Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
724

Bakı Dövlət Universiteti ilə Milli Kitabxana arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb

Oktyabrın 25-də Bakı Dövlət Universitetində (BDU) bu təhsil ocağı ilə Azərbaycan Milli Kitabxanası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb və BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsində Milli Kitabxananın xüsusi auditoriyasının açılışı keçirilib.

Memorandumu BDU-nun rektoru Elçin Babayev, Milli Kitabxananın direktoru Kərim Tahirov imzalayıblar.

Sənəddə BDU ilə Milli Kitabxana arasında müasir kitabxana texnologiyaları, rəqəmsal xidmətlər və süni intellekt texnologiyaları sahəsində birgə layihələrin hazırlanması, innovativ tədqiqat laboratoriyaları və tədris məkanlarının yaradılması, gənclərin və təhsilalanların elmi-mədəni inkişafını dəstəkləyən layihələrin həyata keçirilməsi, eləcə də rəqəmsal informasiya resurslarının inteqrasiyası, elektron resurs mübadiləsinin təşkili, rəqəmsal kitabxana xidmətlərinin birləşdirilməsi və genişləndirilməsi, Milli Kitabxananın elektron arxivlərinə BDU-nun təhsilalan və tədqiqatçılarının çıxışının təmin edilməsi nəzərdə tutulur.

Eyni zamanda memorandumda Azərbaycan elmi, tarixi, mədəni irsi ilə bağlı mövzularda müxtəlif səpkili birgə tədbirlərin təşkili, müştərək nəşr layihələrinin həyata keçirilməsi əksini tapıb. Bundan əlavə, kitab fondlarının birgə istifadəsi, kitab mübadiləsi və yeni elmi ədəbiyyatın təmin edilməsi, xüsusilə nadir kitabların, arxiv materiallarının tədqiqi və mühafizəsi sahəsində əməkdaşlıq da sənəddə qeyd olunub.

Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli BDU-da Milli Kitabxananın xüsusi auditoriyasının açılmasının elm, təhsil və mədəniyyət ictimaiyyəti üçün önəmli hadisə olduğunu deyib. Bildirilib ki, Ümummilli lider Heydər Əliyev Bakı Dövlət Universitetini Azərbaycan xalqının milli sərvəti kimi qiymətləndirib. Azərbaycan Milli Kitabxanası da ölkə mədəniyyətinin əsas mərkəzlərindən biridir: “BDU-da yüksəkixtisaslı kadrların yetişdirilməsi işinə daim dəstək göstərməyə hazırıq. Mədəniyyət sahəsində elm və təhsilin inkişafı prioritetlərimizdən biridir. Bu auditoriyadan universitetin professor-müəllim heyəti, tələbə və tədqiqatçıları faydalanacaq”.  Nazir çıxışında həmçinin son illərdə BDU-da magistratura səviyyəsində mədəniyyət hüququ ixtisaslaşmasının yaradılmasının əhəmiyyətini də yüksək qiymətləndirib.

BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, universitetdə müasir dövrün çağırışlarına cavab verən yeni texnologiyaların tətbiqinə xüsusi önəm verilir, əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmalar açılır. Xüsusi auditoriyanın açılışı ilə yanaşı, BDU və Azərbaycan Milli Kitabxanası arasında bu gün imzalanan anlaşma memorandumu da əməkdaşlıq baxımından yeni imkanlar yaradır.

Qeyd edək ki, açılış mərasimində Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov, Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, ziyalılar və alimlər iştirak ediblər.

XƏBƏRLƏR

03.12.2024 15:48
Şəkidə IV Beynəlxalq Teatr Festivalı keçirilir
03.12.2024 10:09
İslam ökələrinin gəncləri arasında “Şuşa Yaradıcılıq Marafonu” keçirilir
02.12.2024 10:19
CulTech İnkubasiya proqramına qəbul davam edir!
29.11.2024 17:51
Mədəniyyət naziri Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edib
29.11.2024 12:04
Xalq rəssamı Rafiq Nəsirov vəfat edib
25.11.2024 17:34
Azərbaycanlı gənclər “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər
23.11.2024 17:38
Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb
21.11.2024 11:39
Azərbaycanda ilk dəfə Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü qeyd edilib
20.11.2024 16:54
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirilib
20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
12.11.2024 12:07
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
09.11.2024 12:01
Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib
09.11.2024 11:53
Azad torpaqlarda bayram konsertləri təşkil olunub
07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 15:53
COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub