Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
977

UNESCO-nun "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında" 2005-ci il Konvensiyası mövzusunda təlim kursuna start verildi

Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının tərəfdaşlığı ilə “Qlobal Kommunikasiyalar və İnnovasiyalar” şirkəti tərəfindən “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti, 3-cü təlim kursuna start verilmişdir. Təlim kursunun mövzusu UNESCO-nun "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında" 2005-ci il Konvensiyasını əhatə edir.  

Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə heyətinin sədri, Təlim proqramının rəhbəri Vasif Eyvazzadə təlim kursunun açılışını edərək iştirakçıları salamladı və “İrsin İdarəedilməsi Bacarıqlarının İnkişafı” təlim proqramı çərçivəsində əvvəlki iki təlim kursu haqqında məlumat verdi. V.Eyvazzadə UNESCO-nun növbəti vacib konvensiyası haqqında baş tutan bu təlim kursunun da iştirakçılar üçün maraqlı olacağını və bu təlim günlərində dörd ayrı təlim modulu üzrə fərqli təlimçilər və qonaq çıxışçıların iştirakı ilə maraqlı mövzuların birgə öyrənmə prosesində təqdim ediləcəyini bildirdi. Daha sonra Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi Elman Abdullayev çıxış edərək UNESCO-Azərbaycan münasibətlərinin tarixi, birgə əməkdaşlıq prosesində UNESCO Konvensiyalarının əhəmiyyəti barədə danışdı. O, həmçinin multikulturalizm və mədəniyyətlərarası dialoq ilə əlaqədar beynəlxalq və eləcə Azərbaycan təcrübələri haqqında da fikirlərini iştirakçılarla bölüşdü. Qarabağda dağıdılmış milli mədəni irsimizin araşdırılması və beynəlxalq səviyyədə tanıdılması, eləcə də işğal dövründə ölkə ərazisindən qanunsuz çıxarılmış mədəni irs nümunələrinin siyahılarının təşkili istiqamətində aparılan və qarşıda duran vacib fəaliyyətlərdən də bəhs etdi.

Ardından, Təlim proqramının rəhbəri və birinci yarım günün təlimçisi, Vasif Eyvazzadə UNESCO-nun "Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi haqqında" 2005-ci il Konvensiyası haqqında məlumat verərək Konvensiyanın məqsədləri, mədəniyyətin universal tərifi və anlayışı, mədəni müxtəliflik anlayışı və müxtəliflik kateqoriyaları, mədəni özünüifadə anlayışı, mədəni fəaliyyətlər, mallar və xidmətlər mövzuları iştirakçılarla müzakirə şəklində təqdim etdi. Vasif Eyvazzadə həmçinin Konvensiyanın icrasına məsul İdarəetmə Orqanları, Baş Tərəflərin Konfransı, Hökumətlərarası Komitə, Beynəlxalq Mədəni Müxtəliflik Fondu və Fond tərəfindən dəstəklənən layihələr üzrə uyğunluq meyarları haqqında da məlumat verdi. Növbəti qonaq çıxışçı kimi təlim kursuna dəvət edilmiş Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov qlobal və tarixi kontekstə multikulturalizmin idarəedilməsi təcrübələri, ənənələri, meylləri haqqında çıxış edərək idarəetmədə tətbiq edilən uğurlu modelləri müqayisəli təhlil etdi və bu əsnada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətindən və məqsədlərindən geniş bəhs etdi. Təlim iştirakçılarının sualları ətraflı cavablandırıldı.

Təlim kursunun ikinci yarım günü üzrə təlimçi, innovasiyalar və rəqəmsallaşma üzrə ekspert, I2B layihəsinin rəhbəri Rəşad Əzizov innovasiyalar və startapların inkişafı üçün zəruri ekosistem elementləri, mədəni fəaliyyət sahələrində innovativ rəqəmsal həllər, platformalar haqqında təlim iştirakçılarına məlumat verdi. O, həmçinin startapların inkişaf mərhələləri, innovativ məhsul və həllərə dair konkret nümunələri təqdim edərək startap quruculuğunun inkişaf mərhələlərinin hər biri haqqında mədəni müəssisələrin nümunələrində konkret keyslərlə ətraflı bəhs etdi. Heydər Əliyev Fondunun “Regional İnkişaf” ictimai birliyi tərəfindən müvafiq qurumlarla birgə əməkdaşlıqda həyata keçirilən və özünün rəhbərlik etdiyi “İdeyadan Biznesə” (I2B) layihəsi haqqında və regionlarda yerli müsabiqə prosesləri haqqında da maraqlı təcrübələri iştirakçılarla bölüşdü.

Təlim kursunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən müəssisələrin, Dövlət Turizm Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Qarabağ İqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, "Şuşa" Şəhəri Dövlət Qoruq İdarəsinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Heydər Əliyev Mərkəzinin, AMEA Rəyasət Heyəti aparatının və Akademiyanın müvafiq institutlarının, Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin, yaradıcı ittifaq və birliklərin, Education HUB və “Zəka İşığında” ictimai birliyinin nümayəndələri iştirak etmişdir.

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!