Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
684

Gənc tarzənlər “Yeni adlar”da

Ölkəmizdə milli musiqimizin, mədəni irsimizin qorunması, ifaçılıq sənətinin inkişafı, təbliği həmçinin bu istiqamətdə dinləyici auditoriyası formalaşdırmaq üçün müxtəlif təbliğat tədbirləri artıq sistemli hal alıb.

Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi də gənclər arasında Azərbaycan musiqi mədəniyyətinin təbliği, onların musiqi və estetik zövqünün formalaşdırılması məqsədi daşıyır və istedadlı gənclərin üzə çıxarılması, geniş auditoriya tərəfindən tanınmasına köməyi hədəfləyir. Gənc ifaçıların tanınmış dirijorların rəhbərliyi altında simfonik, kamera və xalq çalğı alətləri orkestrləri ilə Azərbaycanın mötəbər konsert zallarında ifası üçün imkanların yaradılması onların inkişafı üçün böyük stimuldur.

Layihə çərçivəsində növbəti konsert iyunun 24-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşdi. İstedadlı tarzənlər İsmayıl Zülfüqarov və Mircavid Cəfərov Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiətində tarın sehr və incəliklərini tamaşaçılara çatdırdılar.

Tofiq Bakıxanovun və Hacı Xanməmmədovun tar və orkestr üçün konsertləri özünəməxsus ifa emosionallığı olan musiqiçilərin təqdimatında fərqli bir ovqat yaratdı, dinləyicilərin könlünü oxşadı.

1995-ci ildə anadan olan İsmayıl Zülfüqarov 2013-cü ildə paytaxtdakı Bülbül adına Orta İxtisas Musiqi Məktəbini tar ixtisası üzrə bitirib. Azərbaycan Milli Konservatoriyasının bakalavr və magistr pillələrini müvəffəqiyyətlə başa vurub. Gənc ifaçıların II Respublika müsabiqəsində (2013) Qran-pri mükafatına layiq görülüb. 2017-ci ildə Litvanın Vilnüs şəhərində keçirilən “Skamba skamba kankliai” 45-ci Beynəlxalq Folklor Festivalında “Şuşa” muğam triosu ilə səhnəyə çıxıb. Müxtəlif illərdə ölkəmizi Çin, Rusiya, Fransa, Türkiyə, Şimali Kipr və Litvada təmsil edib.

Mircavid Cəfərov 1996-cı ildə Bakıda tar və ud ifaçısı, Xalq artisti Mircavad Cəfərovun ailəsində anadan olub. 2013-cü ildə G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbini tar üzrə bitirib, Azərbaycan Milli Konservatoriyasının bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə başa vurub. 2010-cu ildə keçirilən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin xalq çalğı alətləri üzrə II Respublika müsabiqəsində və 2011-ci ildə milli musiqi alətləri ifaçılarının Respublika festivalında Qran-pri mükafatına layiq görülüb. 2013-cü ildə adı Azərbaycanın gənc istedadlarının  “Qızıl kitabı”na yazılıb və Prezident təqaüdünə layiq görülüb.

C.Cəfərov 2016-cı ildə Norveçdə keçirilən “Azərbaycan cazı” layihəsinin, elə həmin ildə Qazaxıstanın Astana şəhərində təşkil olunan “Astana Keşteri” Beynəlxalq Caz Festivalının, 2019-cu ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilən beynəlxalq etno-caz festivalının iştirakçısı olub.

XƏBƏRLƏR

21.09.2023 18:42
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
19.09.2023 13:08
Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub
18.09.2023 17:30
“Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
18.09.2023 15:12
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib
18.09.2023 12:44
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
15.09.2023 18:24
MDB-yə üzv dövlətlərin Yaradıcı və Elmi Ziyalılarının XVI Forumu və MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının 38-ci iclası keçirilib
15.09.2023 17:52
Üzeyir Hacıbəyli festivalı 10-dək ölkədən musiqiçiləri bir araya gətirəcək
15.09.2023 12:13
Bu gün görkəmli kinorejissor, Xalq artisti Xamis Muradovun 80 illik yubileyidir
15.09.2023 10:34
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə sənəd qəbununun vaxtı uzadılıb
15.09.2023 08:40
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ciddədə İƏT baş katibinin müavini ilə görüşüb
13.09.2023 15:46
Özbəkistanda “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşaya həsr olunan poçt markası buraxılıb
13.09.2023 15:01
Arif Məlikovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub
12.09.2023 14:52
Vətən müharibəsindəki tarixi zəfərə ithaf edilən ədəbi müsabiqənin nəticələri bəlli olub
11.09.2023 13:53
VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatdı
08.09.2023 14:45
Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub
07.09.2023 17:30
Bakıda 6-cı “Animafilm” festivalı keçirilir
06.09.2023 15:34
Mədəniyyət naziri Adil Kərimli Çində keçirilən forumda çıxış edib
06.09.2023 10:11
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı başlayır
06.09.2023 09:33
Dunhuanda 6-cı Beynəlxalq İpək Yolu Sərgisi işə başlayıb
05.09.2023 15:12
Ölkəmizdə ilk dəfə keçirilən Azərbaycan Dili və Ədəbiyyatı Forumunun geniş hesabatı
05.09.2023 10:20
Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
05.09.2023 09:01
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır
04.09.2023 13:05
Bakıda “Qərbi Azərbaycanın etno-mədəni mühitinə səyahət” adlı tədbir təşkil olunub
04.09.2023 09:43
“Azərbaycan mədəniyyət həftəsi” Albaniyada böyük coşqu ilə qarşılandı