Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
721

Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib

Bu il görkəmli bəstəkar, tanınmış dirijor və pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti, professor Süleyman Ələsgərovun anadan olmasının 100 illiyi qeyd edilir. Prezident İlham Əliyev bəstəkarın 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

Fevralın 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Süleyman Ələsgərovun yubileyinə həsr edilən konsert keçirilib.

Tanınmış mədəniyyət və incəsənət xadimləri, mədəniyyət nazirinin müavini Murad Hüseynov, ictimaiyyət nümayəndələri və musiqisevərlər konserti izləyiblər.

Konsertdən öncə səhnəyə çıxan akademik Rafael Hüseynov görkəmli bəstəkarın dolğun yaradıcılıq fəaliyyəti, sənət dostlarına göstərdiyi qayğı və mədəniyyət xəzinəmizə bəxş etdiyi dəyərli əsərlərindən söz açıb.

Bildirilib ki, görkəmli bəstəkar 11 operettanın, o cümlədən “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım”, “Hərənin öz ulduzu” musiqili komediyalarının, “Bahadur və Sona”, “Solğun çiçəklər” operalarının, “Bayatı-Şiraz” simfonik muğamının, bir çox simfoniya və kantataların, tar ilə xalq çalğı alətləri orkestri üçün konsertlərin, “Vətənimdir”, “Yada düşdü”, “Sərvi xuramanım mənim” kimi romansların, həmçinin 200-dən artıq mahnının müəllifidir.

Daha sonra konsert proqramı təqdim edilib. Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər Almaz Orucova, Anar Şuşalı, Arzu Əliyeva, Çinarə Heydərova, Ramil Qasımov, Aşıq Samirə, respublika və beynəlxalq müsabiqələr laureatları Kamilə Nəbiyeva, Bəhruz Zeynal, Səbinə Ərəbli, Rəvan Qaçayevin ifasında görkəmli bəstəkarın “Güllər açar”, “Ulduzumsan”, “Vağzalı çalınır”, “Neylərəm”, “Xatirələr”, “Tarantella”, “Ala gözlü yar”, “ Küsmərəm”, “Gözəl Şuşa”, “Bilsəm sən gəlirsən” əsərləri, həmçinin “Ulduz” filmindən duet və s. səsləndirilib.

Çıxışlar alqışlarla qarşılanıb.

Qeyd edək ki, Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Şuşa şəhərində dünyaya göz açıb. Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) Bəstəkarlıq fakültəsində təhsil alıb. 1943-cü ildə dahi Üzeyir Hacıbəylinin zəmanəti ilə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul olunub. Süleyman Ələsgərov 21 yanvar 2000-ci ildə, 75 yaşında vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

XƏBƏRLƏR

16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı