Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2003

Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib

Martın 5-də Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı beynəlxalq sərgisi keçirilib.

Sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşib.

Sərginin məqsədi qədim Azərbaycan-türk qədim dövlətçilik tarixinin simvollarından biri Massaget hökmdarı, qəhrəmanlıq, ədalət rəmzi kimi qəbul olunan Tomris obrazının təsviri sənətdə inikasını göstərməkdən ibarətdir.

Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Mədəniyyət Nazirliyinin məsul şəxsləri, tanınmış mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova qeyd edib ki, təsviri sənətdə Tomris obrazına ilk müraciətlər Orta əsr Qərb rəngkarlığına aiddir. Erkən dövrdə Avropa monastırlarında Herodotun “Tarix” əsərinə illüstrasiyalarda, sonralar isə Rubens, Kastanio, Jentileski, Pretti, Brusesfaro və s. rəssamlar ın yaradıcılığında Tomris obrazı əksini tapıb.

Diqqətə çatdırılıb ki, XX əsrin ortalarından başlayaraq təsviri sənətdə Tomris obrazı türk bədii mühitində yenidən canlanır. Uzun müddət türk sənət dünyasının bir çox nümayəndələri Tomris obrazına müraciətlərində yerli bədii xüsusiyyətlərlə yanaşı, onun ümumtürk mahiyyətini də vurğulamağa çalışıblar.

İlk dəfə olaraq TÜRKSOY-a üzv ölkələrin rəssamları tərəfindən yaradılan Tomris obrazı vahid konsept, ümumtürk tarixi-mədəni dəyərləri müstəvisində təqdim edilir.

TÜRKSOY-un baş katibi Sultan Raev 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilən sərginin Türk dünyası xalqlarının qadınlara verdiyi önəmin təsahürü olduğunu bildirib: "Tomris mövzulu rəsm sərgisinin ilk dəfə Azərbaycanda təşkil edilməsi heç də təsadüf deyil. Tarixi məlumatlara görə, Tomris xatın bu torpaqlarda yaşayıb və Türk dünyasının ilk qadın hökmdarı ünvanını alıb".

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova vurğulayıb ki, rəssamlarımızın əsərləri ortaq irsimizi, tariximizi və ənənələrimizi ifadə edir: "Bu cür tədbirlərin keçirilməsi ortaq köklərə sahib olan türk xalqları arasında körpülərin qurulmasına öz töhfəsini verir. Sərgidə iştirakınız üçün hər birinizə təşəkkürümü bildirir, sizləri türk xalqlarının sənət dünyasından zövq almağa dəvət edirəm".

Qazaxıstan Rəssamlar İttifaqının üzvü Botagöz Toleş, "Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, Azərbaycan Rəssamlar İttifaqı sədrinin birinci müavini Xalq rəssamı Səlhab Məmmədov və Xalq rəssamı Sakit Məmmədov tədbirin əhəmiyyətini vurğulayıb, sərginin təşkilində əməyi keçənlərə təşəkkür ediblər.

Çıxışlardan sonra TÜRKSOY tərəfindən sərgidə əsərləri nümayiş olunan rəssamlara mükafat təqdim edilib. Azərbaycan Mədəniyyət Nazirliyi isə TÜRKSOY-un xüsusi mükafatına layiq görülüb.

Sonda qonaqlar sərgi ilə yaxından tanış olublar.

Qeyd edək ki, sərgidə Mərkəzi Asiya, Türkiyə və Azərbaycanı təmsil edən 20-dən çox rəssamın – Xalq rəssamları Sakit Məmmədov, Arif Əziz, Xanlar Əhmədov (Azərbaycan), Sardor Allaberqenov (Özbəkistan), Refik Aziz (Türkiyə), Sembiqali Smaqulov, Aqimsal Düzelxanov, Ədilğali Bayandı, Tolkın Tabısbek (Qazaxıstan), Talant Oqobayev, Jılkıcı Jakıpov, Eldar Aytmatov (Qırğızıstan) və başqalarının son 30 ildə ərsəyə gətirdikləri 30-dan artıq rəngkarlıq, qrafika və heykəltaraşlıq əsəri yer alıb.

XƏBƏRLƏR

30.08.2024 11:39
Azərbaycanın “Simurq” muğam ansamblı Özbəkistanda XIII “Şərq təranələri” festivalının Qran-pri mükafatını qazanıb
29.08.2024 16:37
Mədəniyyət Nazirliyi Moskva Kino Həftəsində təmsil olunub
29.08.2024 14:50
Mədəniyyət naziri Astara rayonunda vətəndaşları qəbul edib
28.08.2024 17:54
“Min bir gecə” baleti Pekində sənətsevərlərin qəlbini fəth edib
28.08.2024 09:21
Laçın Şəhəri Günü təntənəli şəkildə qeyd olundu
27.08.2024 11:36
Laçın Şəhəri Günü qala konsert və atəşfəşanlıqla başa çatıb
26.08.2024 17:27
Laçında bayram şöləni davam edir
26.08.2024 16:32
Laçın Şəhəri Gününün təntənəli açılış mərasimi olub
23.08.2024 17:51
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
23.08.2024 09:35
Daşkənddə Azərbaycan və Özbəkistan sənətçilərinə fəxri adlar təqdim olunub
22.08.2024 09:05
Türkdilli region və dövlətləri birləşdirən yayım platformasının yaradılması müzakirə olunub
20.08.2024 18:14
Maestro Niyazi musiqi mədəniyyətimizə ləyaqətlə xidmət edib
20.08.2024 14:23
Fəxri xiyabanda maestro Niyazinin xatirəsi yad olunub
19.08.2024 12:14
“Füzulidə yay məktəbi” layihəsi rəngarəng və maraqlı tədbirlərlə yadda qaldı
16.08.2024 14:40
Musiqi, incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılıb
15.08.2024 16:54
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir
15.08.2024 15:54
“Füzulidə yay məktəbi” layihəsinin açılış mərasimi olub
14.08.2024 17:04
Füzuli şəhərində yay məktəbi təşkil olunacaq
03.08.2024 14:19
Azərbaycan Kinosu Günü təntənəli şəkildə qeyd olunub
02.08.2024 13:11
Monteneqroda “Azərbaycan xalçası: təbiətlə dialoq” adlı sərgi açılıb
31.07.2024 13:22
“Min bir gecə” baleti yeni quruluşda Pekində ilk dəfə təqdim olunacaq
30.07.2024 14:04
Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olunub
30.07.2024 10:18
Mədəniyyət naziri Gədəbəydə vətəndaşların müraciətlərini dinləyib
26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir