Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
145

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiya təşkil olunub

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində baş tutan “Süni intellekt - təhdid yoxsa imkan?” mövzusunda üçüncü plenar sessiyasında süni intellektin mədəniyyətlərə təsiri müzakirə olunub.

“TC Holdings” platformasının qurucusu, beynəlxalq biznesmen, israilli texnoloji innovasiya üzrə mütəxəssis Tal Katranın moderatorluğu ilə keçirilən panel sessiyasında indiki dövrdə bu texnologiyaların tətbiqi, xüsusi olaraq süni zəkanın tətbiqi bütün sahələrdəki kimi mədəniyyət və yaradıcılıq sahəsində də öz yerini tutduğu diqqətə çatdırılıb.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov çıxışında Azərbaycanda süni intellektlə bağlı layihələr barədə ətraflı məlumat verib. O bildirib ki, hazırda geoməkan məlumatları müxtəlif sahələrdə istifadə edilir. Süni intellektin kənd təsərrüfatı, infrastruktur və inşaat, təhlükəsizlik və mühafizə, təbii ehtiyatlar, kommunal xidmətlər, istehsal və digər sahələrdə dünyada geniş tətbiq olunduğunu diqqətə çatdıran Fariz Cəfərov bu texnologiyaların Azərbaycanda da geniş istifadə olunduğunu vurğulayıb.

“İşğaldan azad edilmiş Qarabağda şəhərsalmada “ağıllı şəhər” və “rəqəmsal əkizlər”dən istifadə olunub. IV sənaye inqilabı texnologiyaları, o cümlədən süni intellekt üzrə çağırış və təşəbbüslərin təhlili, onların milli iqtisadiyyatda tətbiqi imkanlarının araşdırılması və bu fəaliyyətin koordinasiyası, “elm-sənaye klasteri 4.0”ın qurulması ilə bağlı dövlət, özəl və elmi müəssisələr arasında tərəfdaşlığın təşviqi kimi bir sıra digər fəaliyyətləri həyata keçirir. Azərbaycanda hazırlanan Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiyada 2030-cu ilə qədər reallaşdırılacaq 61 təşəbbüs, o cümlədən 9 aparıcı layihə nəzərdə tutulub. Bununla yanaşı, ölkədə Azərbaycan dili əsaslı Generativ Süni İntellekt sistemi qurulur”, - deyə Fariz Cəfərov əlavə edib.

Türkiyənin “Alegori Studio” şirkətinin kreativ direktoru Serdar Korkmaz süni intellektin insanlarda qorxu yaratmasının normal olduğunu qeyd edərək, bu texnologiyanın yalnız insanların yaradıcılığına dəstək məqsədi daşıdığını vurğulayıb. Süni intellektin artıq həyatımızda bir sıra məsələlərdə aktiv rol oynadığını bildirən Serdar Korkmaz cəmiyyətdə baş verən bu dəyişikliyin qaçılmaz olduğunu deyib.

Data üzrə mütəxəssis Pau Garcia bildirib ki, süni intellekt barədə danışarkən həm onun effektiv faydası, həm də gətirəcəyi ziyan və təhlükəsi diqqət mərkəzində saxlanılmalıdır.

“Sosial media kimi süni intellekt də həyatımıza böyük dəyişikliklər gətirir. Təhlükələr barədə danışmaq düşünürəm artıq gecdir. Çünki hamımız süni intellektin insanın şəxsi sərhədlərini hesaba almadan hərəkət etdiyi nümunələri ilə artıq tanışıq. Bura insan səsinin dəyişməsi, “deepfake” (simanın istifadə olunması) və s. alətlər daxildir. Biz təkcə neqativi deyil, süni intellektin bizə verə biləcəyi faydaları daha çox fikirləşməliyik. Misal üçün işimizdə, yaradıcılığımızda süni intellekt bizə necə kömək edə bilər. Düşünürəm ki, süni intellekt artıq mədəniyyətin əsas köməkçisinə çevrilib”, - deyə P.Garcia vurğulayıb.

Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov deyib ki, bəşəriyyətin inkişafı üçün süni intellektin dəstək yoxsa təhdid olduğunu araşdıranda görürük ki, öncə biz məlumatları rəqəmsallaşdırırıq, sonra bunu süni intellekt vasitəsilə layihəyə çeviririk: “Süni intellekt hamımız üçün çağırışdır. Burada yeni sahələr, yeni istiqamətlər, yeni mədəniyyət nümunələri ortaya çıxır. İlk öncə süni intellektin insanların hüquqlarına necə təsir etdiyini müəyyənləşdirməliyik”.

Panel sual-cavab sessiyası ilə davam edib.

 

XƏBƏRLƏR

17.05.2024 18:26
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib
17.05.2024 18:23
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb
16.05.2024 17:55
III Regional Xor Müsabiqəsinin Qala konserti keçirilib
16.05.2024 15:57
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
13.05.2024 17:41
Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb
13.05.2024 10:29
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər
10.05.2024 17:40
Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələrinin rəhbərləri üçün təlim keçiriləcək
10.05.2024 08:58
Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb
06.05.2024 17:42
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
06.05.2024 13:16
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada başlanılır
06.05.2024 09:23
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elanı
03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaq
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilib
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib
03.05.2024 17:41
Forumun IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub
03.05.2024 17:23
“Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib
03.05.2024 17:18
“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib
03.05.2024 17:08
“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib
03.05.2024 17:05
“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd? – Forumun növbəti panel sessiyası
03.05.2024 17:02
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
03.05.2024 17:00
Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
03.05.2024 16:57
Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub
03.05.2024 16:52
Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib
03.05.2024 16:42
Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib