Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1252

Vətən müharibəsindəki tarixi zəfərə ithaf edilən ədəbi müsabiqənin nəticələri bəlli olub

İkinci Qarabağ müharibəsində qazanılan tarixi zəfərə həsr olunan irihəcmli əsərlərin yaradılması məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş ədəbi müsabiqənin qalibi müəyyənləşib.

Müsabiqəyə təqdim edilmiş əsərlərin qiymətləndirilməsi və qalibin seçilməsi məqsədilə aidiyyəti sahə üzrə mütəxəssislərdən ibarət aşağıdakı tərkibdə Komissiya yaradılıb:

Vidadi Qafarov – Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru;

Səlim Babullaoğlu – Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi;

Qismət Rüstəmov – şair, tərcüməçi, esseçi;

Cavanşir Yusifli – tənqidçi, ədəbiyyatşünas, tərcüməçi.

Müsabiqədə obyektivliyi və şəffaflığı təmin etmək üçün roman, dram və mənzum hekayə janrları üzrə qəbul olunmuş 23 əsər və onların müəllifləri xüsusi ştrix ilə şifrlənib, Komissiya üzvlərinə təqdim edilib. 
Komissiya üzvləri tərəfindən hər bir əsərin oxunub, mövzu, bədii və peşəkar yaradıcılıq baxımından dəyərləndirilməsi aparılıb və əsərlər cədvəl üzrə qiymətləndirilib. Mədəniyyət Nazirliyində keçirilən yekun iclasda Komissiya üzvləri müsabiqədə fərqlənən hər bir əsər haqqında fikirlərini səsləndiriblər. 
Komissiyanın yekun qərarına əsasən, roman və mənzum hekayə janrları üzrə təqdim olunan 15 adda əsərin bədii səviyyəsi müsabiqənin tələblərinə cavab vermədiyi üçün qalib əsər müəyyənləşməyib.
Dram janrı üzrə təqdim olunan 8 əsərin arasından qalib seçilib: 

Sevinc Elsevər – “Çiçək məktublar”

Qaydalara əsasən, qalibə 5 000 (beş min) manat pul mükafatı və Nazirliyin xüsusi diplomu təqdim olunacaq.

XƏBƏRLƏR

01.12.2023 14:15
Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun icmalı
30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub
21.11.2023 16:02
“Yaradıcı Həftə” çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək
21.11.2023 14:43
Kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb
17.11.2023 10:48
Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirildi
16.11.2023 22:25
Film layihələri müsabiqəsinin ikinci mərhələsinə yekun vurulub