Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1547

“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib

Oktyabrın 2-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Kino Agentliyinin (ARKA) dəstəyi ilə Heydər Əliyev Mərkəzində “Baku Cinema Breeze” (BCB) Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib. 
Audiovizual sənayenin inkişafı məqsədi daşıyan festival Mədəniyyət Nazirliyinin “Yaradıcı Azərbaycan” layihəsi çərçivəsində təşkil olunur.
Açılış mərasimində rəsmilər, Azərbacanın və bir sıra ölkələrin kino xadimləri və digər qonaqlar, kinosevərlər iştirak ediblər. 
Mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxış edərək deyib ki,  festival Azərbaycanı regionda kino sənayesinin mərkəzi kimi tanıtmaq, kino mədəniyyətini inkişaf etdirmək məqsədilə keçirilir.
TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov Azərbaycanın kino sənayesində mühüm irəliləyişlərin olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu kimi tədbirlər ortaq layihələrin dəstəklənməsi ilə yanaşı, kino sənayesi bazarını müəyyən edən istehsalçıların mübadiləsinə, birgə layihələrin dəstəklənməsinə zəmin yaradacaq.
Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov festivalın kino sənayesindəki proseslərin sürətləndirilməsinə töhfə verəcəyini, aidiyyəti şirkətləri müştərək layihələrə sövq edəcəyini vurğulayıb.
Açılış mərasimində “Baku Cinema Breeze" festivalının əhatə etdiyi film festivallarının direktorları – İmam Həsənov (“DokuBaku”), Rəşid Ağamalıyev (ANİMAFİLM), Oktay İyusibov (Türk Dünyası Beynəlxalq Animasiya Festivalı - ATA) və Fehruz Şamıyev (Bakı Beynəlxalq Film Festivalı – BİFF) çıxış edərək tədbirin əhəmiyyəti barədə fikirlərini bölüşüblər, ideyanın dünya kinosuna inteqrasiya üçün yeni meydan olduğunu deyiblər. 
Həmçinin tədbirdə bu xüsusi günün əbədiləşdirilməsi üçün üzərində “Baku Cinema Breeze” yazılan boşqabın üzərinə imzalar atılıb.
Tədbir çərçivəsində ARKA-nın təsis etdiyi “Yaşıl dünya naminə” kino mükafatı da təqdim olunub. Mükafatı mədəniyyət nazirinin müavini Səadət Yusifova "On melting snow" (“Əriyən qar üzərində”) filmi ilə qlobal iqlim gündəminə verdiyi töhfəyə görə kinematoqraf Mojitaba Bahaduriyə təqdim edib.
Gecədə “Animasiya film sənayesinin inkişafına verdiyi töhfəyə görə” təltif olunan Məsud Pənahi (Azərbaycan), Mavzur Mahmudov (Özbəkistan), Salimgali Mirzaşev (Qazaxıstan), Kanybek Omurbekov (Qırğızıstan), Mojek Charyyev (Türkmənistan), Berat İlk (Türkiyə) və Elçin Axundov (Azərbaycan) təşkilatçılara, onların əməyini unutmayan hər kəsə təşəkkürlərini bildiriblər.
Mükafatçılar sırasında keçmiş SSRİ-nin və Rusiyanın görkəmli sənədli filmlər rejissoru və ssenaristi Yevgeni Simbal da var. O, “Sənədli filmlərin inkişafına verdiyi töhfəyə görə” mükafata layiq görülüb. 

Xatırladaq ki, oktyabrın 3-dən etibarən Heydər Əliyev Mərkəzində ilk dəfə olaraq festival çərçivəsində “Omarket” (Şərq ölkələrinin kino marketi) təşkil edilir.
Festival müddətində Nizami Kino Mərkəzi, “CineMastercard Azərbaycan” kinoteatrı, “YARAT” Müasir İncəsənət Məkanı, “Kapellhouse Baku”, “Landmark” və “YAY Gallery” məkanlarında paytaxt sakinləri və qonaqları, ümumilikdə bütün kinosevərlər üçün film nümayişləri təşkil olunacaq.
“Baku Cinema Breeze” festivalı oktyabrın 8-dək davam edəcək.

XƏBƏRLƏR

25.10.2024 17:05
Bakı Dövlət Universiteti ilə Milli Kitabxana arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
25.10.2024 15:37
"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" ilkin mərhələdə 20 nəfəri əhatə edəcək
23.10.2024 09:31
Ölkəmizdə ilk dəfə mədəniyyət müəssisəsinə “beynəlxalq” statusu verilib
18.10.2024 17:11
Milli Konservatoriyada musiqi təhsili ilə bağlı müzakirə aparılıb
18.10.2024 09:02
Füzulidə geniş konsert proqramı təqdim olunub
17.10.2024 17:25
Musiqi, incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu qaydalarında dəyişiklik edilib
17.10.2024 17:02
Füzulidə növbəti “Şəhər günü” keçirilir
16.10.2024 16:16
Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
16.10.2024 11:31
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
15.10.2024 17:32
Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
15.10.2024 10:00
Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib
11.10.2024 16:11
ICESCO nümayəndə heyəti Ağdam şəhərinə səfər edib
11.10.2024 12:54
Adil Kərimli “Yuğ” teatrının kollektivi ilə görüşüb
11.10.2024 12:38
Mədəniyyət naziri Azərbaycan Dövlət Kukla Teatrında olub
09.10.2024 18:17
Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
09.10.2024 09:17
Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası öz işinə başlayıb
08.10.2024 16:59
UNESCO Baş Qərargahında Azərbaycanın COP29-da baş tutacaq mədəniyyət məzmunlu tədbirlərinə dair təqdimat keçirilmişdir
07.10.2024 22:31
“Baku Cinema Breeze” çərçivəsində 8-ci DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalı keçirildi
07.10.2024 17:27
Türk Dünyasının Beynəlxalq Animasiya Festivalı keçirilib
07.10.2024 17:18
7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi
07.10.2024 14:37
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub
04.10.2024 17:15
Cəbrayılda ilk "Şəhər günü" keçirilib
04.10.2024 15:17
“Baku Cinema Breeze” festivalı çərçivəsində “Omarket”in platformasının açılışı olub
03.10.2024 17:26
Bakıda tarixi İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilir
03.10.2024 12:34
Görkəmli qazax yazıçısı Kemel Tokayevin dilimizə tərcümə edilmiş "Xüsusi tapşırıq" kitabının təqdimatı keçirilib
02.10.2024 17:29
Paytaxtımızda X Beynəlxalq Kitab Sərgisi başlandı
01.10.2024 14:35
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi işğaldan azad edilən ərazilərdə incəsənət təhsili üzrə ilk tədris ocağıdır
01.10.2024 12:14
Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin geniş icmalı
01.10.2024 10:22
“Baku Cinema Breeze” beynəlxalq film festivalının açılışına sayılı günlər qaldı
30.09.2024 17:47
X Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib
30.09.2024 17:40
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024 17:20
Monteneqroda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının növbəti Assambleyası təşkil olundu
27.09.2024 16:55
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
27.09.2024 15:44
Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər