46
Özbəkistanda “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşaya həsr olunan poçt markası buraxılıb
13.09.2023 15:01
Arif Məlikovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub
12.09.2023 14:52
Vətən müharibəsindəki tarixi zəfərə ithaf edilən ədəbi müsabiqənin nəticələri bəlli olub
11.09.2023 13:53
VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatdı
08.09.2023 14:45
Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub
07.09.2023 17:30
Bakıda 6-cı “Animafilm” festivalı keçirilir