Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1306

Bakıda Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 19–23 may tarixlərində ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri keçirilir.

Mayın 20-də Heydər Əliyev Mərkəzində Tacikistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub.

Tədbirdə rəsmilər, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər şəxslər iştirak ediblər.

Əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzində nümayiş etdirilən Tacikistan rəssamlarının rəsm əsərləri, xalq sənətkarlıq nümunələri və milli geyimlərindən ibarət sərgi ilə tanış olublar.

Açılış mərasimində qonaqları salamlayan Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ölkəmizdə Tacikistan Mədəniyyəti Günlərinin keçirilməsinin sənətsevərlər üçün əlamətdar hadisə olduğunu qeyd edib. Bildirib ki, tarixi köklərə əsaslanan Azərbaycan-Tacikistan əməkdaşlığı dövlət başçılarımızın dostluğu və müntəzəm qarşılıqlı səfərləri ilə ildən-ilə genişlənir: “Bu dostluq münasibəti mədəni əlaqələrin də inkişafına öz töhfəsini verir. Görkəmli mədəniyyət xadimlərinə həsr olunan layihələr, həmçinin kitab dövriyyəsi, ədəbiyyat mübadiləsi həyata keçirilir. Tacikistanda dünyaşöhrətli Azərbaycan şairi Nizami Gəncəvini çox sevirlər. Dahi şairin əsərləri tədris proqramlarına daxil edilir. Görkəmli Azərbaycan heykəltaraşları Fuad Əbdürrəhmanov, Ömər Eldarov və digərlərinin əl işlərini Tacikistanın paytaxtı Düşənbə şəhərində görmək mümkündür. Bu gün UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısında Azərbaycan və Tacikistanın birgə təqdimatı ilə nominasiya faylları yer alır. Bu da bəzi mədəni sərvətlərimizin müştərək qorunması deməkdir”.

Nazir bildirib ki, Tacikistan Mədəniyyəti Günləri paytaxt Bakı ilə yanaşı, Gəncə şəhərində də təşkil olunacaq: “Bu da daha geniş kütlənin Tacikistanın zəngin mədəniyyəti ilə tanış olmasına şərait yaradacaq. İnanıram ki, mədəniyyət günləri çərçivəsində təqdim olunacaq zəngin proqram mədəni əməkdaşlığımızın dərinləşməsinə və dostluq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək”.

Səmimi qarşılanmaya görə təşəkkürünü bildirən Tacikistan Respublikasının mədəniyyət naziri Matlubakhon Sattorıyen iki ölkənin dövlət rəhbərlərinin dəstəyi və himayədarlığı ilə möhtəşəm bir mədəni mübadilənin şahidi olduqlarını deyib. Vurğulanıb ki, ölkələrimiz arasında diplomatik əlaqələrin əsası qoyulandan bütün sahələrdə eyni səviyyəli əməkdaşlıq həyata keçirilir: “Tacikistan və Azərbaycan son illərdə intensiv mədəni əməkdaşlıq edirlər. Mədəni mübadilənin dinamikası əlaqələrin yüksək səviyyədə inkişafının göstəricisidir. Mədəni əlaqələrimizin dərin kökləri var. Tacikistanda böyük Nizaminin “Xəmsə”si hər zaman aktualdır. Tacik xalqı Azərbaycanın mədəniyyətini və incəsənətini həmişə yüksək dəyərləndirib. Yüzilliklər ərzində Azərbaycan xalqı öz zəngin mədəniyyətini yaradıb və qoruya bilib. Mədəniyyət günləri xalqlarımızın mədəni mübadiləsinə xidmət edir və əlaqələrimizin inkişafına dəyərli töhfə verir”.

Çıxışlardan sonra qonaq ölkənin incəsənət ustalarının qala-konserti təqdim olunub.

Konsertdə Tacikistan Xalq artistləri Mirəli Dostizoda, Rüstəm Dulloyev, Raxmatullo Hoşimov, Əməkdar artistlər Sitorai Karomatullo, Davlat Nəzriyev, Güləsal Pulodova, Məhəmmədrafi Karomatullo, Fotimai Məşrabın, Fəxriddini Malikin, Nigina Amonkulova, Haknazar Alovatov, eləcə də Qaffar Vəlamatzadə adına Dövlət Əməkdar Rəqs Ansamblı, “Lola”, “Zebo” və “Parastu”,“Gülrez”, “Cahonoro”, “Bazmoro” rəqs ansamblları və başqaları çıxış ediblər.

Proqramda "Sevdiyim diyar” (sözlər – Gülruxsora, musiqi – Xalq artisti Mirəli Dostizoda), “Bu gözəl gözlər” (Məhəmmədsobir Abduazim, Xalq hafizi İsmayıl Nəzriyev), “Tacikistan, Azərbaycan” (Nizom Kosim, Firuz Rəcəbov), "Sevgim" (Nurullohi Orif və İslam Qulomi, Şoxin Abdullo), “Dostluğun nuru” (Hafiz Şirazi, Əmir Xosrov Dəhləvi və Fəxriddini İroki, Xalq artisti Raxmatullo Hoşimov) və digər mahnılar ifa olunub.

Tacikistan sənətçilərinin təqdim etdiyi musiqi və rəqs nömrələri böyük maraq və alqışlarla qarşılanıb.

Konsert proqramında Azərbaycan musiqilərinə də yer ayrılıb. Tacik ifaçıların səsləndirdiyi "Ayrılıq olmayaydı" və "Sevgili canan" mahnıları böyük coşqu ilə alqışlanıb.

Qeyd edək ki, ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri mayın 23-də başa çatacaq.

XƏBƏRLƏR

14.06.2024 17:04
Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul edib
13.06.2024 18:02
Özbək dilinə tərcümə edilmiş "Qılınc və qələm" romanı Daşkənddə təqdim olunub
13.06.2024 17:04
Dövlət Yuğ Teatrı “Mənəm, mən” tamaşasını Daşkənddə nümayiş etdirib
13.06.2024 09:51
"Arşın mal alan" yenidən Daşkənd səhnəsində nümayiş olunub
13.06.2024 09:31
"Azərbaycanın sənət incilərində yaşayan milli irsi” - Daşkənddə sərgi açılıb
12.06.2024 11:23
Daşkənddə Azərbaycan incəsənətinin növbəti təntənəsi
12.06.2024 09:40
Azərbaycan və Özbəkistanın mədəniyyət nazirləri Daşkənddə görüşüb 
12.06.2024 09:33
Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olub
11.06.2024 15:30
Özbəkistan Yazıçılar İttifaqında "Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib
10.06.2024 17:07
Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri başlanır
08.06.2024 09:43
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin birgə bəyanatı
07.06.2024 15:41
VI Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyası 78-ci sessiyasının sənədi kimi dərc olunub
07.06.2024 13:10
Mədəniyyət naziri İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib
06.06.2024 19:02
“1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiyanın açılış mərasimi keçirilib
04.06.2024 09:01
“A-Hub Akselerasiya Proqramı”nın qalibləri Şuşada mükafatlandırılıb
03.06.2024 18:28
Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib
03.06.2024 17:57
Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumu maraqlı mövzulara həsr olunan panel sessiyalarla davam edir
03.06.2024 16:17
Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilir
03.06.2024 12:21
Görkəmli baletmeyster Maqsud Məmmədov 95 illiyi münasibətilə evində ziyarət olunub
02.06.2024 21:24
"A-Hub Akselerasiya Proqramı”nın dünya finalı keçirilib
01.06.2024 20:28
Bakıda və Şuşada “Rəqəmsal Yaradıcı Həftəsonu” (Digital Creative Weekend) layihəsi həyata keçirilir
30.05.2024 15:37
Rəqəmsal yaradıcı həftəsonu elan olunur
28.05.2024 19:01
“Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçirilir
24.05.2024 10:01
Ölkəmizdə keçirilən Tacikistan Mədəniyyəti Günləri başa çatıb
23.05.2024 08:21
Türk dünyasının ilk müştərək film layihəsi ilə əlaqədar görüş keçirilib
21.05.2024 18:20
Mədəniyyət naziri tacikistanlı həmkarı ilə görüşüb
17.05.2024 18:26
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib
17.05.2024 18:23
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb