Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
431

Beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib

Bakıda “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində beynəlxalq təşkilatların “Yaşıl gələcəyə davamlı yol: COP29 və sonrakı dövr üçün birgə fəaliyyət” adlı III Zirvə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, “The Guardian” qəzetinin ətraf mühit üzrə redaktoru Fiona Harvinin moderatorluq etdiyi tədbirdə açılış nitqi ilə çıxış edən ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev bu il beynəlxalq ictimaiyyətin diqqətinin ölkəmizə, xüsusilə də ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində fəaliyyətə yönələcəyini qeyd edib. O bildirib ki, qlobal iqlim dəyişikliyi ilə bağlı müzakirələrin ən yüksək platforması olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyinin ölkəmizə həvalə edilməsi yüksək etimadın və inamın növbəti göstəricisi, beynəlxalq təşkilatlarla formalaşdırılmış uğurlu əməkdaşlığın nəticəsidir. Nazir deyib ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qürurverici qərar həm də ölkəmizin yaşıl gələcəklə bağlı hədəflərinin məntiqi davamıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi isə bu missiyaya verilən dəyəri təsdiqləyir.

“Bu il COP29-dan gözləntilər çoxdur. İqlim maliyyəsi COP29-un əsas mövzusudur. COP29 çərçivəsində qlobal iqlim gündəliyində olan iqlim maliyyəsi üzrə razılaşmağa gəlinməsi, iqlim dəyişikliyi mövzusunda qlobal həmrəyliyin gücləndirilməsi barədə müxtəlif ölkələr, təşkilatlar, akademik dairələr, qeyri-hökumət təşkilatları ilə intensiv danışıqlar aparılır. COP29-un uğurlu nəticələnməsi istiqamətində mümkün həll yolları üzərində fəaliyyət həyata keçirilir”, - deyə M.Babayev qeyd edib.

COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çıxışında hazırda COP29 komandasının substantiv məsələlər üzrə üç əsas istiqamətdə fəaliyyət göstərdiyini qeyd edib. Onun sözlərinə görə, bunlardan birincisi danışıqlar prosesinə hazırlıqdır: “Hələ ki, COP29-un yekun sənədləri üzrə danışıqlar prosesi başlamayıb. Lakin həmin prosesə hazırlıq məqsədilə müxtəlif tərəf dövlətlərlə bu prosesin qeyri-tərəf olan iştirakçıları ilə aktiv məsləhətləşmələr, konsultasiyalar aparılır. Nəticədə onların mövqeləri öyrənilir və indidən danışıqlar prosesinin strategiyası hazırlanır.

İkinci istiqamət olaraq, biz “Sədrin fəaliyyət gündəliyi” adlandırılan COP29 sədrliyinin təşəbbüsləri və COP29-un sədri olaraq Azərbaycana daxil olan digər ölkə və təşkilatların təşəbbüsləri barədə məlumatları alıb təhlil edib və onların əsasında öz fəaliyyət gündəliyimizi hazırlayırıq.

Nəhayət, üçüncü istiqamət: milli səviyyədə Azərbaycan hansı tədbirlər görməlidir, hansı addımlar artmalıdır ki, özü qlobal miqyasda bir nümunə göstərə bilsin? Bu istiqamətdə də konsultasiyalar, fəaliyyətlər aparılır”.

BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos COP29-a ev sahibliyi edəcəyi üçün Azərbaycana təşəkkürünü bildirib və deyib: “Həqiqətən də COP29-u təşkil etdiyi üçün Azərbaycana təbriklərimizi çatdırmaq istəyirik. Biz əminik ki, bütün komandanın tam səyi ilə COP29-un uğurlu keçirilməsinə nail olacağıq. Bu tədbirdə iştirak etmək bizim hər birimizin öhdəliyidir”.

