Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edir.
Qeyd edək ki, layihə paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasını dəstəkləmək məqsədilə həyata keçirilir.
Ötən il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirilən layihə çərçivəsində 10 regionda 100 maarifləndirici tədbir təşkil edilib. Tədbirlərə 3000-ə yaxın iştirakçı qatılaraq yaradıcı sənayelər haqqında ətraflı məlumat alıb.
Cari ilin may ayında yenidən həyata keçiriləcək “Yaradıcı müzakirələr” layihəsi ilkin mərhələdə Quba, Gəncə, Mingəçevir, Şəki və Şamaxı şəhərlərini əhatə edəcək, daha sonra sentyabr-oktyabr aylarında Lənkəran, Naxçıvan, Sumqayıt, Bakı və Şuşa şəhərlərində davam edəcək.
Layihə çərçivəsində 10-dan çox yaradıcı klaster üzrə seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüşlər və təlimlər təşkil olunacaq.
Ümumilikdə təşkil olunan sessiyalar kino, teatr, rəsm, dizayn, xalçaçılıq, kulinariya, animasiya, virtual oyun biznesi, yaradıcı startaplar, fotoqrafiya, musiqi, bədii şüşə sənəti, dəb və digər mövzuları əhatə edəcək.
Quba, Gəncə, Mingəçevir, Şəki və Şamaxıda baş tutacaq sessiyalara qeydiyyat artıq başlayıb və qeyd olunan link vasitəsi ilə aprel ayı ərzində qeydiyyatdan keçmək mümkündür: https://talks.creative.az
Ətraflı məlumat üçün:
İnstagram: https://www.instagram.com/yaradici.talks
Facebook: https://www.facebook.com/yaradici.talks