Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
81

Azərbaycanda ilk dəfə Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü qeyd edilib

 2023-cü ilin noyabr ayında baş tutmuş UNESCO Baş Konfransının 42-ci sessiyasının qərarı ilə 17 oktyabr Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü elan edilib. Bu münasibətlə üzv dövlətlər və aidiyyəti maraqlı tərəflər canlı irsin müxtəlifliyini və zənginliyini nümayiş etdirməyə, eləcə də məlumatlılığı artırmağa yönələn tədbirlər təşkil etməyə təşviq olunublar. 

Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Gününün ölkəmizdə ilk dəfə qeyd edilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən “Canlı irs: Gəncliyə doğru” mövzusunda Dəyirmi Masa formatında xüsusi tədbir təşkil edilib.

Tədbirin əsas məqsədi Azərbaycanın qeyri-maddi mədəni irsinin öyrənilməsində, qorunmasında, yaşadılmasında, təbliğində və inkişafında xidmətlər göstərən müxtəlif tərəfləri bir masa ətrafında toplayaraq mədəni irsimizin gələcəyini müzakirə etmək olub. Bu səbəbdən dəyirmi masada  Mədəniyyət Nazirliyinin nümayəndələri ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət, Folklor, Tarix və Etnologiya, Əlyazmalar İnstitutlarının alimləri, Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, ADA Universitetini təmsil edən professor-müəllim heyəti, muzey təmsilçiləri, sənətkarlar, muğam və aşıq sənətini təmsil edən incəsənət xadimləri, yaradıcı sənaye nümayəndələri, startapları və QHT-ləri təmsil edən ümumilkdə 25-ə yaxın aparıcı ekspert, eləcə də tələbələr iştirak edib. 

Tədbiri giriş sözü ilə açan mədəniyyət nazirinin müavini Səadət Yusifova ilk dəfə qeyd edilən gün münasibətilə iştirakçıları təbrik edib. UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyanın ən fəal üzvlərindən olan ölkəmizin siyahıya daxil olan elementlərinin sayına görə 182 ölkə arasında şərəfli 6-cı yeri tutduğunu qeyd edib. 21-i Reprezentativ, 2-si Təcili Qorunma Siyahısına daxil olmaqla Azərbaycanın 23 qeyri-maddi mədəni irs elementinin artıq UNESCO siyahısında olduğunu, daha bir neçə elementin daxil olunmasına yaxın gələcəkdə UNESCO-da baxılacağını bildirib. Dəyirmi Masa müzakirələrinin beynəlxalq aləmdə milli mədəni irsimizin təbliği üzrə istiqamətlərin müəyyənləşdirilməsi üçün böyük əhəmiyyət kəsb etdiyi vurğulanıb. Gənclərin irsimizə daha çox maraq göstərməsi üçün bir sıra dəyişikliklərə ehtiyac olduğunu bildirən nazir müavini tədbir iştirakçıları üçün dəyirmi masa müzakirələrinin açıq olduğunu qeyd edib.

Daha sonra çıxış edən tədbirin moderatoru, mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov dəyirmi masanın ilk panel mövzusunu elan edib. “Azərbaycan qeyri-maddi mədəni irsinə  akademik baxış: Nəzəri əsaslar, konseptual yanaşmalar və ənənəviliyin sərhədləri” adlı birinci paneldə sahə üzrə tanınmış elm və mədəniyyət xadimləri İradə Köçərli, Zaur Orucov, Sənubər Bağırova, Aynur İbrahimova, Teyyub Aslanov, Samirə Əliyeva, Faiq İsmayılov, Bəhmən Əliyev, Kamilə Dadaşzadə, Əsmər Babayeva və digərləri öz dəyərli fikirlərini bölüşüb, maraqlı təkliflərlə çıxış ediblər.

“Milli mədəni irsin gənclik üçün aktuallaşdırılması: Müasir çağırışlara innovativ həllər” adlı ikinci paneldə əvvəlcə ADA Universitetinin müəllimi Lalə Kişiyevanın yaradıcı sənayelərə dair təqdimatı göstərilib. Daha sonra İncəsənət Kollecinin müəllimləri, muzey təmsilçiləri, startapçılar yeni layihələr haqda məlumat verib. Tədbir gənclərin sual-cavab sessiyası ilə başa çatıb.

XƏBƏRLƏR

25.11.2024 17:34
Azərbaycanlı gənclər “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər
23.11.2024 17:38
Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb
20.11.2024 16:54
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirilib
20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
12.11.2024 12:07
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
09.11.2024 12:01
Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib
09.11.2024 11:53
Azad torpaqlarda bayram konsertləri təşkil olunub
07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 15:53
COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub
04.11.2024 12:06
İstanbul sərgisində ölkəmizlə bağlı yeni tədbir və təqdimatlar davam edir
04.11.2024 11:25
İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş olub
04.11.2024 11:21
İstanbulda “Səninləyik, Türkiyə” kitabı, "Heca" dərgisinin poeziyamızla bağlı xüsusi buraxılışının təqdimatı və konsert keçirilib
04.11.2024 11:05
İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib
04.11.2024 10:48
Azərbaycanın ilk dəfə "fəxri qonaq ölkə" olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib
04.11.2024 10:35
Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb
01.11.2024 15:59
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa keçirilib