Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1093

Bu gün görkəmli kinorejissor, Xalq artisti Xamis Muradovun 80 illik yubileyidir

Sentyabrın 15-də görkəmli kinorejissor, Xalq artisti, Prezident təqaüdçüsü Xamis Muradovun 80 yaşı tamam olur. 

Bu münasibətlə ömrünün 40 ildən çoxunu milli kinematoqrafiyanın inkişafına həsr edən sənətkarı Mədəniyyət Nazirliyinin kollektivi və ölkəmizin kino ictimaiyyəti adından səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, yaradıcılıq eşqi ilə zəngin fərəhli illər arzulayırıq.

Xamis Bəkir oğlu Muradov 1943-cü ilin 15 sentyabrında Qax rayonunun Qaxmuğal kəndində anadan olub. Bakı şəhərində 72 nömrəli orta məktəbi bitirib. 1962-1966-cı illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indiki ADMİU) Rejissorluq fakültəsində təhsil alıb. 1966-cı ildən Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əmə fəaliyyətinə başlayıb. Görkəmli kinorejissorlar Şamil Mahmudbəyovun quruluş verdiyi “Torpaq. Dəniz. Od. Səma” (1967) və Muxtar Dadaşovun çəkdiyi “Qanun naminə” (1968) filmlərində rejissor assistenti kimi çalışıb. O, Ş.Mahmudbəyovun 1969-cu ildə lentə aldığı “Şərikli çörək” filmində də ikinci rejissor olub.

Xamis Muradov kino sənətinin sirlərinə daha dərindən bələd olmaq üçün 1969-1971-ci illərdə Moskvada “Ali rejissorlar və ssenaristlər kursu”nda təhsilini davam etdirib. Bakıya qayıtdıqdan sonra “Nəsimi” (1971) qısametrajlı tarixi-bioqrafik sənədli filmi ilə rejissor debütünü edib. Bu ekran əsərindən sonra sənədli kino istiqamətinə yönələn rejissor “Azərbaycanfilm”də tanınmış ədəbiyyat və mədəniyyət xadimlərimiz və s. haqqında 50-dən artıq maraqlı film lentə alıb. Rejissorun “Aşıq Ələsgər”, “Daşkəsən”, “Həmid Sultanov”, “Bahar günəşi”, “Qarabağ bülbülləri”, “Şənlik bizə yaraşır”, “Dünyaya insan gəlir”, “Üzeyir Hacıbəyov”, “Bakının işıqları”, “Natəvan”, “Abşeron rəngləri” və digər koloritli üslub və priyomlarla lentə aldığı filmlər görkəmli şəxsiyyətlərimizin tanıdılmasında yeni nəsillərin tərbiyəsində, vətəndaşlıq məsuliyyətinin artmasında mühüm rol oynayıb. Müəllifin “Əks-səda” və “Balaban” filmləri Dövlət mükafatına, “9 dəqiqə” filmi isə “Humay” və “Qızıl çıraq” mükafatlarına layiq görülüb.
Xamis Muradov eyni zamanda 20-yə yaxın sənədli filmin ssenari müəllifi, 10-dək bədii ekran işinin  (“Ovsunçu”, “Yalan”, “Biz qayıdacağıq!”, “Günaydın, mələyim!”, “Əlavə təsir”, “Tərsinə çevrilən dünya” və s.) prodüser kimi çalışıb.

Rejissor 1988-2001-ci illərdə “Salnamə” sənədli filmlər studiyasına rəhbərlik edib. 2002-2011-ci illərdə isə “Azərbaycanfilm” kinostudiyasının direktoru olub. 

Xamis Muradov Azərbaycan kinosunun inkişafında xidmətlərinə görə 2000-ci ildə “Əməkdar incəsənət xadimi”, 2005-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2012-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

XƏBƏRLƏR

30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub
21.11.2023 16:02
“Yaradıcı Həftə” çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək
21.11.2023 14:43
Kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb
17.11.2023 10:48
Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirildi
16.11.2023 22:25
Film layihələri müsabiqəsinin ikinci mərhələsinə yekun vurulub
16.11.2023 16:36
Azərbaycan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunur