Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1257

“Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının təqdimatı keçirilib

Dekabrın 25-də Milli Xalça Muzeyində Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının (AYSF) birgə layihəsi olan “Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının təqdimatı keçirilib.

Tədbirdə Mədəniyyət Nazirliyinin Aparat rəhbəri, AYSF İdarə heyətinin sədri Vasif Eyvazzadə, nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Ramil Abbəkirov və könüllülər iştirak ediblər.

Tədbirdə hərəkatın üzvləri ilə tanışlıq olub, layihənin saytının (https://konullu.creative.az”) da təqdimatı gerçəkləşib.

Nazirliyin şöbə müdiri Ramil Abbəkirov "Kreativ Azərbaycan" layihəsi haqqında məlumat verdikdən sonra “Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının koordinatoru Vüsal Kərimovu könüllülərə təqdim edib. Bildirib ki, könüllülər bu sahədə də inkişafa öz töhfələrini verəcəklər.

Daha sonra Mədəniyyət Nazirliyinin Aparat rəhbəri və AYSF İdarə heyətinin sədri Vasif Eyvazzadə çıxış edərək bildirdi ki, ölkəmizdə bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də dövlət siyasətinin həyata keçirilməsində könüllülərin böyük rolu olub. Mədəniyyət Nazirliyi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyası mədəniyyət və yaradıcı sənayelərə dair mədəni-kütləvi yerli və beynəlxalq tədbirlər, aidiyyəti üzrə araşdırmalar, seminarlar və digər istiqamətlərdə könüllülərin rolunu artırmaq məqsədilə “Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının yaradılmasına və həmçinin qurumun saytının hazırlanmasına dəstək olub: “Kreativ Azərbaycan Könüllüləri” Hərəkatının təsis edilməsində əsas məqsəd mədəniyyət sahəsinə könüllüləri cəlb edərək bu sahənin əhatə etdiyi bütün istiqamətlərin inkişafının bir parçası olmaqdır. Hərəkata qoşulmaq istəyən gənclər üçün sosial şəbəkələr üzərindən qeydiyyat üçün yaradılmış anket forması yayılıb. Qısa müddət ərzində 500-dən çox yaradıcı şəxs qeydiyyatdan keçib. Yaradılmış seçim komissiyası tərəfindən təyin olunmuş meyarlara əsasən qiymətləndirmə zamanı qeydiyyatdan keçənlərin arasından 30 istedadlı, yaradıcı şəxs kreativ Azərbaycan könüllüsü seçilib. Seçilən könüllülər paytaxt, eləcə də ölkəmizin müxtəlif regionlarını və həmçinin yaradıcılığın fərqli sahələrini əhatə edir”.

Nazirliyin Aparat rəhbəri həmçinin qeyd edib ki, hərəkat yaradıcılığın müxtəlif sahələri ilə məşğul olan insanları könüllülük fəaliyyətinə cəlb etmək, onların ölkənin mədəni həyatında iştirakına imkan yaratmaq, yaradıcılıqla məşğul olan könüllülərin vahid bazasını formalaşdırmaqdır.

Vasif Eyvazzadə daha sonra könüllülərin hər birinin təhsili, çalışdığı sahə ilə bağlı məlumat alaraq onlarla fikir mübadiləsi aparıb.

Tədbirin sonunda könüllülərə vəsiqə və xüsusi geyimlər təqdim olunub.

XƏBƏRLƏR

31.03.2023 11:30
Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə qeydiyyat başa çatdı – 27 minə yaxın müraciət qeydə alındı
30.03.2023 12:44
Azərbaycanda ilk teatr forumu keçiriləcək
27.03.2023 17:04
Akademik Milli Dram Teatrının “Məlikməmməd” tamaşası Şəkidə nümayiş olunub
17.03.2023 15:54
Parisdə Novruz bayramı təntənəli şəkildə qeyd edilib
13.03.2023 11:43
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
10.03.2023 09:07
Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək
06.03.2023 17:59
Xaçmaz, Qusar və Quba rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
06.03.2023 14:13
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
03.03.2023 17:21
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq
03.03.2023 16:25
Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.03.2023 13:39
Milli Muğam Müsabiqəsi başlayır
01.03.2023 15:48
Xalq artisti Oqtay Kazıminin yubileyinə həsr olunan musiqi axşamı keçirilib
01.03.2023 15:36
“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib
25.02.2023 12:46
Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi
23.02.2023 16:11
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.02.2023 15:14
Əməkdar rəssam Ağasaleh Nuriyev vəfat edib