Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1341

“Baku Cinema Breeze” festivalı çərçivəsində “Omarket”in platformasının açılışı olub

Oktyabrın 3-də Mədəniyyət Nazirliyi və Kino Agentliyinin (ARKA) dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən “Baku Cinema Breeze” Beynəlxalq Film Festivalı çərçivəsində Şərq ölkələri filmlərinin dünyaya tanıdılması üçün vacib platforma rolunu oynayacaq “Omarket”in platformasının açılışı keçirilib. Heydər Əliyev Mərkəzində gerçəkləşən mərasimdə əvvəlcə qonaqlar yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə təşkil edilən sərgi ilə tanış olublar.

Sərgi kino, animasiya, musiqi, mədəniyyət sahəsində startaplar, oyun texnologiyaları, dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkanları bir araya gətirib. Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, ilk dəfə keçirilən “Baku Cinema Breeze” ölkəmizdə fəaliyyət göstərən bütün kino festivallarını özündə birləşdirir, kino ekosistemini bir çətir altında toplayır.

Layihə çərçivəsində “Omarket” sərgisinin təşkil edilməsi ölkəmizdə kino sənayesinin inkişafı üçün böyük potensialın olduğunu və dövlətimizin bu prosesə dəstək verdiyini göstərir. Onun sözlərinə görə, ümumilikdə “Baku Cinema Breeze” platforması 15-dən çox ölkənin nümayəndələrini, 100-dən çox qonağı, 300-ə yaxın filmin nümayiş ediləcəyi tədbirləri özündə birləşdirir: “Platforma çərçivəsində keçirilən festivallar təkcə kino sənətinin inkişafına təkan vermir, həm də gənc və istedadlı rejissorlarımıza özlərini ifadə etmək, dünyaya çıxış əldə etmək imkanı yaradır.

Festivallarda nümayiş olunacaq filmlərin hər biri böyük zəhmət, yaradıcılıq və sevgi ilə ərsəyə gəlib. Qeyd olunub ki, gənc istedadları dəstəkləmək, onların potensialını artırmaq və milli kinematoqrafiyamızın beynəlxalq səviyyədə tanınmasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən bir çox layihələr həyata keçirilir.

Bunların sırasında ARKA tərəfindən 2023-cü ildə elan edilən film layihələri müsabiqəsini, bu il elan edilən postprodakşn mərhələsində olan film layihələrinin tamamlanmasına dəstək müsabiqəsi və qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin (MYS) təşviqi üzrə qrant müsabiqəsini qeyd etmək olar. Mədəniyyət Nazirliyi həmçinin mütəmadi olaraq animasiya, tammetrajlı və qısametrajlı filmlər, sənədli filmlərə dair film festivallarına dəstək göstərir.

Bildirilib ki, MYS üzrə İşçi qrupun fəaliyyəti çərçivəsində hazırda müvafiq dövlət təşəbbüsləri müzakirə olunur. Bu təşəbbüslərə kino parklarının yaradılması layihəsi, kino sənayesi nümayəndələri üçün güzəştli şəraitin formalaşdırılması, həmçinin “rebate” mexanizmini tənzimləyən qanunvericiliyin və digər rəsmi sənədlərin qəbul edilməsi daxildir.

Bu istiqamətdə Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əqli Mülkiyyət Agentliyi və digər aidiyyəti qurumlar arasında sıx əməkdaşlığın təmin edilməsi vacibdir. Diqqətə çatdırılıb ki, son iki ildə minlərlə insanın qatıldığı “Yaradıcı müzakirələr” layihəsi çərçivəsində paytaxt və regionlarda digər klasterlərlə yanaşı, film klasteri üzrə də məlumatların artırılmasına yönəlmiş təlimlər, ustad dərsləri, yaradıcı söhbətlər təşkil edilib: “Bu gün Azərbaycan kinosu yalnız öz daxili auditoriyası üçün deyil, həm də beynəlxalq kino bazarı üçün əhəmiyyətli oyunçuya çevrilir. Sahənin inkişafının, rəqabət qabiliyyətliliyinin və gəlirliliyin artırılması üçün əlavə vergi güzəştləri, investisiyaların cəlb olunması kimi təşviq mexanizmlərinə ehtiyac duyulur. Bunun bir göstəricisi kimi “Omarket” sərgisinin əhəmiyyətini xüsusi vurğulamaq istərdik.

Bu bazar Şərq ölkələri filmlərinin dünyaya tanıdılması üçün vacib bir platformadır. Azərbaycan olaraq biz bu bazarda öz milli filmlərimizi təqdim etməklə regionumuzun film sektorunu inkişaf etdirmək və onu qlobal kino sənayesinə inteqrasiya etmək niyyətindəyik. Bu bazar eyni zamanda regionun istedadlı rejissor və prodüserlərinin qlobal bazara çıxışını təmin edəcək və beynəlxalq əməkdaşlıqların qurulmasına şərait yaradacaq”.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) idarə heyətinin sədri Orxan Məmmədov Azərbaycanda kino sənayesinə göstərilən diqqət və qayğıdan söz açıb. Bildirib ki, film sənayesinin səmərəli şəkildə idarə edilməsi maliyyə, yaradıcı proseslər və insan resurslarının optimal şəkildə təşkil olunmasına bağlıdır. Azərbaycan və bir çox Avropa ölkələrində dövlət qurumları milli filmlərin maliyyələşdirilməsində mühüm rol oynayır. Bu qrantlar yerli kino sənayesinin inkişafını dəstəkləyir və bədii filmlərin çəkilişini maliyyələşdirir. İnvestorların məlumatlandırılması, sahibkarların maarifləndirilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi də çox önəmli məsələlərdəndir. Digər çıxış edənlər də festivalın əhəmiyyətini yüksək qiymətləndiriblər. Açılış mərasimindən sonra tədbir panel iclası ilə davam edib. *** “Omarket”in birinci panel iclası “Omarket” – sənaye lokomotivi.

Festivallar, yayım platforması, birgə istehsal” mövzusuna həsr olunub. Amerika Televiziya Sənətləri və Elmləri Akademiyasının üzvü Kamran Qasımovun moderatorluğu ilə gerçəkləşən panel müzakirədə Qırğızıstan Mədəniyyət Nazirliyi Kino sənayesi şöbəsinin əməkdaşı Maratbek Asanaliyev, Türkiyənin “Kunay film” şirkətinin rəhbəri Leyla Atakişiyeva, Gürcüstanın Kino Mərkəzinin əməkdaşı Georgi Skhvediani, Azərbaycandan prodüser Zaur Darabzadə və Rusiyadan rəqəmsal media eksperti Nina Lariçeva öz fikirlərini bölüşüblər.

XƏBƏRLƏR

25.10.2024 17:05
Bakı Dövlət Universiteti ilə Milli Kitabxana arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
25.10.2024 15:37
"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" ilkin mərhələdə 20 nəfəri əhatə edəcək
23.10.2024 09:31
Ölkəmizdə ilk dəfə mədəniyyət müəssisəsinə “beynəlxalq” statusu verilib
18.10.2024 17:11
Milli Konservatoriyada musiqi təhsili ilə bağlı müzakirə aparılıb
18.10.2024 09:02
Füzulidə geniş konsert proqramı təqdim olunub
17.10.2024 17:25
Musiqi, incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu qaydalarında dəyişiklik edilib
17.10.2024 17:02
Füzulidə növbəti “Şəhər günü” keçirilir
16.10.2024 16:16
Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
16.10.2024 11:31
Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
15.10.2024 17:32
Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
15.10.2024 10:00
Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib
11.10.2024 16:11
ICESCO nümayəndə heyəti Ağdam şəhərinə səfər edib
11.10.2024 12:54
Adil Kərimli “Yuğ” teatrının kollektivi ilə görüşüb
11.10.2024 12:38
Mədəniyyət naziri Azərbaycan Dövlət Kukla Teatrında olub
09.10.2024 18:17
Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
09.10.2024 09:17
Şuşada İslam Dünyası İrs Komitəsinin 12-ci iclası öz işinə başlayıb
08.10.2024 16:59
UNESCO Baş Qərargahında Azərbaycanın COP29-da baş tutacaq mədəniyyət məzmunlu tədbirlərinə dair təqdimat keçirilmişdir
07.10.2024 22:31
“Baku Cinema Breeze” çərçivəsində 8-ci DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalı keçirildi
07.10.2024 17:27
Türk Dünyasının Beynəlxalq Animasiya Festivalı keçirilib
07.10.2024 17:18
7-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi
07.10.2024 14:37
XV Bakı Beynəlxalq Film Festivalının açılış mərasimi baş tutub
04.10.2024 17:15
Cəbrayılda ilk "Şəhər günü" keçirilib
03.10.2024 17:26
Bakıda tarixi İpək Yoluna həsr olunmuş UNESCO konfransı keçirilir
03.10.2024 12:34
Görkəmli qazax yazıçısı Kemel Tokayevin dilimizə tərcümə edilmiş "Xüsusi tapşırıq" kitabının təqdimatı keçirilib
03.10.2024 12:14
“Baku Cinema Breeze” Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib
02.10.2024 17:29
Paytaxtımızda X Beynəlxalq Kitab Sərgisi başlandı
01.10.2024 14:35
Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi işğaldan azad edilən ərazilərdə incəsənət təhsili üzrə ilk tədris ocağıdır
01.10.2024 12:14
Qazaxıstanda keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin geniş icmalı
01.10.2024 10:22
“Baku Cinema Breeze” beynəlxalq film festivalının açılışına sayılı günlər qaldı
30.09.2024 17:47
X Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib
30.09.2024 17:40
İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
30.09.2024 17:20
Monteneqroda Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının növbəti Assambleyası təşkil olundu
27.09.2024 16:55
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
27.09.2024 15:44
Azərbaycanın mədəniyyət xadimləri Astanada şəhidlərimizin xatirəsini yad ediblər