Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2578

Azərbaycan Respublikasının Xalq rəssamı Cəmil Miryusif oğlu Müfidzadə vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Görkəmli qrafika ustası, Azərbaycan Respublikasının Xalq rəssamı, Əməkdar rəssam, professor Cəmil Miryusif oğlu Müfidzadə 2019-cu il dekabrın 20-də ömrünün 86-cı ilində vəfat etmişdir.   

Cəmil Miryusif oğlu Müfidzadə 24 fevral 1934-cü ildə  Naxçıvanın Ordubad rayonunda anadan olmuşdur. O, 1948-1955-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. Rəssamın diplom işi “Ümumittifaq sərgisinə eksponatların yola salınması” adlı rəngkarlıq əsəri olmuşdur. O, daha sonra Ukraynada Kiyev Orta Rəssamlıq Məktəbini (1955-1956), Xarkov Dövlət Rəssamlıq İnistitutunun “Qrafika” fakültəsinin tələbəsi (1959-1962) olmuşdur. Cəmil Müfidzadənin növbəti diplom işi “Neft daşları” mövzusunda çəkdiyi rəngli ofortlar silsiləsidir.

O, tələbəlik illərində həm Azərbaycan, həm də Ukraynada təşkil olunmuş müxtəlif sərgilərdə iştirak etmişdir. Rəssamın işlədiyi “Doğma düzənlər”  ofort silsiləsi 1959-cu ildə Moskvada keçirilən  Azərbaycan  ədəbiyyatı və incəsənəti ongünlüyü çərçivəsində təşkil olunmuş təsviri sənət sərgisində nümayiş olunmuşdur. O, 1961-ci ildə  III Ümumittifaq sərgisində (Moskva) “Qaldırıcı kranlar təmirdə” adlı ofort ilə iştirak etmişdir.

Cəmil Mufidzadə qrafika sənətinin fərgli texnikalarından yaradıcılıqla istifadə etmişdir. Rəssam ksilloqrafiya texnikasında işlədiyi  “Bakı albomu” (1962-1966),  “Neft daşları” (1965), “Qala divarları”(1966), “Parkda” (1966), “Qız qalası” (1966), “Xəzər üzərində axşam” (1966), “Romantiklər” (1966), “Damda” (1966) və s. əsərlərin adlarını qeyd etmək olar.  Rəssamın yaradıcılığında “İçərişəhər” (1965-2000) silsiləsi xüsusi yer tutur.  “Əcdadlarımızın yaşayış yerləri” (1968), “Göy pəncərəli evlər” (1968), “Babaların yurdu” (1968), “Köhnə Bakı” (1970), “Azərbaycan qadının keçmişdə” (1971), “Şirvanşahlar sarayı” (1971), “Xan saryı” (1977,1992), “Köhnə evlər” (1977), “Qədim Bakı” (1977), “Yeni Məscid” (1977), “Türbə” (1984),  “Dəvələr” (1985), “Qız qalası” (1985), “İçərişəhər” (1991),  “Təndir” (1992),  “Suçular” (1993), “Şirvan qapıları” (1993), “Namaz” (1993), “Tut ağacı”, “Karvansaray” (2003) və digər əsərlər İçərişəhərə həsr edilmiş  lövhələrindədir.

 O, qarışıq texnikada işlədiyi ilk dörd əsər 1967-ci ildə  Bakıda təşkil olunan respublika sərgisində “Azərbaycanın qədim memarlıq abidələri” adı ilə nümayiş olunmuşdur. Cəmil Müfidzadənin  qarışıq texnikada çəkdiyi “Abşeron nefti” silsiləsi 1967-1975-ci illəri əhatə edir. Bu silsiləyə rəssamın “Bakı-neft paytaxtıdır”, “Abşeron nefti”, “Çənlər parkı”,  qarışıq texnikada isə  “Neft ehramı”, “Neft saxlancı”, “Neft mədənlərində”  əsərlərinin adlarını qeyd etmək olar.

