Azərbaycanın mədəni həyatında və düşüncə tərzində “Novruz”un öz yeri var. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Bu oyanış rəmzləri “Novruz”un hikmətində elm, düşünmə və özünütəhlil üçün təbii zəmin yaradır.
Tarixi ənənəyə və müasir inkişafa dayanaraq Mədəniyyət Nazirliyi tərəfindən “Novruz görüşləri” adlı ustad dərslərinə start verilir.
Görüşlərin keçirilməsində əsas məqsəd musiqi və incəsənət təhsili sahələrinə dair mövzuların gündəmə gətirilməsi və populyar dildə təqdim olunmasıdır. Belə ki, tanınmış və sahəsi üzrə peşəkar şəxslərin Bakının məşhur tarixi binalarında gənclərlə ustad dərsi və interaktiv müzakirə formatında görüşlərinin təşkil edilməsi nəzərdə tutulub.
“Novruz görüşləri”ndə tamaşaçı kimi iştirak qeydiyyat linki vasitəsilə aparılır. Maraqlanan iştirakçılar aşağıda göstərilən link vasitəsilə onlayn qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat linki: https://bitly.ws/3eSTk
Qeyd edək ki, görüşlərin mart ayının 11-20-si aralığında, Novruz bayramı ərəfəsində keçirilməsi planlaşdırılır. Məkan və tarix barədə məlumatlar qeydiyyatdan uğurla keçən şəxslərə əvvəlcədən göndəriləcək.