Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
899

Görkəmli tarzən Əhməd Bakıxanovun 130 illik yubileyinə həsr olunmuş konsert keçirilib

Dekabrın 22-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasının Opera studiyasında Xalq artisti Əhməd Bakıxanovun 130 illiyinə həsr olunmuş konsert keçirilib.

Tədbirdə Xalq artistləri Ağaverdi Paşayev, Tofiq Bakıxanov, Baş İdarənin rəis müavini Nazim Əliyev, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Əməkdar artist Zakir Əliyev, Beynəlxalq müsabiqələr laureatları Fəxri Kazım-Nicat, Elvin Səfərov, Cabbarlı Özcan iştirak ediblər.

Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsinə həsr olunmuş konsertdə ilk olaraq videoçarx nümayiş etdirilib, daha sonra çıxışçılar ustad tarzənin həyat və yaradıcılığından danışıb və onunla bağlı xoş təəssüratlarını bölüşüblər. Bildiriblər ki, görkəmli sənətkar Əhməd Bakıxanov daim axtarışlarla dolu geniş və çoxşaxəli yaradıcılığı ilə Azərbaycanın musiqi sənəti xəzinəsinə dəyərli töhfələr verib.

Musiqili gecədə məktəbin məzunlarından "Natiq" ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov, Fikrət Əmirov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Xəzər Universitetinin Kamera Orkestri, Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist İnarə Babayeva, estrada müğənnisi İlqar Xəyal, Beynəlxalq Müsabiqələr laureatı Kamal Nuriyev və bəstəkar Sevda Rəhimovanın çıxışları gurultulu alqışlarla qarşılanıb.

Musiqi salnaməmizə mühüm səhifələr yazmış tarzən Əhməd Bakıxanova həsr olunmuş konsert iştirakçılarda xoş təəssürat yaradıb.

XƏBƏRLƏR

27.03.2023 17:04
Akademik Milli Dram Teatrının “Məlikməmməd” tamaşası Şəkidə nümayiş olunub
17.03.2023 15:54
Parisdə Novruz bayramı təntənəli şəkildə qeyd edilib
13.03.2023 11:43
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
10.03.2023 09:07
Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək
06.03.2023 17:59
Xaçmaz, Qusar və Quba rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
06.03.2023 14:13
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
03.03.2023 17:21
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq
03.03.2023 16:25
Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.03.2023 13:39
Milli Muğam Müsabiqəsi başlayır
01.03.2023 15:48
Xalq artisti Oqtay Kazıminin yubileyinə həsr olunan musiqi axşamı keçirilib
01.03.2023 15:36
“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib
25.02.2023 12:46
Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi
23.02.2023 16:11
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.02.2023 15:14
Əməkdar rəssam Ağasaleh Nuriyev vəfat edib
21.02.2023 10:53
Xalq artisti Ramiz Novruz vəfat edib
20.02.2023 17:15
Xalq artisti, muğam ustadı Arif Babayevin 85 illiyi qeyd olunub
20.02.2023 16:18
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək
20.02.2023 09:34
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edib