Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2069

Musiqi, incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu qaydalarında dəyişiklik edilib

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə (bundan sonra – məktəblər) direktorların və tədris işləri üzrə direktor müavinlərinin işə qəbulu qaydalarında dəyişikliklər edilib. Yeni qaydalara əsasən, test imtahanı və müsahibə mərhələsinin keçid balları aşağı salınaraq namizədlərə bərabər imkanlar yaradılıb.

Əvvəlki qaydalara görə, Bakı şəhər məktəblərində direktor vəzifəsi üçün test imtahanının minimum keçid balı 70, Abşeron rayon, Sumqayıt və Gəncə şəhərlərinin məktəbləri üçün 60, digər şəhər və rayonlar üzrə isə 50 bal idi. Direktor müavinləri üçün isə bu göstərici Bakı şəhəri üzrə 63, Abşeron rayon, Sumqayıt və Gəncə şəhər məktəbləri üçün 54, digər bölgələrdə isə 45 bal təşkil edirdi. Yeni qaydalarda bölgə fərqləri aradan qaldırılaraq bütün şəhər və rayonlar üzrə məktəblərdə direktorlar üçün keçid balı 55, direktor müavinləri üçün isə 50 bal müəyyən olunub.

Əvvəlki qaydalara əsasən, müsahibə mərhələsində 32 və daha çox bal toplamış namizəd uğurlu hesab edilirdi. Yeni qaydalara görə, müsahibə mərhələsində direktor vəzifəsi üçün minimal keçid balı 22, direktor müavini vəzifəsi üçün isə 20 bal müəyyən olunub.

Bu dəyişikliklərin əsas məqsədi daha çox namizədin müsabiqədə iştirakına imkan yaratmaqdır.

Müsahibədə iştirak edən namizədlərin qiymətləndirmə meyarlarında da dəyişikliklər edilmişdir. Namizədin  qiymətləndirilməsi 4 meyar üzrə konkret kriteriyalar və standartlaşdırılmış qiymətləndirmə formaları əsasında aparılacaqdır.

Test və müsahibə mərhələsində topladığı balların cəmi əsasında namizədin yekun nəticəsi (faizlə) hesablanacaq. Test və müsahibədə ayrı-ayrılıqda 55% və daha artıq nəticə göstərənlər həm direktor, həm də direktor müavini vəzifələri üçün, 50%-54% nəticə göstərənlər yalnız direktor müavini vəzifələri üçün vakansiya seçmək hüququ əldə edəcəklər.

Namizədlərin vakansiya seçimindən sonra vakant vəzifələrə yerləşdirilməsi müsabiqə əsasında təşkil ediləcək.

Daha ətraflı məlumatı əldə etmək üçün Qaydalarla tanış ola bilərsiniz

https://culture.gov.az/medias/media/other/1006/direktor-v-mu-avinl-rin-is-q-bul-qaydalar-2024-1.pdf

 

XƏBƏRLƏR

03.12.2024 15:48
Şəkidə IV Beynəlxalq Teatr Festivalı keçirilir
03.12.2024 10:09
İslam ökələrinin gəncləri arasında “Şuşa Yaradıcılıq Marafonu” keçirilir
02.12.2024 10:19
CulTech İnkubasiya proqramına qəbul davam edir!
29.11.2024 17:51
Mədəniyyət naziri Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edib
29.11.2024 12:04
Xalq rəssamı Rafiq Nəsirov vəfat edib
25.11.2024 17:34
Azərbaycanlı gənclər “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər
23.11.2024 17:38
Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb
21.11.2024 11:39
Azərbaycanda ilk dəfə Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü qeyd edilib
20.11.2024 16:54
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirilib
20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
12.11.2024 12:07
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
09.11.2024 12:01
Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib
09.11.2024 11:53
Azad torpaqlarda bayram konsertləri təşkil olunub
07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 15:53
COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub