Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
831

İstanbul sərgisində ölkəmizlə bağlı yeni tədbir və təqdimatlar davam edir

Azərbaycanın "fəxri qonaq ölkə" olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisi çərçivəsində noyabrın 2-də
"Yeni Azərbaycan hekayəçiliyi və romançılığı" mövzusunda panel müzakirəsi keçirilib.
Azərbaycan yazarları Aqşin Yenisey, Nərmin Kamal, Cavid Zeynallı və Ülvi Babasoy çıxış ediblər. 
Paneldə Azərbaycan nəsrində gedən proseslər və ədəbiyyatımızda realizm ənənəsi ilə bağlı müzakirə aparılıb. Yeni Azərbaycan nəsrində Qarabağ mövzusu və yazıçı-oxucu münasibətləri də diqqət mərkəzinə çəkilib.
Yazarlar oxucuların suallarını cavablandırıb.
*
Həmin gün görkəmli rus şərqşünas-alimi Yevgeni Bertelsin türk dilinə tərcümə olunmuş “Böyük Azərbaycan şairi Nizami”  kitabının təqdimatı olub. Kitab Türkiyədəki  səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında tərcümə edilərək işıq üzü görüb.
AMM-in direktoru Samir Abbasov mərkəzin ədəbiyyat və mədəniyyətimizin təbliğinə xidmət edən layihəsi haqqında danışıb, dünyaşöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında olan bu kitabın əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, tədqiqat əsərini türkcəyə Türkiyədəki “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, ədəbiyyatımızın dostu İmdat Avşar çevirib. 
Şair, tədqiqatçı Fərid Hüseyn, tərcüməçi İmdat Avşar və başqaları çıxış edərək kitabı nizamişünaslığa mühüm töhfə kimi qiymətləndiriblər.
Qeyd edək ki, SSRİ EA-nın müxbir üzvü, SSRİ Dövlət mükafatı laureatı Yevgeni Bertelsin (1890-1957) bu kitabı 1940-cı ildə Bakıda nəşr olunub. Tədqiqatçı Şərqin Əlişir Nəvai, Sədi Şirazi, Əbdürrəhman Cami, Əbülqasım Firdovsi və başqa görkəmli şairlərinin yaradıcılığını da tədqiq edib.
*
Noyabrın 2-də stendimizdə "Azərbaycanda nəşriyyat mədəniyyəti" mövzusunda panel müzakirəsi təşkil olunub. Naşirlər Şəmil Sadiq, Nurman Tariq, Rafiq İsmayılov və başqaları ölkəmizdə kitab sənayesinin hazırkı vəziyyəti, bu sahənin inkişafı ilə bağlı qarşıda duran vəzifələrdən danışıblar.
Həmin gün eyni zamanda stendimizdə yazıçı Rəvan Cavidin türk dilində işıq üzü görən "Absurd menyu" və esseist, ədəbiyyatşünas Qismət Rüstəmovun "Gələcəyin tarixi" (türkcə) kitablarının imza mərasimləri keçirilib.
İstanbul sərgisi noyabrın 10-da başa çatacaq.

XƏBƏRLƏR

23.11.2024 17:38
Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb
20.11.2024 16:54
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirilib
20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
12.11.2024 12:07
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
09.11.2024 12:01
Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib
09.11.2024 11:53
Azad torpaqlarda bayram konsertləri təşkil olunub
07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 15:53
COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub
04.11.2024 11:25
İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş olub
04.11.2024 11:21
İstanbulda “Səninləyik, Türkiyə” kitabı, "Heca" dərgisinin poeziyamızla bağlı xüsusi buraxılışının təqdimatı və konsert keçirilib
04.11.2024 11:05
İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib
04.11.2024 10:48
Azərbaycanın ilk dəfə "fəxri qonaq ölkə" olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib
04.11.2024 10:35
Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb
01.11.2024 15:59
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa keçirilib
01.11.2024 12:43
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
31.10.2024 17:31
“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” mövzusunda konfrans keçirilib
31.10.2024 15:57
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib
30.10.2024 15:27
Mədəniyyət naziri Ağcabədidə vətəndaşları qəbul edib