Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
436

COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir

2024-cü il noyabrın 4-5-də Braziliyanın Salvador şəhərində G20 çərçivəsində “Mədəniyyət və İqlim dəyişikliyi” mövzusunda  beynəlxalq seminar keçirilmişdir. Sözügedən seminarda “COP: Mədəniyyət iqlim dəyişmələrinin mərkəzində” adlı panel sessiyada Mədəniyyət Nazirliyinin əməkdaşı Ceyran Cəfərova tərəfindən iştirak təmin olunmuşdur. Braziliyanın mədəniyyət nazirinin müşaviri tərəfindən moderasiya olunan sessiyada Azərbaycan Mədəniyyət Nazirliyi ilə yanaşı COP28 Sədrliyindən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mədəniyyət Nazirliyi, eyni zamanda COP30 Sədrliyi qismində Braziliya Federativ Respublikasının Mədəniyyət Nazirlikləri təmsil olundular.
 
İlk növbədə BƏƏ tərəfi COP28 zamanı həyata keçirilən 1-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu barədə məlumat verərək mədəniyyətin iqlim fəaliyyətindəki roluna həsr olunan tədbirlərin həyata keçirilməsi zamanı üzləşdikləri çətinliklər barədə danışdı. Sonda isə COP29 zamanı bu tədbirlərin keçirilməsi üçün göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürlərini bildirdi.
 
İnteraktiv keçən panel sessiyada Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən həyata keçiriləcək 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu, eyni zamanda COP29 çərçivəsində təqdimatının baş tutacağı “Culture for Climate” (C4C) təşəbbüsü barədə tədbir iştirakçılarına ətraflı məlumat verildi.
 
Ardınca Azərbaycanın mədəniyyətin iqlim gündəliyinə daxil edilməsi istiqamətində gördüyü digər işlər, 2024-cü ilin Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”  elan olunması, həmçinin 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Formunda 2 sessiyanın məhz iqlim və mədəniyyətə həsr olunması barədə məlumatlar tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
 
Braziliya Mədəniyyət Nazirliyinin nümayəndəsi isə hər iki təqdimatçıya detallı məlumatlara görə təşəkkürünü bildirərək COP30 zamanı həyata keçiriləcək Yüksək Səviyyəli Nazirlər Dialoq üçün ilkin hazırlıq işlərinin artıq başladığını, eyni zamanda Azərbaycanda keçiriləcək tədbirlərin nəticələrini gözlədiklərini bildirdilər. Sonda Braziliya tərəfi də öz növbəsində Azərbaycana təşəbbüsü dəstəklədiyi üçün minnətdarlığını bildirdi.

XƏBƏRLƏR

23.11.2024 17:38
Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb
20.11.2024 16:54
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirilib
20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
12.11.2024 12:07
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
09.11.2024 12:01
Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib
09.11.2024 11:53
Azad torpaqlarda bayram konsertləri təşkil olunub
07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub
04.11.2024 12:06
İstanbul sərgisində ölkəmizlə bağlı yeni tədbir və təqdimatlar davam edir
04.11.2024 11:25
İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş olub
04.11.2024 11:21
İstanbulda “Səninləyik, Türkiyə” kitabı, "Heca" dərgisinin poeziyamızla bağlı xüsusi buraxılışının təqdimatı və konsert keçirilib
04.11.2024 11:05
İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib
04.11.2024 10:48
Azərbaycanın ilk dəfə "fəxri qonaq ölkə" olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib
04.11.2024 10:35
Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb
01.11.2024 15:59
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa keçirilib
01.11.2024 12:43
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
31.10.2024 17:31
“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” mövzusunda konfrans keçirilib
31.10.2024 15:57
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib
30.10.2024 15:27
Mədəniyyət naziri Ağcabədidə vətəndaşları qəbul edib