Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın növbəti iclası keçirilib. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında iclas zalında keçirilən tədbir Milli Məclisin deputatı, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa və Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın nümayəndələrinin iştirakı ilə baş tutub.
Tədbirdə İctimai Şuranın sədri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov çıxış edərək Şura tərəfindən həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat verib.
İctimai Şuranın sədr müavinləri - Əkbər Qoşalı və Vüqar Qədirov, eləcə də Şura üzvləri kinorejissor Ayaz Salayev, Xanoğlan Əhmədov, Samirə Mustafayeva və Adilə Nəzərova çıxış edərək Şuraya edilən müraciətlər, qaldırılan problemlər və təkliflər barədə danışıblar.