Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1354

Bu gün Azərbaycan Gəncləri Günüdür

2 fevral - Azərbaycan Gəncləri Günüdür. Artıq 26 ildir Azərbaycanın əlamətdar günlər təqvimində yer alan bu bayramı gənclərimizə müasir Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyev ərməğan edib. Ulu öndər tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasəti sayəsində Azərbaycanda mənəviyyatca zəngin, vətənpərvər ruhlu gənc nəsillər yetişir. 

Tariximizə şanlı Zəfərlə həkk olunan 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin vətənsevərliyini, fədakarlığını, qəhrəmanlığını bütün dünyaya nümayiş etdirdi. Qürur hissi ilə qeyd edə bilərik ki, canı-qanı bahasına xalqımıza bu Zəfəri yaşadanlar sırasında mədəniyyət sahəsində çalışmış gənclərimiz də var. Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızı bir daha dərin ehtiramla yad edirik. Vətən müharibəsində qazi olmuş onlarla gəncimiz bu gün Mədəniyyət Nazirliyi sistemində bizimlə bərabər çalışırlar.

Azərbaycan gəncliyi, o cümlədən mədəniyyət və incəsənət sahələrində çalışan, yaradıcılıq fəaliyyəti göstərən gənclərimiz dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Onların bilik və bacarıqlarının aşkara çıxarılması, təşviq edilməsi məqsədilə proqramlar həyata keçirilir, istedadlı gənclər Prezident təqaüdünə, mükafatlara layiq görülürlər. Gənclərin yüksək səviyyədə bədii təhsilinə, beynəlxalq festival və müsabiqələrdə iştirakına şərait yaradılır, onların sorağı dünyanın mötəbər incəsənət məkanlarından gəlir. Bu gün ölkə həyatının bütün sahələrində, o cümlədən mədəniyyət və incəsənət sahələrində gənclərin xüsusi yeri var. İşində peşəkar, məsuliyyətli, vətənsevər gənclər ölkəmizin gələcəyidir.  
Mədəniyyət Nazirliyinin kollektivi adından bu əlamətdar gün münasibətilə gənc həmkarlarımızı və onların timsalında Azərbaycanın bütün gənclərini səmimi qəlbdən təbrik edir, hər kəsə cansağlığı, səadət, peşə fəaliyyətində, yaradıcılıqda, dövlətə və xalqa xidmət niyyətli bütün əməli işlərində yeni uğurlar arzulayırıq.

XƏBƏRLƏR

27.03.2023 17:04
Akademik Milli Dram Teatrının “Məlikməmməd” tamaşası Şəkidə nümayiş olunub
17.03.2023 15:54
Parisdə Novruz bayramı təntənəli şəkildə qeyd edilib
13.03.2023 11:43
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
10.03.2023 09:07
Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək
06.03.2023 17:59
Xaçmaz, Qusar və Quba rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
06.03.2023 14:13
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
03.03.2023 17:21
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq
03.03.2023 16:25
Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.03.2023 13:39
Milli Muğam Müsabiqəsi başlayır
01.03.2023 15:48
Xalq artisti Oqtay Kazıminin yubileyinə həsr olunan musiqi axşamı keçirilib
01.03.2023 15:36
“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib
25.02.2023 12:46
Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi
23.02.2023 16:11
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.02.2023 15:14
Əməkdar rəssam Ağasaleh Nuriyev vəfat edib
21.02.2023 10:53
Xalq artisti Ramiz Novruz vəfat edib
20.02.2023 17:15
Xalq artisti, muğam ustadı Arif Babayevin 85 illiyi qeyd olunub
20.02.2023 16:18
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək
20.02.2023 09:34
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edib