Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1285

“Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” beynəlxalq elmi-praktik konfransı Bakıda davam edir

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə 18-20 sentyabr tarixində Şuşa və Bakı şəhərlərində “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfrans keçirilir. Beynəlxalq tədbir ölkəmizdə mədəniyyət iqtisadiyyatının inkişaf perspektivlərinə həsr olunub.

Qeyd edək ki, “Şuşa İli” çərçivəsində #think4culture çağırışı ilə reallaşan konfransın birinci hissəsi Şuşa şəhərində keçirilib.

Sentyabrın 20-də “Fairmont Hotel”də konfransın yekun tədbiri gerçəkləşdi. Tədbirdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, millət vəkilləri və digər rəsmilər, mədəniyyət sahəsinin mütəxəssisləri iştirak edirdi. Konfransın moderatoru, startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katran qonaqları salamlayaraq tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi.

Mədəniyyət naziri Anar Kərimov konfransda çıxış edərək bildirdi ki, konfransla bağlı  15 ölkədən qonaqlar Azərbaycana gəliblər. Onlar mədəniyyət paytaxtımız Şuşaya və digər rayonlara səfər ediblər. Şuşada çox önəmli bir fikir mübadiləsi aparılıb. Bu tədbir də məhz Qarabağa qayıdışımızın, oradakı bərpa işlərimizin bir parçasıdır, bir mərhələsidir. Həm oradakı 30 illik dağıntı və vandalizmi, həm də bugünkü inkişafı əyani şəkildə görmək və təbliğatını aparmaq baxımından bu konfrans mühüm əhəmiyyət daşıyır.

Azərbaycanın öz tarixinin ən önəmli səhifələrindən birini yaşadığını vurğulayan nazir müharibədən sonra işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək mühüm vəzifələrin olduğunu diqqətə çatdırdı: "44 günlük Vətən müharibəsindən və Zəfərdən sonra bizim qarşımızda mühüm vəzifələr durur. Bu vəzifə əzəli yurd yerlərimizin dirçəldilməsindən ibarətdir. Biz işğaldan azad olunmuş ərazilərə həm də özlərinə xas mədəniyyəti qaytarmalıyıq və qaytarırıq. Şuşada və işğaldan azad olunmuş digər ərazilərdə keçirilən silsilə tədbirlər də buna misaldır".

Anar Kərimov bildirdi ki, Mədəniyyət Nazirliyi tərəfindən yaradıcı sənayelərin inkişaf etdirilməsinə çox böyük önəm verilir: "Nazirliyin dəstəyi ilə Azərbaycan Yaradıcı Sənayelər Federasiyası təsis edilib. Yaradıcı sənayelərin və bu sahənin iqtisadiyyata töhfəsinin artırılması kimi mövzuları daim gündəmimizdə saxlayırıq. Mədəniyyət və yaradıcı sənayelər “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da prioritet inkişaf perspektivləri olan sahələr kimi öz əksini tapıb. Bizim başlıca vəzifəmiz isə həmin yaradıcı fəaliyyəti olan qurumlara müdaxilə etməməkdir. Əksinə onları vahid qüvvə kimi birləşdirib, özəl sektorlarla dövlət qurumları arasında körpü rolunu oynamaqdır. Bu baxımdan dəfələrlə yaradıcı sənaye ilə məşğul olan qurumlarla, sektorlarla görüşlər keçirilir, təkliflər dinlənilir".

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev söylədi ki, ötən dövr ərzində dünya iqtisadiyyatında qeyri-müəyyənliklər daha da artıb. Bütün bunlara baxmayaraq, Azərbaycan iqtisadiyyatında yüksək artım davam edib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov vurğuladı ki, xalqın mədəni səviyyəsi hər bir ölkənin inkişafına təsir göstərir: “Bildiyiniz kimi, otuz ilə yaxın idi ki, torpaqlarımız işğal altında idi. İşğal dövründə düşmən mədəni abidələrimiz məhv edilib. Bu gün infrastruktur layihələrlə yanaşı, mədəni abidələrimiz də bərpa olunur. Bizim əsas vəzifəmiz mədəni irsimizi gələcək nəsillərə çatdırmaqdır".

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva söylədi ki, torpaqlarımızın işğaldan azad edilməsi mədəniyyətin barbarlıq üzərində qələbəsi idi: "Mən düşünürəm ki, bu tədbirin Şuşadan başlayıb Bakıda davam etməsi də buna görədir. Qonaqlarımız işğaldan azad edilmiş torpaqlarımızı ziyarət edərkən düşmənin dağıdıcı, dövlətimizin isə qurucu mədəniyyətini gördü. Çox təəssüflər olsun ki, bu gün özünü dünyada mədəni ölkə adlandıran bəzi dövlətlər qurucu mədəniyyəti deyil, dağıdıcı mədəniyyətin yanındadır. Mədəniyyət sahəsi Azərbaycan üçün həmişə prioritet olub. Mədəniyyət iqtisadiyyatına təkcə gəlir mənbəyi kimi baxmamalıyıq. Bu anlayış dövlət üçün, xalq üçün, onun mədəniyyəti üçün fərqli-fərqli imkanlar açır".

***

Daha sonra dövlət mexanizmlərinin və təşviqlərinin yaradılması üzrə panel müzakirəsinə başlanıldı.

Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova qeyd etdi ki, bu gün mədəni turizm dünyada məşhur turizmlərdən biridir. Mədəni turizm iqtisadiyyatın aparıcı istiqamətlərindən biridir. Mədəniyyətin təbliğ olunmasında turizmin böyük rolu var.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev bildirdi ki, Mədəniyyət Nazirliyinin məqsədlərindən biri mədəniyyətə yanaşmanı dəqiqləşdirməkdir: "Bizim baxışımız sovet baxışından fərqlənir. O zaman mədəniyyət bu sahə ilə məşğul olan müəssisələrin fəaliyyəti ilə məhdudlaşırdı. Ancaq mədəniyyət daha geniş anlayışdır. Bugünkü tədbirin əsas məqsədi bu baxışı açıqlamaqdır. Mədəniyyət bütün sahələri ilə bir zövq formalaşdırır. Mədəni iqtisadiyyatın bir böyük tərəfi də qloballaşmadır. İnternetin üstünlüyü hansısa bir musiqiçinin öz əsərini dünyaya çıxarmaq imkanı verir ki, bu da qloballaşmanın nə demək olduğunu açıq-aydın göstərir".

Elnur Əliyev vurğuladı ki, ölkəmizdə neft-qaz, kimya sənayesi barədə danışmaq mümkündür, amma yaradıcı sənayemiz yoxdur. “Biz sistemli yanaşma tətbiq etməliyik. Buna görə də birinci növbədə bu yöndə təbliğat işləri aparılmalıdır", – deyə E.Əliyev əlavə etdi.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov söylədi ki, mədəniyyət və iqtisadiyyat terminlərinin bir arada səsləndirilməsi onların bağlılığından xəbər verir: "Ölkədə sosial inkişafın formalaşdırılmasında, sahibkarlıq mühitinin yaxşılaşdırılmasında mədəniyyət və yaradıcı sənayenin inkişafına diqqətin ayrılması vacib məsələlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bu sahənin inkişafına da təsir edən amillərdən biridir. İqtisadiyyat Nazirliyi olaraq bu sahənin inkişafı istiqamətində lazımi tədbirlər görəcəyik".

Qarabağ Dirçəliş Fondu İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirdi ki, mədəniyyət geniş bir məfhumdur. Mədəniyyət sahibkarlıqdır, iqtisadiyyatdır, inkişafdır: “Ərazilərimizin düşməndən azad olunması Qarabağda dağıntıları tam şəkildə görməyə imkan verdi. Biz bu dərəcədə böyük dağıntıların öhdəsindən gəlməliyik. Məlum olduğu kimi, ən çox dağıntıya məruz qalan obyektlər tarixi abidələrimizdir. Bununla da düşmən bizim mədəniyyətimizi silmək istəyirdi. Dünyada buna nümunələr var. Amma nəzərə alsaq ki, İkinci Dünya müharibəsindən sonra Avropadakı urbisidin aradan qaldırılmasına müəyyən yardım var idi. Amma Azərbaycan bu gün Qarabağdakı dağıntıları, oradakı urbisidi özü bərpa edir, özü aradan qaldırır".

Daha sonra çıxış edən mədəni iqtisadiyyat üzrə beynəlxalq ekspert Ornela Ramasauskaite yaradıcı ekosistemin mühüm məsələ olduğunu söylədi: “Dünən apardığım tədqiqatlar və oxuduğum məqalələr nəticəsində belə qənaətə gəldim ki, yaradıcı ekosistemin yaradılması mütləqdir. Azərbaycanın böyük mədəni-tarixi mirası var. Bu ölkə də dünyada baş verən yaradıcı proseslərin bir hissəsidir”.

Daha sonra konfrans iştirakçılarının sualları cavablandırıldı. Konfrans öz işini panel iclaslarla davam etdirdi.

XƏBƏRLƏR

28.09.2023 15:48
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
27.09.2023 17:55
Azərbaycan ilə Qətər arasında mədəni əməkdaşlıq müzakirə olunub
27.09.2023 16:42
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
26.09.2023 17:17
Azərbaycanın mədəniyyət naziri İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında çıxış edib
26.09.2023 12:11
DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək
25.09.2023 16:35
Qarabağımızın incisi Şuşa yekdil qərarla “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi
21.09.2023 18:42
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
19.09.2023 13:08
Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub
18.09.2023 17:30
“Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
18.09.2023 15:12
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib
18.09.2023 12:44
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
15.09.2023 18:24
MDB-yə üzv dövlətlərin Yaradıcı və Elmi Ziyalılarının XVI Forumu və MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının 38-ci iclası keçirilib
15.09.2023 17:52
Üzeyir Hacıbəyli festivalı 10-dək ölkədən musiqiçiləri bir araya gətirəcək
15.09.2023 12:13
Bu gün görkəmli kinorejissor, Xalq artisti Xamis Muradovun 80 illik yubileyidir
15.09.2023 10:34
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə sənəd qəbununun vaxtı uzadılıb
15.09.2023 08:40
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ciddədə İƏT baş katibinin müavini ilə görüşüb
13.09.2023 15:46
Özbəkistanda “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşaya həsr olunan poçt markası buraxılıb
13.09.2023 15:01
Arif Məlikovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub
12.09.2023 14:52
Vətən müharibəsindəki tarixi zəfərə ithaf edilən ədəbi müsabiqənin nəticələri bəlli olub
11.09.2023 13:53
VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatdı
08.09.2023 14:45
Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub
07.09.2023 17:30
Bakıda 6-cı “Animafilm” festivalı keçirilir
06.09.2023 15:34
Mədəniyyət naziri Adil Kərimli Çində keçirilən forumda çıxış edib
06.09.2023 10:11
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı başlayır
06.09.2023 09:33
Dunhuanda 6-cı Beynəlxalq İpək Yolu Sərgisi işə başlayıb