Öz çıxışında iqlim dəyişmələrinin beynəlxalq gündəliyi tutan ekoloji problemə çevrildiyini deyən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik fikirlərinə belə davam edib: “Həmin qlobal məsələ real bir haldır və fəsadlarını aradan qaldıra bilməsək, gələcək nəsillər üçün problem yaranacaq. Odur ki, təxirəsalınmaz və təcili tədbirlərin həyata keçirilməsi vacibdir. Yüksək ambisiyalı gələcək təmin etmək vəzifələrimizdəndir. Yaşıl enerjiyə keçidin təmin edilməsi, onun əhatə dairəsinin genişləndirilməsi, yardımçı institutların hazırlanması və adaptasiya işlərinin həyata keçirilməsi zəruridir. Çünki təhdidlər heç bir sərhəd tanımır. Biz yalnız beynəlxalq əməkdaşlıq yolu ilə iqlim böhranlarını aradan qaldıra bilərik”.

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubaniçbek Ömüralıyev iqlim dəyişikliyi ilə mübarizə məsələsinin TDT-nin gündəliyində olduğunu vurğulayıb: “Biz həmin qlobal problemin həllinə töhfə vermək üçün türk dövlətləri arasında əməkdaşlığı daha da möhkəmləndirməliyik”.

O, TDT-nin üzv ölkələrdə ətraf mühitin qorunması, “yaşıl enerji”yə keçid və digər məsələlərin təşviqinə böyük önəm verdiyini də diqqətə çatdırıb.

“COP29-da iqlim dəyişikliyi məsələsinin həlli üçün qətiyyətə yaxınlaşmağımız zəruridir” - deyən TÜRKSOY-un Baş katibi Sultan Raev qeyd edib ki, yaşıl iqtisadiyyata keçid üçün cəsur liderlik, yeni həllər, cəmiyyətin bütün təbəqələrinin iştirakını təmin edən səmərəli əməkdaşlıq vacibdir.

“Mədəni diplomatiyanın gücündən istifadə edən əməkdaşlığa əsaslanan fəaliyyətlər yolu ilə gələcək nəsillər üçün davamlı inkişafa nail ola bilərik. İqlim dəyişikliyi təkcə bioloji müxtəlifliyi, təbii mühiti deyil, mədəni irsi də təhdid edir. Odur ki, sərhədləri aşan mədəni fəaliyyətlər yaratmaq bizim borcumuzdur.

TÜRKSOY olaraq mədəni diplomatiya və ətraf mühit idarəsinin bir-biri ilə bağlı olduğunun fərqindəyik. Mədəni gücü ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmə üçün katalizator olaraq istifadə etməyə çalışırıq”, - deyə o bildirib.

Digər çıxış edənlər də iqlim dəyişikliyinin gələcəkdə səbəb olacağı fəsadlardan danışıb, problemin həlli üçün daha tutarlı addımlar atılmasının, ölkələrin üzərlərinə götürdükləri öhdəliklərə əməl etməsinin, bu istiqamətdə beynəlxalq əməkdaşlığın vacibliyini qeyd ediblər.

XƏBƏRLƏR

26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir
22.07.2024 18:00
Mədəniyyət Nazirliyi Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur
22.07.2024 10:48
Vaqif Poeziya Günlərinin geniş icmalı
22.07.2024 10:09
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
19.07.2024 17:34
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
19.07.2024 12:06
Şuşada "Məhəmməd Füzuli. Zamanın fövqündə" mövzusunda konfrans keçirilib
18.07.2024 19:44
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada ilk dəfə etno-caz konserti
18.07.2024 16:26
Şuşada poeziya bayramında "Füzuli hücrələri"
18.07.2024 15:19
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başlayıb
12.07.2024 18:07
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 31 yaşı tamam olur
12.07.2024 15:22
Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib
11.07.2024 14:52
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı
11.07.2024 12:37
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
10.07.2024 18:35
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı BİRGƏ BƏYANATI
05.07.2024 09:18
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi
04.07.2024 17:49
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
03.07.2024 10:01
“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
02.07.2024 09:52
Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib
28.06.2024 15:35
Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib
27.06.2024 15:44
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
25.06.2024 17:11
Akademik Rus Dram Teatrında aktyor sənəti və vokal üzrə ustad dərsləri
25.06.2024 10:57
 Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub  
25.06.2024 09:54
Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
24.06.2024 14:57
Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər