Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1096

“İlyas Əfəndiyev. Geriyə baxarkən” fotoalbomunun təqdimat mərasimi keçirildi

Mayın 25-də Azərbaycan Milli Kitabxanasında “İlyas Əfəndiyev. Geriyə baxarkən” fotoalbomunun təqdimat mərasimi keçirildi. Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə nəşri olan fotoalbom XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İlyas Əfəndiyevə (1914-1996) həsr edilib.

Tədbiri giriş sözü ilə açan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov nəşr haqqında məlumat verdi. Bildirdi ki, kitabda Azərbaycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin ömür yolunun ən yaddaqalan anlarının fotoları, görkəmli mədəniyyət və incəsənət xadimlərinin, ədibin yaxın dostlarının sənətkar haqqında fikirləri, xatirələri, tanınmış şairlərin yazıçıya həsr etdiyi şeirlər, habelə  sənətkarın əsərlərinin tamaşalarından fotolar yer alıb: “Biz İlyas Əfəndiyevin “Geriyə baxma, qoca” və “Geriyə baxmağa dəyər” əsərlərinin adından ilhamlanaraq fotoalbomu “Geriyə baxarkən” adlandırmışıq”.

Direktor qeyd etdi ki, ulu öndər Heydər Əliyev ədibin yaradıcılığını yüksək qiymətləndirib. Yazıçının yaradıcılığı ona görə həmişəyaşardır ki, bu əsərlərdə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, milli-mənəvi dəyərlərimiz geniş şəkildə təsvir olunub. Müəllifin səhnələşdirilən əsərləri neçə-neçə aktyor, rejissor yetirib. Bu gün isə ədibin yolunu oğlu Xalq yazıçısı Elçin davam etdirir. Dövr, zaman dəyişsə də, İlyas Əfəndiyevin əsərləri daim oxunacaq və öz dəyərini qoruyub saxlayacaq.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, bu gün ədəbiyyatımızın görkəmli nümayəndələrindən biri, Azərbaycan tarixi yaddaşının, milli məfkurəsinin inkişafında müstəsna xidmətləri olan İlyas Əfəndiyevin doğum günü ərəfəsində böyük sənətkarın həyat və yaradıcılığının maraqlı məqamlarının əks olunduğu fotoalbomun təqdimat mərasiminə toplaşmışıq. İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatı üçün çox önəmli irs qoyub gedib. O, sovet ideologiyası zamanı öz əsərlərində azərbaycançılıq və milli kimlik məsələlərinə işıq tutub. Gənclərimizin vətənpərvər ruhda yetişməsində onun əsərlərinin mühüm rolu var.

İlyas Əfəndiyev yaradıcılığının ölkəmizlə yanaşı, xaricdə də tanındığını bildirən nazir dedi ki, Prezident İlham Əliyev İlyas Əfəndiyevin yaradıcılığına böyük dəyər verib. Ədibin 90 və 100 illik yubileylərinin qeyd olunması ilə bağlı dövlət başçısı tərəfindən 2004 və 2014-cü illərdə sərəncamlar imzalanıb. Yazıçının 100 illiyi UNESCO səviyyəsində də geniş qeyd olunub. İlyas Əfəndiyevin yaradıcılığını yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev ədibin Milli Dram Teatrında tamaşaya qoyulan pyeslərinin premyerasında iştirak edib. Təsadüfi deyil ki, uzun illərdir ki, Akademik Milli Dram Teatrı yeni mövsümünü məhz ədibin “Hökmdar və qızı” pyesi əsasında hazırlanan “Qarabağnamə” tamaşası ilə açır.

AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli qeyd etdi ki, İlyas Əfəndiyev sovet dövrü Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Sovet dövründə əsas olan sosializm realizmi kimi ideyalar onun əsərlərinə yaddır. Sovet ədəbiyyatı nikbin notlar üzərində qurulsa da, İlyas Əfəndiyevin əsərlərində həm nikbin, həm də nisgilli notlar hiss olunur. Yazıçı zamanı qabaqlayan bir şəxsiyyət olub. Onun yaradıcılığında lirik-psixoloji yanaşma özünəməxsus yer tutur.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli görkəmli yazıçı ilə bağlı xatirələrini bölüşdü. Diqqətə çatdırdı ki, həmişə arzu edirdik ki, Azərbaycan teatrı müasir olsun. Biz həmin müasirliyə İlyas Əfəndiyevin əsərləri sayəsində çatdıq.

Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bildirdi ki, İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatına, teatrına verdiyi töhfələr heç vaxt unudulmayacaq.

Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı fotoalbomu ədəbi həyatımıza töhfə kimi dəyərləndirdi. Bildirdi ki, İlyas Əfəndiyev həm ədəbiyyatda, həm də teatrda məktəb yaradıb. Zamanın tələbələrinə əyilməyərək öz dəsti-xətti ilə seçilib. Ədib Azərbaycan tarixini, qadın azadlığı kimi məsələləri ədəbiyyatımıza gətirərək əsərlərində qadın baş qəhrəmanlarına daha çox yer ayırıb.

Tədbirdə daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Ramiz Rövşən, Xalq artistləri Mərahim Fərzəlibəyov, Bəsti Cəfərova, Milli Məclisin deputatları Vüqar İsgəndərov, Aqil Abbas, AMEA Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, professor Rüstəm Kamal və başqaları İlyas Əfəndiyevin çoxşaxəli yaradıcılığından danışdılar.

Çıxışlardan sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Bədii fikir tariximizin fenomeni – Xalq yazıçısı İlyas Əfəndiyev” adlı elektron məlumat bazası təqdim olundu. Məlumat verildi ki, məlumat bazası “Rəsmi sənədlər”, “Sənətkarın yaşamaq haqqı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər İlyas Əfəndiyev haqqında”, “Müdrik deyimləri”, “Ədəbiyyat və mədəniyyət xadimləri haqqında fikirləri”, “Əsərləri”, “Haqqında”, “Mükafatları”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Filmoqrafiya”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

AYB-nin sədri, Xalq yazıçısı Anar çıxış edərək bildirdi ki, birlik tərəfidən “İlyas Əfəndiyev mükafatı” təsis edilib. İlk mükafatın Qarabağdan daha çox yazan millət vəkili, Əməkdar jurnalist Aqil Abbasa verilməsi barədə qərar qəbul etmişik. Sonra “İlyas Əfəndiyev mükafatı” A.Abbasa təqdim edildi.

Görkəmli dramaturqun ailəsi adından çıxış edən Xalq yazıçısı Elçin fotoalbomun nəşri və tədbirin təşkilatçılığına görə Mədəniyyət Nazirliyinə və Milli Kitabxanaya təşəkkürünü bildirdi.

Sonda tədbir iştirakçıları “Xalq yazıçısı İlyas Əfəndiyev” adlı kitab sərgisi ilə tanış oldular.

XƏBƏRLƏR

29.09.2023 14:48
Prodüserlərin və prodüser olmaq arzusunda olan şəxslərin nəzərinə
29.09.2023 14:45
Animatorların inkişaf proqramına qəbul başladı
28.09.2023 15:48
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
27.09.2023 17:55
Azərbaycan ilə Qətər arasında mədəni əməkdaşlıq müzakirə olunub
27.09.2023 16:42
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
26.09.2023 17:17
Azərbaycanın mədəniyyət naziri İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında çıxış edib
26.09.2023 12:11
DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək
25.09.2023 16:35
Qarabağımızın incisi Şuşa yekdil qərarla “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi
21.09.2023 18:42
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
19.09.2023 13:08
Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub
18.09.2023 17:30
“Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
18.09.2023 15:12
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib
18.09.2023 12:44
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
15.09.2023 18:24
MDB-yə üzv dövlətlərin Yaradıcı və Elmi Ziyalılarının XVI Forumu və MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının 38-ci iclası keçirilib
15.09.2023 17:52
Üzeyir Hacıbəyli festivalı 10-dək ölkədən musiqiçiləri bir araya gətirəcək
15.09.2023 12:13
Bu gün görkəmli kinorejissor, Xalq artisti Xamis Muradovun 80 illik yubileyidir
15.09.2023 10:34
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə sənəd qəbununun vaxtı uzadılıb
15.09.2023 08:40
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ciddədə İƏT baş katibinin müavini ilə görüşüb
13.09.2023 15:46
Özbəkistanda “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşaya həsr olunan poçt markası buraxılıb
13.09.2023 15:01
Arif Məlikovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub
12.09.2023 14:52
Vətən müharibəsindəki tarixi zəfərə ithaf edilən ədəbi müsabiqənin nəticələri bəlli olub
11.09.2023 13:53
VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatdı
08.09.2023 14:45
Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub
07.09.2023 17:30
Bakıda 6-cı “Animafilm” festivalı keçirilir