Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1426

Dubai Expo-2020 layihəsi çərçivəsində "Azərbaycan ritmləri və rəqsləri" adlı proqram təqdim olundu

Heydər Əliyev Mərkəzi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabr ayının 27-də "Ekspo 2020 Dubay" dünya sərgisinin Dubay Millenium Amfiteatrında Azərbaycan Ritmləri və Rəqslərindən ibarət "Azərbaycan ritmləri və rəqsləri" adlı möhtəşəm konsert proqramı təqdim olunub.

Konsertdə "Natiq Ritm qrupu", Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Bakı Xoreoqrafiya Akademiyasının Rəqs Qrupu və Azərbaycan Dövlət Sərhəd Xidmətinin "Mirvari" Rəqs qrupu Azərbaycan milli rəqs və ritmlərindən ibarət rəngarəng proqramla çıxış ediblər.

Proqramda "Qavaldaş", "Qarabağ", "Mirzeyi", "Nəlbəki", "Sarı gəlin" və s. kompozisiyalar tamaşaçıların alqışları ilə müşayiət olunub.

Musiqilərlə bərabər səhnədəki monitorda, Azərbaycanın tarixi, coğrafiyası, milli xalçalarımız, şəbəkə, Şuşa Cıdır düzü izləyicilərin böyük marağına səbəb olub.

Böyük anşlaqla keçən konsertin sonunda UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil olan milli rəqsimiz, "Yallı" sədaları altında bütün auditoriya rəqs etmiş və konsert tamaşaçıların "Qarabağ Azərbaycandır!" şüarı ilə yekunlaşmışdır.

Tədbirdə ölkəmizi Mədəniyyət Nazirinin müavini Sevda Məmmədəliyevanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Konsertdən sonra Azərbaycan pavilyonunu ziyarət edən nümayəndə heyətimiz, pavilyona ekskursiya ediblər.

Həmçinin rəqs kollektivimiz Azərbaycan pavilyonunda kiçik konsert proqramı ilə çıxış edib. Məlumat üçün qeyd edək ki, onlarla ölkə arasında təmsil olunan Azərbaycan pavilyonu, sərginin ən çox ziyarət olunan pavilyonları sırasındadır.

Sərgidə Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Gələcəyin toxumları" mövzusu ilə çıxış edən Azərbaycan pavilyonunda, interaktiv elektron vasitələrdə,

Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir incəsənəti və digər mövzularda videoçarxlar təqdim edilir. Həmçinin burada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki iqtisadi və sosial sahələrdə davamlı inkişaf və innovasiyalar, 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri haqqında məlumat verilir. Eyni zamanda sərgidə ölkəmizin aparıcı muzeylərinin fondlarında qorunub saxlanılan eksponatlar (musiqi alətləri, xalçalar və s.) nümayiş olunur.

Məlumat üçün onu da qeyd edək ki, xüsusi olaraq bu konsert "Dubay Ekspo" tərəfindən rəsmi sayt üzərindən canlı yayımlanmış və mətbuatda geniş işıqlandırılmışdır.

Sözügedən konserti qeyd olunan link vasitəsilə izləyə bilərsiniz.

https://virtualexpodubai.com/listen-watch/events/azerbaijan-dances-and-rhythms#video

XƏBƏRLƏR

12.08.2022 17:50
Nazirin birinci müavini Elnur Əliyev Xalq artisti Azərpaşa Nemətovla görüşüb
11.08.2022 16:51
"Qonağımız var" layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Anar ilə görüş keçirilib
10.08.2022 17:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
10.08.2022 17:01
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə keçirilmiş test imtahanının nəticələri açıqlanıb
08.08.2022 11:43
“Şuşa mədəniyyətinin inciləri”: Şəmsi Bədəlbəyli
03.08.2022 18:28
Mədəniyyət naziri Qırğızıstanın ölkəmizdəki səfiri ilə görüşüb
03.08.2022 16:49
Qobustan qoruğu haqqında sənədli film və kataloqun təqdimatı keçirildi
03.08.2022 12:45
Azərbaycan Kinosu Günü ilə bağlı “Böyük Qayıdış” müsabiqəsinin qalibləri olan filmlər nümayiş edilib
02.08.2022 11:03
Mədəniyyət naziri Anar Kərimov “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Əliyev ilə görüşdü
01.08.2022 17:31
II Milli Yaylaq Festivalına 120 mindən artıq iştirakçı qatılıb
01.08.2022 13:40
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci ilin birinci yarısında fəaliyyətinə dair hesabat
01.08.2022 12:40
“Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi keçiriləcək
01.08.2022 12:05
“Muzeyi peşəkardan öyrənək” layihəsi çərçivəsində Sumqayıtda tədbir keçirilib
01.08.2022 11:04
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi baş tutub
28.07.2022 18:56
Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
27.07.2022 14:33
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi Londonda "CNN" telekanalının qonağı olub
27.07.2022 09:27
Reza Deqatinin 70 illik yubileyi qeyd edilib
26.07.2022 13:10
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Yaylaq Festivalı keçirilir
25.07.2022 10:40
“Şuşa mədəniyyətinin inciləri”: Vasif Adıgözəlov
22.07.2022 18:16
Anar Kərimov İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ rayonlarının mədəniyyət işçiləri ilə görüş keçirib
22.07.2022 16:16
Nazir Anar Kərimov İsmayıllı rayonunda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
22.07.2022 12:00
Mədəniyyət naziri Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib
22.07.2022 11:18
Nazir Anar Kərimov Qəbələdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
22.07.2022 10:38
Nazirin birinci müavini Elnur Əliyev Xalq artisti Bəxtiyar Xanızadə ilə görüşüb
21.07.2022 12:37
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
20.07.2022 15:02
“Şuşanın irsi” və “Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn bir ölkədir” adlı kitablar dünya kitabxanalarına göndərilib
19.07.2022 17:46
Mədəniyyət naziri media nümayəndələri ilə görüşdü