David Lordkipanidzenin "Afrikadan ilk insanlar, Qafqazdan baxış" adlı mühazirəsi baş tutacaq
Azərbaycan-Gürcüstan əlaqələri çox qədim tarixi köklərə malikdir. Əsrlər boyu gürcü və Azərbaycan xalqları mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Möhkəm tarixi zəmin üzərində qurulmuş Azərbaycan-Gürcüstan münasibətləri bu gün hər iki ölkə rəhbərliyinin diqqəti və himayəsi sayəsində uğurla inkişaf edir.
Azərbaycan və Gürcüstan muzeyləri arasında təcrübə mübadiləsinin aparılması məqsədilə Gürcüstan Milli Muzeyinin baş direktoru, Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Fəxri doktoru, tanınmış antropoloq və arxeoloq, Azərbaycan mədəniyyətinə böyük töhfə vermiş David Lordkipanidze 27-30 iyun 2022-ci il tarixlərində Azərbaycana səfər edəcəkdir. Səfər çərçivəsində 29 iyun tarixində David Lordkipanidzenin Azərbaycan Milli İncəsənət Muzeyində muzey və sahə üzrə mütəxəssislərin iştirakı ilə "Afrikadan ilk insanlar, Qafqazdan baxış" adlı mühazirəsi baş tutacaqdır.