Mədəniyyət Nazirliyinin Regional İdarələrində çalışan dövlət qulluqçuları üçün təlimlər keçirilib
737
22.06.2022
22.06.2022 04:21
Cari ilin iyunun 20-də ABŞ Beyn
əlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirdiyi, ABŞ-ın FHI 360 təşkilatı tərəfindən MG Consulting və Azərbaycan Açıq Hökumət Platforması ilə birgə icra olunan Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində Mədəniyyət Nazirliyinin Regional İdarələrində çalışan dövlət qulluqçuları üçün “Etik davranış qaydaları” və “Korrupsiyaya qarşı mübarizə” mövzularında təlimlər keçirilib.Təlimçi qismində Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimov çıxış ediblər.
Təlimdə ümumilikdə 92 nəfər iştirak edib.
Təlim iştirakçılarına etik davranış qaydaları, dövlət qulluğu etikası ilə bağlı prinsip və dəyərlərin məqsədi, etik davranış qaydalarının pozulmasına görə məsuliyyət, korrupsiya ilə əlaqədar hüquqpozmaların subyektləri, bu barədə müraciətlərə baxılması, korrupsiya risklərinin müəyyən edilməsi və s. məsələlər haqqında məlumatlar verilib.