Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
584

“Kommunikasiya meneceri” layihəsi regionlararası kommunikasiyanın daha effektiv qurulmasına əhəmiyyətli töhfə verəcək

Mədəniyyət Nazirliyinin “Kommunikasiya meneceri” layihəsi çərçivəsində ADA Universitetində keçirilən “İctimaiyyətlə əlaqələr və medianın əsasları” mövzusunda yerli və xarici mütəxəssislərin də iştirak etdiyi təlim kursu başa çatıb.

ADA Universiteti Kommunikasiya və rəqəmsal media proqramının direktoru Şəfəq Mehrəliyevanın təqdimatında “Media işçiləri üçün əsas nitq və yazı bacarıqları” mövzusunda təlim keçirilib. Mütəxəssis bu sahədə müasir çağırışlar barədə fikirlərini bölüşüblər.

Təlimlərin son günündə “İctimaiyyətlə əlaqələr fəaliyyətində iş bölgüsü” mövzusu üzrə söhbət aparılıb. Təlimdə çıxış edən ATV kanalı rəhbərinin müşaviri, Əməkdar jurnalist Səadət Məmmədova müəllifi olduğu "Ağdam və mən" layihəsi barədə məlumat verib. O, regionun mədəni irsinin araşdırılması, düzgün mənbələrin seçilməsi, bölgəyə xas mədəniyyətin effektiv tanıdılması və təbliği üsullarının müəyyənləşdirilməsi istiqamətləri üzrə tövsiyələrini diqqətə çatdırıb.

Təlimin növbəti spikeri ADA Universitetinin Siyasi tədqiqat və nəşrlər üzrə direktoru Damyan Krnceviç Mişkoviç xarici media ilə münasibətlərin qurulması mövzusunda çıxış edib, öz təcrübəsini bölüşüb.

ADA Universiteti Kommunikasiya və rəqəmsal media proqramının direktoru, təlimçi Şəfəq Mehrəliyeva deyib ki, ümumbəşər mədəni irs məkanında Azərbaycanın yeri getdikcə genişlənir. O cümlədən UNESCO-nun bu mənada tanıdığı məkanlar sırasında Azərbaycana aid yerlərin sayı da artır. Bu siyahıda Bakı ilə yanaşı bölgələrdəki irsimiz də təmsil olunur. Bütün bunların reallaşmasında Mədəniyyət Nazirliyi də aparıcı rol oynayıb. “Kommunikasiya meneceri” layihəsinin əhəmiyyətini qeyd edən Ş.Mehdiyeva daha sonra deyib: “Ümid edirik ki, bu layihə çərçivəsində ADA Universitetində Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyimiz təlim kursu gənc əməkdaşlara yeni bilik və bacarıqlar verərək faydalı oldu”.

Daha sonra təlim iştirakçıları da fikirlərini bölüşüblər. Bildirilib ki, dövlət qurumlarında çalışanların peşəkarlığının artırılmasına istiqamətlənən layihələr təqdirəlayiqdir. Nazirliyin regional idarələrindən nümayəndələrin Bakıda komanda olaraq təlimlərə cəlb olunması, müvafiq sahə üzrə bilik və təcrübələrini artırmaları onların koordinasiyalı fəaliyyətini gücləndirəcək. Bu layihə, eyni zamanda, regionların mədəniyyətinin tanıdılması istiqamətində də birgə fəaliyyətin həyata keçirilməsində faydalı olacaq. Bütün regionların bir təlimdə toplaşması həm də komanda ruhunu formalaşdırıb.

Qeyd olunub ki, “İctimaiyyətlə əlaqələr və medianın əsasları” təlim kursu təkcə çalışdıqları qurumlarda deyil, həyatda, digər insanlarla ünsiyyətdə və kommunikasiyanın qurulmasında vacib məqamları əhatə edib. İştirakçılar layihənin ərsəyə gəlməsində əməyi olanlara və yaradılan şəraitə görə ADA Universitetinə, beynəlxalq təcrübəyə malik təlimçilərə və digər qonaqlara təşəkkürlərini bildiriblər.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

XƏBƏRLƏR

26.04.2024 11:19
Ölkəmizdə VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib