Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1577

Xaçmaz, Qusar və Quba rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib

Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Xaçmaz, Qusar və Quba rayonlarında olub.
Xaçmaz rayonundakı Heydər Əliyev Mərkəzinə, uşaq musiqi və incəsənət məktəblərinə, muzey və klublara, kitabxanalara baxış keçirilib. Yaradılan şəraitdən səmərəli istifadə olunması, nəticəyönümlü fəaliyyət və işin müasir tələblər səviyyəsində qurulmasının vacibliyi diqqətə çatdırılıb.
Qusar rayonunda Uşaq İncəsənət məktəbi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) və onun 43 kənd və qəsəbə kitabxana filialları, Rəsm Qalereyası, Tarix-Diyarşünaslıq Muzeyi, Mədəniyyət Mərkəzi, eləcə də 14 Mədəniyyət evi və 38 klub fəaliyyət göstərir. Rayondakı mədəniyyət müəssisələrinin bir qismi və tarixi irsimizi əks etdirən tikililərə baxış keçirilib.  İşlək mexanizmlərin tətbiqi üçün bölgəyə xas olan yaradıcılıq istiqamətlərinin stimullaşdırılması ilə bağlı tapşırıqlar verilib. Qusar rayonunun Əniq kəndi ərazisindəki XIII əsrə aid qala divarlarının qalıqları və məscidə də baxış keçirilib.

Quba Heydər Əliyev Mərkəzindəki təmir işlərinin gedişatı ilə maraqlanılıb, Yaşıl teatr və Bayraqlar muzeyinə, eləcə də "Günbəzli hamam"a baxış keçirilib. XVIII-XIX əsrlərə aid edilən hamamın tanıdılması və mühafizəsinin təşkili ilə bağlı müvafiq göstərişlər verilib.

XƏBƏRLƏR

27.03.2023 17:04
Akademik Milli Dram Teatrının “Məlikməmməd” tamaşası Şəkidə nümayiş olunub
17.03.2023 15:54
Parisdə Novruz bayramı təntənəli şəkildə qeyd edilib
13.03.2023 11:43
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
10.03.2023 09:07
Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək
06.03.2023 14:13
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
03.03.2023 17:21
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq
03.03.2023 16:25
Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.03.2023 13:39
Milli Muğam Müsabiqəsi başlayır
01.03.2023 15:48
Xalq artisti Oqtay Kazıminin yubileyinə həsr olunan musiqi axşamı keçirilib
01.03.2023 15:36
“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib
25.02.2023 12:46
Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi
23.02.2023 16:11
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.02.2023 15:14
Əməkdar rəssam Ağasaleh Nuriyev vəfat edib
21.02.2023 10:53
Xalq artisti Ramiz Novruz vəfat edib
20.02.2023 17:15
Xalq artisti, muğam ustadı Arif Babayevin 85 illiyi qeyd olunub
20.02.2023 16:18
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək
20.02.2023 09:34
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edib