Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
930

Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda qəbullar keçirilir, vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılır, aidiyyəti üzrə tədbirlər görülür. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin qəbul qrafikinə uyğun olaraq Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin vətəndaşlarla növbəti görüşü iyunun 14-də Samux rayonunda keçirilib.

Qəbuldan öncə nazir və rayonun icra başçısı Firdovsi Əliyev Samux şəhərində Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər. Samux şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda Samux, Goranboy, Göygöl, Daşkəsən rayonlarından, eləcə də Gəncə və Naftalan şəhərlərindən bir qrup vətəndaşın müraciətlərinə baxılıb.
Müraciətlər mədəniyyət sahəsinə dair təklif və təşəbbüslər, işlə təmin olunma və digər məsələlərlə bağlı olub. Həmçinin sahə üzrə bir sıra mövcud problemlər diqqətə çatdırılıb.
Mədəniyyət naziri Adil Kərimli vətəndaşları dinləyərək hər bir müraciət üzrə məsələlərin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı Mədəniyyət Nazirliyinin məsul nümayəndələrinə tapşırıqlar verib.
Qəbul zamanı şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqət göstərilməsi, vaxtında baxılması məqsədilə müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülüb.

XƏBƏRLƏR

25.06.2024 09:54
Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
24.06.2024 14:57
Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər
24.06.2024 12:25
Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib
24.06.2024 12:19
İyunun 20-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın 100 illik yubileyinə həsr olunmuş “Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri” adlı sərgi açılıb
21.06.2024 10:00
Beynəlxalq Animasiya Filmləri Festivalında Azərbaycan stendlə təmsil olunub
20.06.2024 09:24
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində ilk dəfə milli stendlə təmsil olunur
13.06.2024 18:02
Özbək dilinə tərcümə edilmiş "Qılınc və qələm" romanı Daşkənddə təqdim olunub
13.06.2024 17:04
Dövlət Yuğ Teatrı “Mənəm, mən” tamaşasını Daşkənddə nümayiş etdirib
13.06.2024 09:51
"Arşın mal alan" yenidən Daşkənd səhnəsində nümayiş olunub
13.06.2024 09:31
"Azərbaycanın sənət incilərində yaşayan milli irsi” - Daşkənddə sərgi açılıb
12.06.2024 11:23
Daşkənddə Azərbaycan incəsənətinin növbəti təntənəsi
12.06.2024 09:40
Azərbaycan və Özbəkistanın mədəniyyət nazirləri Daşkənddə görüşüb 
12.06.2024 09:33
Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olub
11.06.2024 15:30
Özbəkistan Yazıçılar İttifaqında "Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib
10.06.2024 17:07
Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri başlanır
08.06.2024 09:43
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin birgə bəyanatı
07.06.2024 15:41
VI Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyası 78-ci sessiyasının sənədi kimi dərc olunub
07.06.2024 13:10
Mədəniyyət naziri İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib
06.06.2024 19:02
“1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiyanın açılış mərasimi keçirilib
04.06.2024 09:01
“A-Hub Akselerasiya Proqramı”nın qalibləri Şuşada mükafatlandırılıb
03.06.2024 18:28
Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib
03.06.2024 17:57
Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumu maraqlı mövzulara həsr olunan panel sessiyalarla davam edir
03.06.2024 16:17
Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilir
03.06.2024 12:21
Görkəmli baletmeyster Maqsud Məmmədov 95 illiyi münasibətilə evində ziyarət olunub
02.06.2024 21:24
"A-Hub Akselerasiya Proqramı”nın dünya finalı keçirilib
01.06.2024 20:28
Bakıda və Şuşada “Rəqəmsal Yaradıcı Həftəsonu” (Digital Creative Weekend) layihəsi həyata keçirilir
30.05.2024 15:37
Rəqəmsal yaradıcı həftəsonu elan olunur