Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
247

Forum çərçivəsində nazirlərin 5-ci görüşü keçirilib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də Bakı Konqres Mərkəzində nazirlərin 5-ci görüşü təşkil edilib.

“Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” mövzusuna həsr olunan görüş Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin sədrliyi ilə keçirilib.

Qonaqları salamlayan Adil Kərimli bildirib ki, dünyada etnik və milli zəmində qarşıdurmaların yaşandığı bir vaxtda Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri dinc yanaşı, mehriban bir ailə kimi yaşayırlar: “Ölkəmiz beynəlxalq aləmdə tolerantlığa örnək göstərilir. Biz öz tarixi-mədəni irsimizlə yanaşı, tolerantlıq ənənələrimizi də qoruyub təbliğ edirik”.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mədəniyyət naziri Şeyx Salem Xalid Abdulla Məhəmməd əl-Qasimi bildirib ki, Forum əlamətdar bir dövrə təsadüf edir. Bakı COP29-a ev sahiblik etməyə hazırlaşır: “Ötən il COP28 bizim ölkəmizdə – Dubay şəhərində keçirildi. Orada da biz nazirlərin konfransını keçirdərək müxtəlif istiqamətlər üzrə müzakirələr apardıq”.

Belarus Respublikasının mədəniyyət naziri Anatoli Markeviç çıxışında deyib: “Biz əlimizdən gələni edirik ki, Belarus sülh ərazisi olaraq qalsın. Belarus çoxmillətli ölkədir – 130-a yaxın icma yaşayır. Biz abidələrimizin qorunmasına xüsusi diqqət yetirik. Qəhrəmanlarımızı unutmuruq, onları hər zaman xatırladır, gənc nəslə çatdırırıq. Azərbaycanla Belarusla arasında yeni mədəniyyət körpüsü yaradılıb. Bu ilin 1-4 aprel tarixlərində Bakıda Belarus Mədəniyyəti Günləri keçirilib. Mədəniyyət günləri çərçivəsində iki ölkənin incəsənət xadimlərinin bir-birlərini tərcüməsiz anladıqlarının şahidi olduq”.

Gürcüstan Baş nazirinin müavini, mədəniyyət və idman naziri Tea Sulukiani söyləyib ki, Cənubi Qafqaz elə bir bölgədir ki, burada müxtəlif din və mədəniyyətlərin nümayəndələri hər zaman yanaşı yaşayıb. Gürcüstanın əsrlər boyu formalaşmış mədəni zənginliklərini, qədim ənənələrini və təcrübəsini davam etdirəcək.

Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova müzakirə olunan mövzunun aktuallığından söz açıb. Bildirib ki, Forum çərçivəsində birgə dəyərlərimizi nümayiş etdirməliyik.

Liviyanın mədəniyyət və koqnitiv inkişaf naziri Mabroukah Toughi Othman Forumda müzakirəyə çıxarılan mövzular bəşəriyyətin ciddi ehtiyac duyduğu sülh və əmin-amanlığa öz töhfəsini verə bilər. Bəşəriyyət rasional şəklində fəaliyyət göstərməlidir ki, bu əsrin çağırışına cavab versin.

İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili Forumun mədəniyyətlərarası dialoqun gücləndirilməsinə xidmət etdiyini bildirib: “Dünya xalqları olaraq sülh şəraitində yaşamağımız çox vacibdir. Hesab edirik ki, beynəlxalq təşkilatların əsas rollarından biri də sülh və əmin-amanlığının qorunmasıdır”.

Daha sonra ölkəmizdə akkreditə olunan səfirlərin və digər rəsmi şəxslərin mövzu üzrə məruzələri dinlənilib.

XƏBƏRLƏR

25.06.2024 10:57
 Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub  
25.06.2024 09:54
Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
24.06.2024 14:57
Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər
24.06.2024 12:25
Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib
24.06.2024 12:19
İyunun 20-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar incəsənət xadimi Vəcihə Səmədovanın 100 illik yubileyinə həsr olunmuş “Vəcihə Səmədova 100: sənətkar ömrünün səhifələri” adlı sərgi açılıb
21.06.2024 10:00
Beynəlxalq Animasiya Filmləri Festivalında Azərbaycan stendlə təmsil olunub
20.06.2024 09:24
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində ilk dəfə milli stendlə təmsil olunur
14.06.2024 17:04
Mədəniyyət naziri Samuxda vətəndaşları qəbul edib
13.06.2024 18:02
Özbək dilinə tərcümə edilmiş "Qılınc və qələm" romanı Daşkənddə təqdim olunub
13.06.2024 17:04
Dövlət Yuğ Teatrı “Mənəm, mən” tamaşasını Daşkənddə nümayiş etdirib
13.06.2024 09:51
"Arşın mal alan" yenidən Daşkənd səhnəsində nümayiş olunub
13.06.2024 09:31
"Azərbaycanın sənət incilərində yaşayan milli irsi” - Daşkənddə sərgi açılıb
12.06.2024 11:23
Daşkənddə Azərbaycan incəsənətinin növbəti təntənəsi
12.06.2024 09:40
Azərbaycan və Özbəkistanın mədəniyyət nazirləri Daşkənddə görüşüb 
12.06.2024 09:33
Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olub
11.06.2024 15:30
Özbəkistan Yazıçılar İttifaqında "Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz" adlı konfrans keçirilib
10.06.2024 17:07
Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri başlanır
08.06.2024 09:43
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin birgə bəyanatı
07.06.2024 15:41
VI Dialoq Forumunun yekun bəyannaməsi BMT Baş Assambleyası 78-ci sessiyasının sənədi kimi dərc olunub
07.06.2024 13:10
Mədəniyyət naziri İmişli rayonunda vətəndaşların müraciətlərini dinləyib
06.06.2024 19:02
“1920-1980-ci illər Azərbaycan rəngkarlığı və qrafikası” adlı yeni ekspozisiyanın açılış mərasimi keçirilib
04.06.2024 09:01
“A-Hub Akselerasiya Proqramı”nın qalibləri Şuşada mükafatlandırılıb
03.06.2024 18:28
Vokalçıların Bülbül adına IX Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib
03.06.2024 17:57
Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumu maraqlı mövzulara həsr olunan panel sessiyalarla davam edir
03.06.2024 16:17
Şuşada Beynəlxalq Sahibkarlar Forumu keçirilir
03.06.2024 12:21
Görkəmli baletmeyster Maqsud Məmmədov 95 illiyi münasibətilə evində ziyarət olunub
02.06.2024 21:24
"A-Hub Akselerasiya Proqramı”nın dünya finalı keçirilib
01.06.2024 20:28
Bakıda və Şuşada “Rəqəmsal Yaradıcı Həftəsonu” (Digital Creative Weekend) layihəsi həyata keçirilir
30.05.2024 15:37
Rəqəmsal yaradıcı həftəsonu elan olunur