Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1552

Mədəniyyət naziri Adil Kərimli Çində keçirilən forumda çıxış edib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti sentyabrın 6-da Çinin Qansu əyalətinin Dunhuan şəhərində təşkil olunan 6-cı Beynəlxalq İpək Yolu Mədəniyyət Sərgisinin açılış mərasiminə qatılıb. 

Tədbir çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli 6-cı Beynəlxalq İpək Yolu Mədəniyyət Sərgisi çərçivəsində təşkil edilən  Ipək yolu mədəni irsi və yeni sivilizasiya formasının qurulmasına dair Forumda çıxış edib.

Bu mötəbər tədbirə dəvətə və yüksək qonaqpərvərliyə görə təşkilat komitəsinə təşəkkürünü bildirən nazir Çinə səfərinin çox məhsuldar və yaddaqalan olduğunu diqqətə çatdırıb.

Qeyd edilib ki, “İpək Yolu boyu xalqların milli mədəni dəyərlərinin qorunub saxlanılması, ənənələrə və birgə məqsədlərə sadiqlik xüsusilə qloballaşma dövründə dünya sivilizasiyasının sabitliyi və tərəqqisinə böyük töhfə verir. 
Vurğulanıb ki, tarixən İpək Yolu boyunca əlaqənin təmin edilməsinə mühüm töhfələr verən Azərbaycan keçmişdəki missiyasını bu gün də davam etdirir: “Azərbaycan Böyük İpək Yolu ilə bağlı çoxsaylı beynəlxalq konfranslara ev sahibliyi edib və iri regional infrastruktur layihələrinin təşəbbüskarı olub. Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Çindən Qərbə daşımalar üçün əlverişli marşrut təklif edir. Eyni zamanda Azərbaycanda İpək Yolu mədəni irsinin qorunub saxlanılmasına böyük əhəmiyyət verilir. Milli səviyyədə tarixi abidələrin qorunmasını təmin etmək üçün müvafiq qanunvericilik və institusional addımlar atılıb.  Azərbaycan həm də UNESCO-nun İpək Yolu Proqramının fəal üzvüdür”.

Azərbaycanın mədəniyyətlər arasında dialoqa da xüsusi önəm verdiyini diqqətə çatdıran nazir Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi” haqqında məlumat verib. Hazırda BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO,  Dünya Turizm Təşkilatı, Avropa Şurası və İCESCO-nun tərəfdaş olduğu Bakı Prosesi qlobal mədəniyyıtləarası dialoq platformasına çevrilib.

Nazir çıxışının sonunda Forumun işinə uğurlar arzulayıb.

XƏBƏRLƏR

30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub
21.11.2023 16:02
“Yaradıcı Həftə” çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək
21.11.2023 14:43
Kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb
17.11.2023 10:48
Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirildi
16.11.2023 22:25
Film layihələri müsabiqəsinin ikinci mərhələsinə yekun vurulub
16.11.2023 16:36
Azərbaycan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunur
16.11.2023 12:12
XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri elan olunub