Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
560

Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində növbəti panel sessiya "Tənzimlənməyən miqrasiya və sosial təsirlər: beynəlxalq təhlükəsizlik üçün təhdid və imkanlar" mövzusuna həsr edilib.

Panel sessiya Mədəni İnfuziya və Müxtəliflik Atlasının təsisçisi və prezidenti Piter Mousaferiadisin moderatorluğu ilə keçirilib.

Sessiyada çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qeyd edib ki, Azərbaycan nizamlı miqrasiya proseslərini asanlaşdırmaq üçün strukturlaşdırılmış yollardan fəal şəkildə istifadə edir.

O bildirib ki, bu gün Azərbaycanın miqrasiya idarəetmə sistemi tam avtomatlaşdırılıb, miqrantlara göstərilən bütün miqrasiya xidmətləri elektron qaydada aparılır. “Geniş kommunikasiya kanallarımız, eləcə də maarifləndirmə tədbirləri vasitəsilə ölkəmizə gələn miqrantların mövcud miqrasiya qaydaları haqqında mütəmadi olaraq məlumatlandırılmasını təmin edirik. Maarifləndirmə ilə yanaşı, Azərbaycan nizamsız miqrasiyanı minimuma endirmək üçün əsas qabaqlayıcı strategiya kimi nizamlanmadan istifadə edir”, - deyə Vüsal Hüseynov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan çoxmillətli ölkə kimi multikulturalizm dəyərlərinin təbliği dövlət siyasətində mühüm yer tutur ki, bu da miqrasiya idarəçiliyi sisteminin tərkib hissəsidir.

O əlavə edib ki, Azərbaycanda bütün millətlərin və etnik qrupların nümayəndələrinin vahid ailə kimi, qarşılıqlı anlaşma və hörmət şəraitində yaşaması baxımından inteqrasiya proseslərinə yardım etmək məqsədi daşıyır. Müxtəlif kateqoriyalardan olan miqrantların hüquqlarının müdafiəsi və onların özlərini vətənlərindəki kimi hiss etmələrinin təmin edilməsi diqqət mərkəzindədir.

"Qeyri-qanuni miqrasiya probleminin həllinə və davamlı inkişaf üçün miqrasiya potensialının açılmasına gəldikdə, ikitərəfli və çoxtərəfli tərəfdaşlığın təşviqi bizim diqqət mərkəzimizdə olan digər sahədir. Biz müntəzəm miqrasiyanın təşviqi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, qabaqcıl təcrübə mübadiləsinin asanlaşdırılması və miqrantların hüquqlarının müdafiəsi məqsədilə mənşə və təyinat ölkələri ilə ikitərəfli müqavilələr imzalamışıq. Azərbaycan çoxtərəfli səviyyədə “Çempion ölkələri” sırasına daxil olmaqla Miqrasiya üzrə Qlobal Sazişin fəal müdafiəçisi olub, regional və qlobal səviyyədə məlumatlılığın və potensialın artırılması istiqamətlərində vasitəçi rolunu oynayıb və müxtəlif çoxtərəfli təşəbbüslərə rəhbərlik edir", - deyə xidmət rəisi qeyd edib.

Vurğulanıb ki, müntəzəm miqrasiya yollarını təşviq etməklə ölkəmiz nəinki qeyri-qanuni miqrasiyanın miqyasının və təsirinin azalmasına töhfə verir, həmçinin miqrasiyanın inkişaf faydalarını genişləndirir.

Belə ki miqrantlar mədəni mübadilə və dialoq agentləri olmaqla yanaşı, əmək bazarındakı boşluqları doldurmaqla, innovasiyalar, bacarıq və biliklər gətirməklə inkişafa töhfə verirlər.

Daha sonra Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç, “Agora Diplomatica”nın prezidenti Pablo Fontanal Errera, Qlobal Dialoq Fondunun sədri və icraçı direktoru Piter Gorgievski, Beynəlxalq Miqrasiya Təşkilatının miqrasiya və sərhədlərin subregional idarəetmə mütəxəssisi Pier M.Rossi-Longhi, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Ramil İsgəndərli və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbəri xanım Kanako Mabuchi panel sessiyada məruzələrlə çıxış ediblər.

XƏBƏRLƏR

29.11.2024 17:51
Mədəniyyət naziri Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edib
29.11.2024 12:04
Xalq rəssamı Rafiq Nəsirov vəfat edib
25.11.2024 17:34
Azərbaycanlı gənclər “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər
23.11.2024 17:38
Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb
21.11.2024 11:39
Azərbaycanda ilk dəfə Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü qeyd edilib
20.11.2024 16:54
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirilib
20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
12.11.2024 12:07
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
09.11.2024 12:01
Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib
09.11.2024 11:53
Azad torpaqlarda bayram konsertləri təşkil olunub
07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 15:53
COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub
04.11.2024 12:06
İstanbul sərgisində ölkəmizlə bağlı yeni tədbir və təqdimatlar davam edir
04.11.2024 11:25
İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş olub
04.11.2024 11:21
İstanbulda “Səninləyik, Türkiyə” kitabı, "Heca" dərgisinin poeziyamızla bağlı xüsusi buraxılışının təqdimatı və konsert keçirilib