Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
7581

Xalq rəssamı Mirnadir Zeynalov vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının Xalq rəssamı Mirnadir Zeynalov 2021-ci il martın 10-da, ömrünün 79-cu ilində vəfat edib.

Mirnadir Mirəli oğlu Zeynalov 12 noyabr 1942-ci ildə Bakının Buzovna kəndində anadan olub. 1963-сü ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1973-cü ildə Moskva Poliqrafiya İnstitutunun Qrafika fakültəsini bitirib.

Mirnadir Zeynalov 1970-ci illərdən başlayaraq Azərbaycan boyakarlığında öz yerini tutan rəssamlar nəslinə daxildir. O, 1976-ci ildə Moskvada keçirilən ümumittifaq sərgisində SSRİ Rəssamlıq Akademiyasının diplomuna layiq görülüb. Hindistanda yaradıcılıq ezamiyyətində olan rəssamın 1985-1987-ci illərdə bu ölkəyə həsr olunmuş iki fərdi sərgisi keçirilib. Rəssamın Hindistan mövzulu əsərləri arasında “Çay kənarı”, "Hind məbədi", "Hind həyəti" və s. mənzərələri, habelə “Benqal qızı”, “Vasantanın portreti”, “Müqəddəs öküz ilə qız” və digər portretləri maraq doğurur.

Fırça ustasının əsərlərində Abşeronun sərt təbiəti, mənzərələri mühüm yer tutur. Yaradıcılığının ilk illərində realizm üslubunda, sonralar abstrakt tablolar yaratmağa başlayan rəssam realist üslubda işlədiyi zamanlarda ailə üzvlərinin və digər insanların portretlərini çəkib. Onun kompozisiyalarında kollaj və instalyasiya elementləri də aparıcı mövqeyə malikdir.

M.Zeynalov Hindistan, Şri-Lanka, İran, İraq, Misir, İtaliya, Malta və s. ölkələrə səyahət edib, xalqların qədim inancları və ənənəvi simvolları ilə tanış olub. Gördüklərini yeni yaradıcılıq üslubunda, özünəməxsus şəkildə təqdim edə bilib.

Gürcüstan, ABŞ, Almaniya, Böyük Britaniya, Türkiyə, Rusiya, Bolqarıstan və s. ölkələrdə sərgilərdə iştirak edən sənətkar bir sıra beynəlxalq incəsənət layihələrində də təmsil olunub. O, Londonda təqdimatı olan “Bakıya uçuş. Azərbaycanın müasir incəsənəti” ("Fly to Baku. Contemporary art from Azerbaijan") beynəlxalq layihəsinin fəxri iştirakçısı olub. Sənətkarın əsərlərinin də yer aldığı bu səyyar sərgi (2012-2013) Heydər Əliyev Mərkəzi (Bakı), İncəsənət Tarixi Muzeyi (Vyana, Avstriya), XXI əsr Müasir İncəsənət Muzeyi (Roma, İtaliya), “MeCollektor Room Qalereyası (Berlin, Almaniya) və s. sənət ocaqlarında nümayiş olunub.

M.Zeynalov SSRİ İncəsənət Akademiyasının diplom və medallarına layiq görülüb. Rəssam 1989-cu ildə Bakıda keçirilən “Xəzəryanı ölkələrin rəssamlarının bienallesi”ndə bürünc medalla mükafatlandırılıb, "Təsviri sənətdə nar obrazı" beynəlxalq müsabiqəsində qalib olub.

M.Zeynalovun əsərləri Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda, Rusiya Rəssamlar İttifaqında, Rusiya Mədəniyyət Nazirliyində, Rusiya Bədii Fondunda və şəxsi kolleksiyalarda qorunub saxlanılır. Onun tabloları 2013-2014-cü illərdə "Sotbis" (London) hərracına da çıxarılıb.

Azərbaycan Rəssamlar İttifaqının üzvü, "Yeni Era" Dünya Sənət Akademiyasının həqiqi üzvü olan tanınmış fırça ustası 1992-ci ildə respublikanın Əməkdar rəssamı, 2006-cı ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 2008-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Mirnadir Zeynalovun əziz xatirəsi sənətsevərlərin, həmkarlarının və doğmalarının qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin.

XƏBƏRLƏR

17.03.2023 15:54
Parisdə Novruz bayramı təntənəli şəkildə qeyd edilib
13.03.2023 11:43
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
10.03.2023 09:07
Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək
06.03.2023 17:59
Xaçmaz, Qusar və Quba rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
06.03.2023 14:13
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
03.03.2023 17:21
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq
03.03.2023 16:25
Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.03.2023 13:39
Milli Muğam Müsabiqəsi başlayır
01.03.2023 15:48
Xalq artisti Oqtay Kazıminin yubileyinə həsr olunan musiqi axşamı keçirilib
01.03.2023 15:36
“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib
25.02.2023 12:46
Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi
23.02.2023 16:11
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.02.2023 15:14
Əməkdar rəssam Ağasaleh Nuriyev vəfat edib
21.02.2023 10:53
Xalq artisti Ramiz Novruz vəfat edib
20.02.2023 17:15
Xalq artisti, muğam ustadı Arif Babayevin 85 illiyi qeyd olunub
20.02.2023 16:18
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək
20.02.2023 09:34
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edib