Rəssam, 1960-1970-ci illər yaradıcılığıda yer alan “Buhenvald” (1965-1967), “Sülhün keşiyində” (1970-1972),  “Bakı-neft paytaxtıdır” (1967-1970), eləcə də səksəninci illərin əvvəllərində Yaponiyaya səfərindən sonra  işlədiyi “Bu bir daha təkrar olmamalıdır” (1982-1983) silsilələrində dövrünün qarşılaşdığı təzadlı hadisələrə yaradıcı mövqeyini bildirmişdir.

Cəmil Müfidzadə Azərbaycanın unikal yaşayış məkanlarından Xınalığa həsr etdiyi (1980-1990) silsiləsi yaradıcılığında mühüm yer tutur.

Rəssam “Monqolustan torpağında” (1982-1986) silsiləsində Qobi səhrasının dəvəli mənzərələri geniş yer almışdır. Topluya  “Axırıncı tikan”, “Qurumuş çeşmə başında”, “Əsrlərin görüşü” və “Naməlum səs” əsərləri daxildir.

Cəmil Müfidzadənin digər qrafik silsiləsindən  “Şimal”a (1976-1979) “Bəyaz gecələr”, “Şaxta 45 dərəcədədir”, “Şimalın adi günləri”, “Balıqçı adası” lövhələrinin adlarını qeyd etmək olar. Onun  “Misir təəssüratları” (2004-2006) silsiləsinə “Tənha yolçu”, “Misir tarixi”, “İki dost”, “Daimi dostlar” tabloları daxildir.

Rəssamın  Polşa (1972), Azərbaycan (1977, 1985, 1986, 1994, 2006, 2009), Rusiya (1977), İran (1992, 2003), Fransa (1991) və Türkiyədə (1998) fərdi sərgiləri təşkil olunmuşdur.

Cəmil Müfidzadənın əsərləri Azərbaycan  Dövlət  İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qaleriyasında, Şərq xalqları Dövlət İncəsənət Muzeyində (Moskva), Maksim Qorkinin mənzil-muzeyində (Moskva), P. Lüdviqin muzeyində (Almaniya), Ulan-Bator İncəsənət Muzeyində (Monqolustan), Fransa və digər ölkələrin şəxsi kolleksiyalarında  qorunub saxlanılır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Qrafika” kafedrasına rəhbərlik edən Cəmil Müfidzadə “Ofort” adlı dərsliyin müəllifidir. Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə fırça ustası 1982-ci ildə Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülmüşdür.

Cəmil Müfidzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

XƏBƏRLƏR

01.06.2023 11:12
Mədəniyyət Nazirliyində “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
31.05.2023 18:57
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
31.05.2023 09:42
Azərbaycan UNESCO-nun Yardımçı Komitəsinə üzv seçilib
30.05.2023 19:11
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Mədəniyyət Nazirliyində olub
30.05.2023 18:10
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə sənədlərin qəbuluna başlanılıb
28.05.2023 20:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib
17.05.2023 12:33
Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif konsert proqramları təqdim olunacaq
13.05.2023 15:11
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12.05.2023 16:37
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
08.05.2023 10:49
Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilanda tədbir keçirilib
01.05.2023 16:39
Mədəniyyət naziri Adil Kərimli dövlət kino təsisatlarını ziyarət edib
21.04.2023 18:01
“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu başa çatdı
21.04.2023 15:12
Kinoforumda ikinci gün: “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri”
21.04.2023 11:53
Paytaxtdakı teatr və musiqi kollektivlərinin bölgələrə qastrolu başlanır
20.04.2023 19:53
“Milli kino: dünən, bu gün və sabah” – kinoforum panel müzakirələrlə davam edib
20.04.2023 16:27
Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir
17.04.2023 16:49
Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi
13.04.2023 11:17
Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub
12.04.2023 20:00
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı
11.04.2023 16:05
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib