Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1176

Mədəniyyət naziri Ağdaşda vətəndaşlarla görüşüb

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir. Hər ay müxtəlif rayonlarda keçirilən qəbullarda sakinlərin müraciət və problemləri dinlənilir, həlli ilə əlaqədar müvafiq addımlar atılır.

2022-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov sentyabrın 23-də Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar və Zərdab sakinləri, eləcə də digər rayonlardan qəbula gələn vətəndaşlarla görüşüb.

Qəbuldan öncə mədəniyyət naziri Anar Kərimov və Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. 

Sonra Ağdaş Rayon Heydər Əliyev Mərkəzinə gələn Anar Kərimov mərkəzin fəaliyyəti ilə tanış olub. Məlumat verilib ki, 2014-cü ildən fəaliyyət göstərən mərkəzdə ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara və eksponatlar saxlanılır. Nazir burada nümayiş olunan sənəd və fotolara, müxtəlif eksponatlara baxış keçirib.

Daha sonra rayon Heydər Əliyev Mərkəzində nazirliyin məsul əməkdaşlarının da iştirakı ilə vətəndaşların qəbulu keçirilib. Qəbulda iştirak edən sakinlərin müraciətləri işlə təmin olunma, işə bərpa olunma, əmək müqaviləsinin uzadılması, kadr məsələləri, uşaq musiqi məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə, heykəltəraşlıqla bağlı layihələrə cəlb olunma, tarixi abidənin şəxsi vəsait hesabına bərpası barədə və digər məsələləri əhatə edib.

Anar Kərimov vətəndaşların müraciət və təkliflərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Qaldırılan məsələlərin operativ, hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

XƏBƏRLƏR

06.12.2023 14:43
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
06.12.2023 13:24
“Zamanla dialoq” adlı fərdi sərgi açılacaq
05.12.2023 09:43
Qazaxıstan Mədəniyyəti Günləri sərgi və qala-konsertlə başa çatıb
04.12.2023 12:55
Mədəniyyət naziri qazaxıstanlı həmkarı ilə görüşüb
04.12.2023 10:23
Türk Dünyasının Yumor Festivalı keçirilib
01.12.2023 14:15
Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun icmalı
30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub