Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
23878

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq

 

Mayın 6-dan 31-dək Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu ilk dəfə olaraq my.culture.az vahid şəxsi kabinet vasitəsilə aparılacaq. Bununla da təhsilalanlar əlavə vaxt sərf etmədən və təhsil müəssisələrinə getmədən şəxsi kabinet üzərindən qeyd olunan xidmətdən yararlana biləcəklər. Bu da vətəndaş məmnuniyyəti, şəffaf və çevik ünsiyyətin təmin edilməsində önəmli rol oynayacaq.

Təhsilalanın müraciətinin nəticəsi, habelə imtahanın vaxtı və yeri ilə bağlı namizədin şəxsi kabinet və elektron poçt ünvanına bildiriş göndəriləcək.

Qeydiyyatdan uğurla keçmiş namizədlər iyunun 5-dən 15-dək əyani şəkildə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər. Bütün imtahanlar yekunlaşdıqdan sonrakı 3 gün ərzində namizədin şəxsi kabinetinə nəticəyə dair bildiriş göndəriləcək. Uğur qazanmış təhsilalanlar 3 gün müddətində sistem üzərindən təhsil alacaqlarını təsdiq etməlidirlər.

Məlumat üçün bildirək ki, Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərində tədrisin müasir tələblərə uyğun qurulması istiqamətində sistemli iş aparılır. Təhsilalanların elektron qəbulu prosesində ən vacib məqam rəqəmsallaşma, ölkədaxili informasiya sistemləri ilə inteqrasiya və əlçatan xidmət tələblərinə cavab verməkdir.  Son dövrlərdə Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən islahat tədbirləri, hər şeydən əvvəl bu sahədə şəffaflığın və effektiv idarəetmənin təmin edilməsi üçün  geniş imkanlar yardır. Bu istiqamətlərdən biri kimi Mədəniyyət Nazirliyi sistemində bütün xidmətlərin my.culture.az vahid şəxsi kabinetüzərindən inteqrasiyası uğurla icra olunur ki, bu da cəmiyyətlə daha çevik və hərtərəfli kommunikasiyanın qurulmasında vacib əhəmiyyət daşıyır.   

Daha ətraflı məlumatı təqdim olunan tez-tez verilən sual-cavab bölməsi vasitəsilə əldə edə bilərsiniz.

XƏBƏRLƏR

10.09.2024 10:07
Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06.09.2024 17:23
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
05.09.2024 10:54
Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma Memorandumu imzalanıb
05.09.2024 09:44
Bəstəkarlarımızın yeni əsərləri musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək
04.09.2024 14:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar
04.09.2024 10:15
Azərbaycanda ilk dəfə "Baku Cinema Breeze" beynəlxalq film festivalı keçiriləcək
30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb