Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
884

Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində ilk dəfə milli stendlə təmsil olunur

İyunun 19-da dünyanın bir çox ölkələrindən kitab sənayesi nümayəndələrinin qatıldığı 30-cu Pekin Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. Sərgidə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Çin Xalq Respublikasındakı səfirliyimizin dəstəyi ilə ölkəmiz bu il ilk dəfə Pekin Beynəlxalq Kitab Sərgisində milli stendlə təmsil olunur.

Stenddə ölkəmizə dair yeni çap olunan ümumilikdə 133 adda 309 nüsxə nəşr örnəyi nümayiş etdirilir. Məlum olduğu kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494–1556) anadan olmasının 530 illiyi qeyd edilir. Mədəniyyət Nazirliyi tərəfindən yubileylə əlaqədar silsilə layihə və tədbirlər təşkil olunur. Sərgidəki stendimizdə Məhəmməd Füzulinin həyat və yaradıcılığına dair nəşrlər də yer alıb. Burada Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü ildə "İslam dünyasının mədəniyyət paytaxtı" missiyasını yerinə yetirməsi barədə sərgi iştirakçılarına və ziyarətçilərə ətraflı məlumat verilir.

Sərgi çərçivəsində Azərbaycanın bir sıra yerli naşirlərinin iştirakı ilə milli stenddə Çin tərəfi ilə əməkdaşlıq görüşləri keçirilir. Sərginin açılış mərasimindən sonra Azərbaycan nümayəndə heyəti Pekin Milli Kitabxanasında olub, kitabxana ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Bildirək ki, Səudiyyə Ərəbistanının fəxri qonaq ölkə olduğu Pekin Beynəlxalq Kitab Sərgisi iyunun 23-dək davam edəcək.

XƏBƏRLƏR

12.07.2024 18:07
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 31 yaşı tamam olur
12.07.2024 15:22
Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib
11.07.2024 14:52
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı
11.07.2024 12:37
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
10.07.2024 18:35
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı BİRGƏ BƏYANATI
05.07.2024 09:18
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi
04.07.2024 17:49
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
03.07.2024 10:01
“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
02.07.2024 09:52
Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib
28.06.2024 15:35
Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib
27.06.2024 15:44
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
25.06.2024 17:11
Akademik Rus Dram Teatrında aktyor sənəti və vokal üzrə ustad dərsləri
25.06.2024 10:57
 Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub  
25.06.2024 09:54
Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
24.06.2024 14:57
Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər
24.06.2024 12:25
Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib
24.06.2024 12:19
İyunun 20-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın 100 illik yubileyinə həsr olunmuş “Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri” adlı sərgi açılıb
21.06.2024 10:00
Beynəlxalq Animasiya Filmləri Festivalında Azərbaycan stendlə təmsil olunub
14.06.2024 17:04
Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul edib
13.06.2024 18:02
Özbək dilinə tərcümə edilmiş "Qılınc və qələm" romanı Daşkənddə təqdim olunub
13.06.2024 17:04
Dövlət Yuğ Teatrı “Mənəm, mən” tamaşasını Daşkənddə nümayiş etdirib
13.06.2024 09:51
"Arşın mal alan" yenidən Daşkənd səhnəsində nümayiş olunub
13.06.2024 09:31
"Azərbaycanın sənət incilərində yaşayan milli irsi” - Daşkənddə sərgi açılıb
12.06.2024 11:23
Daşkənddə Azərbaycan incəsənətinin növbəti təntənəsi
12.06.2024 09:40
Azərbaycan və Özbəkistanın mədəniyyət nazirləri Daşkənddə görüşüb 
12.06.2024 09:33
Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olub
11.06.2024 15:30
Özbəkistan Yazıçılar İttifaqında "Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib
10.06.2024 17:07
Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri başlanır