Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1444

"Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı" ilkin mərhələdə 20 nəfəri əhatə edəcək

Ölkəmizdə gənclərin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alması, eyni zamanda müxtəlif istiqamətlər üzrə təlim kursları və beynəlxalq təcrübə proqramlarında iştirakı diqqətdə saxlanılır. Bu mənada, Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” xüsusi əhəmiyyət daşıyır.

Məlum olduğu kimi, həmin Strategiyanın Tədbirlər Planında nəzərdə tutulan “Mədəniyyət və yaradıcı sənayelərin (MYS) dinamik inkişafının təmin edilməsi və bu sahədə ixrac potensialının gücləndirilməsi” fəaliyyət istiqaməti də öz əksini tapıb. MYS sahələrinin tələblərinə uyğun sertifikat proqramlarının və xaricdə təhsil üçün xüsusi təqaüd proqramının yaradılması ilə əlaqədar Mədəniyyət Nazirliyi əsas icraçı qurum olaraq müəyyənləşdirilib.

Mədəniyyət Nazirliyi Kollegiyasının qərarı ilə “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramı” çərçivəsində “Təhsil alacaq şəxslərin seçilməsi meyarları, prosedurları və təhsilin maliyyələşdirilməsi Qaydaları” təsdiq olunub.

Oktyabrın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində təqaüd proqramı üçün seçim mərhələsinin başa çatması və bu proqram üzrə komissiya tərəfindən müəyyən edilən namizədlərin elan olunması ilə bağlı mətbuat konfransı keçirilib.

Əvvəlcə təqaüd proqramının qalibləri haqqında məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub.

Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova bildirib ki, MYS üzrə xaricdə təqaüd proqramı çərçivəsində il ərzində 15 nəfər, 2026-cı ilin sonunadək isə  60 nəfər tələbənin təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulub. Təqaüd proqramında bakalavriat üzrə xaricdə təhsil, magistratura səviyyəsi üzrə xaricdə təhsil, xaricdə keçirilən qısamüddətli təlim, kurs və proqramlar (o cümlədən distant (məsafədən) formada) üzrə təhsil və Azərbaycan Respublikası ərazisində keçirilən qısamüddətli təlim, kurs və proqramlarla bağlı təhsil seçimləri mümkündür.

Diqqətə çatdırılıb ki, cari ilin 15 avqust – 15 sentyabr tarixlərində 11 ixtisaslaşma istiqaməti – audiovizual (musiqi, kino-animasiya, videoqrafiya və fotoqrafiya), dəb sənəti, dizayn, kuratorluq, memarlıq, tədbirlərin təşkili, mədəni və yaradıcı sahə üzrə menecment, nəşriyyatlarla işin təşkili, oyun sənayesi, teatr, komediya və performans, yaradıcı texnologiyalar üzrə bakalavriat və magistratura səviyyələrində xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı sənəd qəbulu elan edilmişdi. Bu müddət ərzində edu.creative.az saytı üzərindən ümumilikdə 26 namizəd qeydiyyatdan keçib və onlardan 21 nəfər müsahibədə iştirak etmək şansı qazanıb. Müraciət edənlərdən 8 nəfər namizəd bakalavriat, 13 nəfər isə magistratura səviyyəsi üzrə xaricdə təhsil almaq üçün təqaüd proqramına müraciət edib.

Mədəniyyət Nazirliyinin təhsil sahəsində apardığı islahatlardan söz açan nazirin müşaviri Cəsarət Valehov bu istiqamətdə bir sıra ali təhsil ocaqları ilə əməkdaşlıq edildiyini vurğulayıb. Bildirilib ki, bu ildən başlayaraq Mədəniyyət Nazirliyi tərəfindən musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbulu, eyni zamanda direktor və direktor müavinlərinin işə qəbulu ilə bağlı proseslər tam elektronlaşdırılıb.

Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov diqqətə çatdırıb ki, “Müsahibə iştirakçılarının seçim prosesinin obyektivliyinin, aşkarlığının və şəffaflığının təmin edilməsi Qaydaları”na əsasən, nəzərdə tutulmuş digər vəzifələrin yerinə yetirilməsi məqsədilə nazirlik yanında sahə üzrə mütəxəssislərdən ibarət “Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramının Komissiyası” da bu istiqamətdə aktiv fəaliyyət göstərib.

Namizədlərin sənədlərinin təhlilindən aydın olur ki, müraciət edənlərin qəbul aldığı təhsil ocaqları yüksək reytinqli xarici ali təhsil müəssisələri və seçilən ixtisaslar da prioritet sahələrdir.

Müraciətlər diqqətlə nəzərdən keçirilib və 18 nəfər namizədin təhsil və yaşam xərclərinin təqaüd proqramı çərçivəsində maliyyələşdirilməsi məqsədəuyğun hesab edilib.

Qalib təqaüdçülərin siyahısı aşağıdakı kimidir:

1. Türkay Qasımzadə – London Kino Məktəbi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, MA Filmmaking

2. Nigar Əsgərova – “Musicube” Akademiyası, Almaniya Federativ Respublikası, Filmlər, oyunlar və media üçün kompozisiya

3. Elmira Əzizxanlı – Baden-Vürtemberq Film Akademiyası, Almaniya Federativ Respublikası, Beynəlxalq istehsal

4. Aynur Abdullayeva – Mançester Universiteti, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Kinoşünaslıq və ingilis ədəbiyyat

5. Nilufər Ələkbərova – Yeni Məktəb, Parson Dizayn Məktəbi, ABŞ, Moda / Geyim Dizaynı

6. Şahin Əlibəyli – Nişantaşı Universiteti, Türkiyə, Tekstil və moda dizaynı

7. Nəzrin Məmmədova – Roma Sapienza Universiteti, İtaliya, Məhsul və xidmət dizaynı

8. Məryəm Abdulla – “LISAA” Dizayn Məktəbi, Fransa, Qrafik Dizayn

9. Cəmilə Gül – Yeni İncəsənət Akademiyası, İtaliya, Vizual İncəsənət və kurator tədqiqatları

10. Nuray İbrahimli – İstanbul Texniki Universiteti, Türkiyə, Memarlıq

11. Nuray Həsənova – Yedditəpə Universiteti, Türkiyə, Memarlıq

12. Cahid Cavadov – İstanbul Beykent Universiteti, Türkiyə, Memarlıq

13. Əsli Səmədova – SDA Bocconi, İtaliya, Tədbirlər biznesi üzrə icraçı magistr

14. Lalə Sultanlı – Luiss Universiteti, İtaliya, Qlobal İdarəetmə və Siyasət

15. Məmməd Mahmudzadə – F Frankfurt Musiqi Universiteti və İfa Sənəti, Almaniya Federativ Respublikası, Teatr və orkestr rəhbərliyi

16. Ülviyyə Fərəcova – MCI Sahibkarlıq Məktəbi, Avstriya Respublikası, Beynəlxalq Biznes və Hüquq

17. Bilal Paşayev – Şotlandiya Kral Konservatoriyası, Birləşmiş Krallıq, Kino ustalığı üzrə incəsənət

18. Fərhad Fərzəliyev – Berlin İncəsənət Universiteti, Almaniya Federativ Respublikası, Səs tədqiqatları və səs sənətləri

Mətbuat konfransında bildirilib ki, bundan əlavə, adıçəkilən təqaüd proqramından öncə müraciət etmiş iki tələbənin (Lətif Lətifsoy – Sorbon Universiteti, Fransa, Kino və audiovizual fakültəsi, Ayan Məmmədova – Varşava Kino Məktəbi (Warsaw Film School), Polşa, Kino və multimedia/ Kinorejissorluq fakültəsi) təhsil və yaşam xərclərinin də Mədəniyyət Nazirliyi tərəfindən dəstəklənməsi qərara alınıb.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov isə ölkəmizə beynəlxalq təhsilli gənclərin lazım olduğunu söyləyib: “Biz bu nəticəyə hər zaman nail ola bilməmişik. Ancaq çox sevincliyik ki, bir sıra gənclərimizin təhsil və yaşam xərcləri MYS üzrə xaricdə təqaüd proqramı çərçivəsində maliyyələşdiriləcək. Biz çalışacağıq ki, təqaüd proqramında qalib olan gənclərimizlə müntəzəm əlaqə saxlayaq”.

Sonda media nümayəndələrinin sualları cavablandırılıb.

Qeyd edək ki, “Təhsil alacaq şəxslərin seçilməsi meyarları, prosedurları və təhsilin maliyyələşdirilməsi Qaydaları”na əsasən, proqram iştirakçıları məzun olduqdan sonra nazirliyin strukturuna daxil olan və daxil olmayan tabeliyindəki qurumlarda təhsil aldıqları ixtisaslaşma istiqamətləri üzrə üç ildən az olmayan müddətdə əmək fəaliyyəti, o cümlədən Azərbaycan Respublikasında qeydiyyata alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, habelə həmin qurumlar tərəfindən təşkil edilən ustad dərslərində təlimçi qismində iştirak etmək kimi öhdəlikləri üzərinə götürür.

XƏBƏRLƏR

03.12.2024 15:48
Şəkidə IV Beynəlxalq Teatr Festivalı keçirilir
03.12.2024 10:09
İslam ökələrinin gəncləri arasında “Şuşa Yaradıcılıq Marafonu” keçirilir
02.12.2024 10:19
CulTech İnkubasiya proqramına qəbul davam edir!
29.11.2024 17:51
Mədəniyyət naziri Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edib
29.11.2024 12:04
Xalq rəssamı Rafiq Nəsirov vəfat edib
25.11.2024 17:34
Azərbaycanlı gənclər “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər
23.11.2024 17:38
Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb
21.11.2024 11:39
Azərbaycanda ilk dəfə Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü qeyd edilib
20.11.2024 16:54
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirilib
20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
12.11.2024 12:07
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
09.11.2024 12:01
Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib
09.11.2024 11:53
Azad torpaqlarda bayram konsertləri təşkil olunub
07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 15:53
COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub