Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1099

“Azərbaycan mədəniyyət həftəsi” Albaniyada böyük coşqu ilə qarşılandı

31 avqust - 3 sentyabr tarixlərində Tirana şəhərində Azərbaycanın zəngin mədəniyyəti, kulinariyası və incəsənət inciləri Albaniya ictimaiyətinə təqdim olunub. 

Tədbirin ilk günündə Tirana Milli Muzeyində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərginin açılışı olmuş və Ümummilli liderin şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi ziyarətçilərə təqdim edilmişdir. Həmçinin, Heydər Əliyev Fondunun “Tərəqqinin memarı” adlı fotosərgisi, Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından görkəmli rəssamlarımızın əsərləri və Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından əsrarəngiz xalçalar nümayiş olunub. Burada ziyarətçilər üçün VR - virtual reallıq qurğuları vasitəsilə Azərbaycanla virtual tanışlıq imkanı yaradılıb.

Eyni gündə Tirana şəhərinin İsgəndərbəy Meydanında Xalq artisti Fəxrəddin Kərimovun bədii rəhbərliyi altında Kamera Orkestrinin müşayiəti ilə Xalq artistləri Fidan Hacıyeva, Azər Zeynalov, Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, Elvin Qəniyev, həmçinin Sədəf Budaqova və İbrahim Babayev ifasında milli musiqimizin inciləri tamaşaçılara təqdim olunub. Albaniya mədəniyyət naziri xanım Elva Margariti, Albaniyada akkreditə olunan xarici ölkə səfirləri və digər rəsmilər konserti izləyənlər arasında yer almışlar.

Növbəti gün “Natiq” ritm qrupu və “Mirvari” rəqs ansamblı rəngarəng proqramla çıxış ediblər. “Qavaldaş”, “Qarabağ”, “Yanardağ”, “Mehriban”, “Sarı gəlin” və s. kompozisiyalarını yerli auditoriya böyük coşqu ilə qarşılayıb, rəqslərə qoşulub. Musiqi və rəqslərimizin ecazkar çələngi ilə bərabər səhnədəki monitorda Azərbaycanın tarixi, coğrafiyası, milli xalçalarımız, şəbəkə sənəti, İçərişəhər, Şuşa və Cıdır düzünün görüntüləri izləyicilərin böyük marağına səbəb olub.

Tədbirin son günündə Tirananın Reja The Could pavilyonunda Azərbaycan kino sənətinin əvəzsiz incilərindən olan, 1945-ci ildə çəkilmiş və Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə dünya kino sənayesinin mərkəzi olan “Hollywood”da rəngli formatda bərpa olunmuş "Arşın mal alan" filmi nümayiş etdirilib.

2 sentyabr tarixində Tirananın İtaliya meydanında Azərbaycanın Respublikası Xalq artisti Ənvər Sadığov və Əməkdar artist Emil Əfrasiyabın rəhbərlik etdiyi Buta qrupunun etno-caz konserti baş tutub. Qrup ənənə və müasirlik arasında körpü yaradaraq, müxtəlif janrlarda sintez xarakterli improvizasiyalar ifa edib.

Azərbaycan mədəniyyət həftəsi çərçivəsində, həmçinin Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin təşkilatçılığı ilə İsgəndərbəy meydanında yerli sakinlərə ölkəmizin milli mətbəx nümunələri, milli şirniyyatlarımızdan çələnglər və müxtəlif təbliğat-nəşr materialları təqdim olundu.

Mədəniyyət günləri çərçivəsində Azərbaycan nümayəndə heyəti Albaniyanın mədəniyyət naziri xanım Elva Margariti, Tirana şəhər meri Erion Veliac və Albaniya Milli Kitabxanasının direktoru Piro Mişa ilə görüşlər keçirib, ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.

XƏBƏRLƏR

30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub
21.11.2023 16:02
“Yaradıcı Həftə” çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək
21.11.2023 14:43
Kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb
17.11.2023 10:48
Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirildi
16.11.2023 22:25
Film layihələri müsabiqəsinin ikinci mərhələsinə yekun vurulub
16.11.2023 16:36
Azərbaycan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunur
16.11.2023 12:12
XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri elan olunub
14.11.2023 18:20
Türkiyənin Prezident Kitabxanasında “Şuşa – zirvədən uca” kitabının təqdimatı keçirilib