Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
916

Nazirin birinci müavini Elnur Əliyev Xalq artisti Bəxtiyar Xanızadə ilə görüşüb

İyulun 20-də Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Xalq artisti Bəxtiyar Xanızadə ilə 65 yaşı münasibətilə görüşüb. Səmimi söhbət şəraitində keçən görüşdə  nazir müavini mədəniyyət naziri Anar Kərimovun təbrik məktubunu təqdim edib, sənətkara uzun ömür və yeni yaradıcılıq uğurları arzulayıb. O, bildirib ki, Mədəniyyət Nazirliyi Azərbaycan Dövlət Pantomima Teatrının fəaliyyətini yüksək qiymətləndirir və daim diqqət mərkəzində saxlayır. Nazir müavini onu da vurğulayıb ki, Azərbaycan teatr şəbəkəsində özəl yeri olan Pantomima Teatrının gələcəkdə daha da inkişafı və fəaliyyətinin uğurla davam etdirməsi üçün Nazirlik dəstək verməyə hazırdır. 

Xatırladaq ki, Bəxtiyar Xanızadə ki, 12 iyul 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, İncəsənət Universitetini bitirdikdən sonra 1987-ci ildə isə Sankt-Peterburq Dövlət Teatr, Musiqi və Kinematoqrafiya Akademiyasının səhnə hərəkəti üzrə aspiranturasında təhsil almışdır. İstedadlı gənc aktyor və rejissor elə ilk yaradıcılıq işləri ilə teatr ictimaiyyətinin diqqətini cəlb etmiş, hazırladığı tamaşalar səhnə yozumu, müasirliyi, gənclik cəsarəti ilə fərqlənmişdir. 1978-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1981–1982-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Tədris Teatrında, 1982-1983-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında aktyor, 1983-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda müəllim kimi fəaliyyət göstərmişdir. 16 may 1994-cü ildə dərs dediyi bir qrup tələbə ilə birlikdə Azərbaycan Respublikanın Mədəniyyət Nazirliyinin əmrinə əsasən Azərbaycanda “Dəli yığıncağı” adlı ilk Pantomima Teatr studiyası yaratmışdır. O, “Aktyorun plastik mədəniyyətinin tərbiyəsində UŞU - əlbəyaxa döyüş növünün əhəmiyyəti” (1991), “Budda rahiblərinin 18 döyüş üsuluna dair metodik və praktiki çalışmalar” (1992), “Aktyorun plastik tərbiyəsində məkan və zaman baxımından hərəkət dəqiqliyinin əhəmiyyəti” (1993) adlı elmi əsərlərin müəllifidir.

B.Xanızadə “Pantomima Buketi”, “Nağaraçılar”, “Şərqə səyahət”, “Zibillik pərvanələri”, “Bayraqdarlar”, “Asılqan”, “Samurayın ölümü”, “Eşq”, “Kölgə”, “Ömür yolu bircə andır”, “Xəyal”, “Anlaşılmazlıq”, “Unutmayaq”, “No Comment” adlı ilk Azərbaycan pantomima pyeslərinin müəllifidir.

B.Xanızadə 2000-ci il tarixində Azərbaycan Respublikasının "Əməkdar incəsənət xadimi", 2013-cü ildə "Xalq artisti" fəxri adlarına layiq görülmüşdür. 2019-cu ildən Prezident təqaüdçüsüdür.

XƏBƏRLƏR

01.06.2023 11:12
Mədəniyyət Nazirliyində “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
31.05.2023 18:57
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
31.05.2023 09:42
Azərbaycan UNESCO-nun Yardımçı Komitəsinə üzv seçilib
30.05.2023 19:11
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Mədəniyyət Nazirliyində olub
30.05.2023 18:10
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə sənədlərin qəbuluna başlanılıb
28.05.2023 20:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib
17.05.2023 12:33
Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif konsert proqramları təqdim olunacaq
13.05.2023 15:11
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12.05.2023 16:37
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
08.05.2023 10:49
Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilanda tədbir keçirilib
01.05.2023 16:39
Mədəniyyət naziri Adil Kərimli dövlət kino təsisatlarını ziyarət edib
21.04.2023 18:01
“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu başa çatdı
21.04.2023 15:12
Kinoforumda ikinci gün: “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri”
21.04.2023 11:53
Paytaxtdakı teatr və musiqi kollektivlərinin bölgələrə qastrolu başlanır
20.04.2023 19:53
“Milli kino: dünən, bu gün və sabah” – kinoforum panel müzakirələrlə davam edib
20.04.2023 16:27
Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir
17.04.2023 16:49
Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi
13.04.2023 11:17
Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub
12.04.2023 20:00
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı
11.04.2023 16:05
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib