Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
100

“Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 2-də Azərbaycanın Mərakeş Krallığındakı, eyni zamanda, Qambiyadakı səfiri Nazim Səmədovun moderatorluğu ilə “Üfüqləri birləşdirərək: İpək yolu proqramının müasir trendləri və qlobal təsiri” mövzusunda 8-ci panel sessiya keçirilib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında tarixi İpək yolunun bərpasının Avropa, Qara dəniz, Xəzər dənizi və Asiya regionlarında təbii ehtiyatlardan istifadəyə və qarşılıqlı faydalı əməkdaşlığa hər zaman kömək etdiyini bildirib. Azərbaycanın mövcud zəngin təbii xammal ehtiyatı və Avropadan Asiyaya uzanan ticarət yollarında əlverişli coğrafi mövqedə yerləşməsi onun dünya birliyində nüfuzunun güclənməsinə imkan verib. Böyük İpək yolunun inkişafı təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının dirçəlməsində, onun mənəvi oyanışı və inteqrasiya prosesində misilsiz rola malikdir.

“Azərbaycan UNESCO-nun müxtəlif layihələrində fəal iştirak edir. Beynəlxalq Türk Akademiyası ilə sıx əməkdaşlıq qurulub. İlk dövrlərdə Şərq-Qərb əlaqələrinin yaxınlaşması prosesində əlaqələndirici amil rolunu oynayan Böyük İpək yoluna hazırda mədəniyyət yolu ilə yeni nəfəs verilməsi çox böyük önəm daşıyır", - deyə F.Cəfərov vurğulayıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev qeyd edib ki, İpək yolu mövzusu bir sıra dövlətlər üçün böyük maraq kəsb edir. İpək yolu tarixi fenomenlərdən biridir. Türk millətləri bu yolun qorunub saxlanılması üçün çox səylər göstərib. Bəşər tarixində ilk transkontinental ticarət və diplomatiya yolu kimi qiymətləndirilən Böyük İpək yolu eradan əvvəl II əsrdən başlayaraq Çindən Qərb istiqamətində ticarət karvanlarının hərəkət etməsi sayəsində xarici ticarət əlaqələrinin yaranmasına səbəb olub.

“Odlar yurdu Azərbaycan hələ antik dövrlərdə Böyük İpək yolu zəncirində olduqca önəmli, strateji mövqeyə malik bir region kimi qiymətləndirilib. Şərq və Qərb ölkələri arasında ticarət yollarının ölkəmizin ərazisindən keçməsi Azərbaycanın bölgənin siyasi və iqtisadi inkişafında önəmli rolunu artırıb, - deyə Ş.Mustafayev əlavə edib.

UNESCO-nun İpək yolu üzrə nümayəndəsi Mehrdad Shahabang bildirib ki, İpək yolu tarixən texnoloji biliklərin ötürülməsində müstəsna rol oynayıb.

Şri-Lankanın UNESCO yanında daimi səfiri xanım Manişa Qunasekera İpək yolunun inkişafında Çinlə yanaşı, müxtəlif bölgələrin də böyük rol oynadığını diqqətə çatdırıb.

Diplomat qeyd edib: “Böyük İpək yolunun və Şərq-Qərb enerji dəhlizi sisteminin yaranması, mövcud və perspektivli nəqliyyat dəhlizləri XXI əsrin qlobal tarixi hadisələrindəndir. Müasir dövrdə Avropa və Asiyanın mərkəz hissəsində yerləşən, 34-dən çox dövlətin ərazisindən keçərək onları birləşdirən tarixi İpək yolunun əhəmiyyəti ölçüyəgəlməzdir”.

Prezident İlham Əliyevin Forumun açılış mərasimindəki çıxışına da toxunan Manişa Qunasekera bildirib ki, Azərbaycanın baxışları “Bir kəmər, bir yol” təşəbbüsünün ümumi vizionu ilə də üst-üstə düşür.

Qazi Universiteti Təhsil fakültəsinin Sosial elmlər təhsili bölməsinin professoru Bülent Aksoy diqqətə çatdırıb ki, İpək yolu qlobal ticarətdə çox böyük rol oynayır. Çindən başlayaraq Anadolu və Aralıq dənizindən keçib Avropaya uzanan ticarət yolu əsrlər boyu Şərqlə Qərb arasında ticarət mallarının daşınmasını təmin edıb. Aralarında Türkiyənin də olduğu 65 ölkənın iştirak etdiyi bu layihə dünya əhalisinin 60 faizə yaxınını, yəni təxminən 4,4 milyard insanı əhatə edir. Layihənin ən mühüm məqsədlərindən biri dəmir və quru yolları, dəniz və hava limanları, qaz kəmərləri və digər infrastruktur layihələri həyata keçirərək qitələrarası inteqrasiyanı təmin etməkdir.

XƏBƏRLƏR

17.05.2024 18:26
Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib
17.05.2024 18:23
Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlimlər yekunlaşıb
16.05.2024 17:55
III Regional Xor Müsabiqəsinin Qala konserti keçirilib
16.05.2024 15:57
Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub
13.05.2024 17:41
Mədəniyyət naziri maldivli həmkarı ilə görüşüb
13.05.2024 10:29
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər
10.05.2024 17:40
Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət müəssisələrinin rəhbərləri üçün təlim keçiriləcək
10.05.2024 08:58
Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb
06.05.2024 17:42
Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib
06.05.2024 13:16
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada başlanılır
06.05.2024 09:23
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul ilə bağlı ilk dəfə vahid platforma üzərindən müsabiqə elanı
03.05.2024 18:03
Ağdam Konfrans Mərkəzində “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya keçirilib
03.05.2024 18:01
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03.05.2024 17:55
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib
03.05.2024 17:53
“Mədəni irsin mühafizəsində qanunvericiliyin rolu: uğurlu təcrübələr” mövzusunda parlamentlərarası konfrans keçirilib
03.05.2024 17:51
“Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı” mövzusunda panel iclas keçirilib
03.05.2024 17:49
"Molla Nəsrəddin – çətin günlərin dostu" filminin çəkilişləri avqustda başlanacaq
03.05.2024 17:47
"Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs" mövzusunda IV plenar sessiya keçirilib
03.05.2024 17:45
“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda panel sessiyaya təşkil edilib
03.05.2024 17:41
Forumun IX panel sessiyası “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusuna həsr olunub
03.05.2024 17:18
“Müasir inkişaf meyillərinin təmin edilməsində və iqtisadi şaxələndirmədə mədəni və yaradıcı sənayelərin əhəmiyyəti” mövzusunda panel sessiya keçirilib
03.05.2024 17:08
“Turizm insanları birləşdirən və mədəniyyətlərarası dialoqu təşviq edən alət kimi” adlı panel sessiya keçirilib
03.05.2024 17:05
“Sosial media: mədəniyyətlər və insanlar arasında körpü və ya sədd? – Forumun növbəti panel sessiyası
03.05.2024 17:02
Mədəniyyət naziri liviyalı həmkarı ilə görüşüb
03.05.2024 17:00
Forumda “Mədəniyyətlərarası dialoqlarda qadın hüquqlarının təşviqi; qlobal inkişafa doğru” adlı panel sessiya keçirilib
03.05.2024 16:57
Forumda növbəti panel sessiya tənzimlənməyən miqrasiya və sosial təsirlərə həsr olunub
03.05.2024 16:52
Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib
03.05.2024 16:42
Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib