Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3088

Azərbaycan Respublikasının xalq rəssamı Fazil Nəcəfov vəfat edib

Azərbaycanın mədəniyyətinə ağır itki üz verib.  

Azərbaycan Respublikasının xalq rəssamı Fazil Nəcəfov iyulun 11-də, 88 yaşında vəfat edib.
Fazil İmamverdi oğlu Nəcəfov 16 fevral 1935-ci ildə Bakı şəhərində anadan olub. 1955-ci ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1961- ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunu bitirib.
Fazil Nəcəfov "İçərişəhər qadınları", "Ana", "Korların nəğməsi", "Teatr", "H.B.Vəzirov", "Səhər", "Həyatın mərtəbələri", "Zamanın oyunları", "Fortuna", "Qulyabani", "Qoca", "Qız", "Gənc qadın", "Çılpaq qadın", "Qadın", "Oturmuş qadın", "Qara ay", "Korlar", "Mələk", "Həyatın mərtəbələri", "Zamanın sədası", "Söhbət", "İstirahət edən qoca", "Minillik insan", "İbadət", "Əkizlər", "Fontan" kimi əsərlərin müəllifidir.
2014-cü ildə Fazil Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaradıb.
O, 2015-ci ildə Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) dəstəyi ilə 56-cı Venesiya Biennalesində 8 əsəri ilə iştirak edib.
Fazil Nəcəfov 7 may 1988-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi", 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. Rəssam 15 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında
xidmətlərinə görə"Şöhrət"ordeni ilə təltif edilib.


Allah rəhmət eləsin!

XƏBƏRLƏR

20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb
31.07.2024 13:22
“Min bir gecə” baleti yeni quruluşda Pekində ilk dəfə təqdim olunacaq
30.07.2024 14:04
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olunub
30.07.2024 10:18
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir
22.07.2024 18:00
Mədəniyyət Nazirliyi Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur
22.07.2024 10:48
Vaqif Poeziya Günlərinin geniş icmalı
22.07.2024 10:09
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
19.07.2024 17:34
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
19.07.2024 12:06
Şuşada "Məhəmməd Füzuli. Zamanın fövqündə" mövzusunda konfrans keçirilib
18.07.2024 19:44
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada ilk dəfə etno-caz konserti
18.07.2024 16:26
Şuşada poeziya bayramında "Füzuli hücrələri"
18.07.2024 15:19
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başlayıb
12.07.2024 18:07
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 31 yaşı tamam olur
12.07.2024 15:22
Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib