Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
754

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib

Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də “Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib.

Beynəlxalq Hüquq və Dini Araşdırmalar Mərkəzinin direktor müavini xanım Elizabet A.Klarkın moderatorluğu ilə keçirilən sessiyada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov açılış nitqi ilə çıxış edib.

O qeyd edib ki, müxtəlif mədəniyyətlər və inanclar arasında körpü yaratmaq inklüziv və multikultural cəmiyyətlərin xüsusiyyətidir. Əməkdaşlıq olmadan bu körpülər yaradıla bilməz. Əməkdaşlıq cəmiyyətdə təcrid olunmuş və azlıq təşkil edən qruplar üçün inteqrasiya imkanları yaradır.

R.Həsənov, eyni zamanda, bildirib ki, multikultural cəmiyyətin formalaşmasına müxtəlif maneələr yaratmaq insanlar arasında nifrətin yayılmasına səbəb olur. "Multikultural cəmiyyət yaratmaq ictimai birliyə nail olmağın həlledici yollarından biridir. İctimai birliyə nail olmaq bu gün hökumətlərin və dövlətlərin qarşısında duran prioritetlər sırasındadır. Bu, çox mürəkkəb və vaxtaparan prosesdir. Amma bu, bizi ruhdan salmamalıdır. Biz beynəlxalq əməkdaşlığımızı, dostluğumuzu gücləndirməliyik”, - deyə icraçı direktor vurğulayıb.

Sessiyada çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru professor Kamal Abdulla ölkəmizdə multikultural dəyərlərin son dərəcə yüksək qiymətləndirildiyini söyləyib. Diqqətə çatdırıb ki, bu, həm Azərbaycan dövlətinin apardığı siyasətin tərkib hissəsidir, həm də xalqımızın canından, qanından gələn hisslərdir.

O bildirib ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev başqa dinin nümayəndələrinə, digər millətlərə hər zaman böyük hörmətlə yanaşırdı. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev bütün konfessiyalara, milli müxtəlifliklərə eyni siyasi münasibəti bəsləməsi ilə multikultural təhlükəsizliyi təmin edib.

“Hər dövlətin bir çox təhlükəsizlik doktrinaları var. Ölkəmizin əsas məqsədi bütün konfessiyaların, milli azlıqların nümayəndələrinin özlərini Azərbaycanda rahat, bərabər hiss etməsidir. Azərbaycan Prezidenti bütün konfessiyalara eyni münasibət bəsləyir. Heç bir konfessiyanı, milli icmanı digərindən ayırmır. Bu, dövlətimizin başçısının verdiyi qərarlarda da özünü göstərir”, - deyə Kamal Abdulla vurğulayıb.

Pakistanın UNESCO yanında daimi nümayəndəsi səfir Asim İftixar Əhməd çıxışında bildirib ki, dünyada hələ də həllini gözləyən bir çox böhranlar, münaqişələr var. Hazırda dünyada irqi ayrı-seçkilik kimi bir çox başqa ciddi problemlərlə qarşılaşırıq.

O deyib ki, dialoq çox önəmlidir, lakin bu gün sülh üçün kifayət edəcək qədər deyil. “Bakı Prosesi” və bu kimi digər platformalar sivilizasiyalar arasında körpü yaratmaq məqsədi daşıyır.

İsa Məsihin Son Günlər Müqəddəsləri Kilsəsinin Mərkəzi Avropa və Avrasiya üzrə prezidenti Cek Noel Gerard isə qarşılıqlı hörməti və anlaşmanı yüksək qiymətləndirdiklərini söyləyib. Qeyd edib ki, onlar dünyanın bütün inanclarında olan dəyərlərə hörmət edirlər.

“Müxtəlif dinlər, mədəniyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlıq körpüləri qurulmalıdır. Bununla biz dünyanın qarşıladığı çağırışlarla mübarizə apara bilərik. Əməkdaşlıq çərçivəsində dəstəyə həqiqətən ehtiyacı olan şəxslərə ləyaqətli şəkildə kömək göstərə bilərik”, - deyə Cek Noel Gerard vurğulayıb.

Xarici Regional Araşdırmalar Departamentinin rəhbəri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Yekaterinburq filialının Ural Federal Universitetinin rəhbəri Aleksandr Nesterov isə diqqətə çatdırıb ki, multikulturalizm termin olaraq qədim deyil. Lakin onun özündə ifadə etdiyi hər bir anlayış qədim tarixə malikdir.

“Azərbaycan, xüsusilə də bu ölkənin Prezidenti multikulturalizmi dövlət siyasətinin əsasına çevirib. Bununla belə, multikulturalizm, yəni, müxtəlif azsaylı xalqların, ayrı-ayrı konfessiyaların və mədəniyyətlərin tarixən bir yerdə olması Azərbaycan xalqının həyat tərzidir”, - deyə o əlavə edib.

Banqladeşin sabiq səfiri və İƏT-in Avropa İttifaqındakı keçmiş daimi müşahidəçisi İsmət Cahan vurğulayıb ki, Azərbaycan multikulturalizm cəhətdən olduqca inkişaf etmiş ölkədir. Mədəniyyətlərarası dialoq sülh, mədəniyyət və qarşılıqlı anlaşmanı formalaşdırır.

İnsanların sülh şəraitində yaşamasının önəmli olduğunu vurğulayan İ.Cahan diqqətə çatdırıb: “Təəssüf ki, dünyada siyasi və dini baxımdan ayrı-seçkilik var. Bu, cəmiyyətdə sülhün bərqərar olması üçün problem yaradır. Dinlərarası dialoqlarda üst-üstə düşən məqamlar olsa da, fərqli fikirlər də mövcuddur. Bu zaman, ilk növbədə, dinləmə və dialoqun qurulması əsas şərtdir. Bunun üçün isə ortaq həll yolları tapılmalıdır”.

Panel sessiyada çıxış edən ABŞ-ın Daxili Təhlükəsizlik Departamentinin sabiq direktor müavini Janna Skot gənclərin qlobal sahəyə cəlb olunmasının önəmindən bəhs edib. Bildirib ki, bu vasitə ilə onlar arasında kommunikasiya yaratmaq mümkündür.

Dinlərarası Dindarlıq Proqramının direktoru, professor Kamal Abu-Şamsieh, Parisdəki Ərəb Dünyası İnstitutunun direktoru, sabiq mədəniyyət naziri Kərim İfrak və "CAGE International"ın icraçı direktoru Muhammad Əbdur Rabbani çıxışları zamanı sülhün dünya üçün son dərəcə vacib olduğunu vurğulayıblar. Bildirilib ki, yoxsulluq, şiddət və ayrı-seçkilik aradan qaldırılmalıdır.

Panel sessiyası işini müzakirələrlə davam etdirib.

XƏBƏRLƏR

30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb
31.07.2024 13:22
“Min bir gecə” baleti yeni quruluşda Pekində ilk dəfə təqdim olunacaq
30.07.2024 14:04
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olunub
30.07.2024 10:18
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir