Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
496

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Sərxan Sərxanın yaradıcılıq gecəsi təşkil olunub

Dekabrın 21-də Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, klassik estrada musiqimizin parlaq nümayəndələrindən biri olan Sərxan Sərxan konsert proqramı ilə çıxış etdi.

İlk olaraq BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov səhnəyə çıxaraq tamaşaçıları salamladı. Sərxan Sərxanı klassik estrada sənətimizin canlı korifeyi adlandıran direktor muğənninin növbəti konsertinin BMM səhnəsində baş tutmasından məmnunluğunu ifadə etdi. Sənətkara can sağlığı, uğur arzulayaraq onu səhnəyə dəvət etdi.

Gecədə müğənni sevilən lirik kompozisiyaları ilə yanaşı repertuarındakı retro və müəllif, dillər əzbəri olan mahnıları ilə tamaşaçıların qarşısına çıxdı.

Böyük alqışlarla qarşılanan müğənni ilk olaraq “Salam, Bakı şəhərim “ ifası ilə tamaşaçıları salamladı. Xalq şairiləri  N.Xəzrinin şeirinə “Nə dedim", N.Həsənzadənin sözlərinə “Kinoda” və Əməkdar incəsənət xadimi, şair T.Bayramın sözlərinə bəstələdiyi “Ay gecikən məhəbbətim” mahnıları isə tamaşaçılara xüsusi ovqat bəxş etdi. Solo və illərdir ona dost olan gitarası ilə birgə səhnədən tamaşaçılarla səmimi ünsiyyət quran Xalq artisti hər bir ifası və mahnısı haqqında məlumat verərək, həm də öz təəssüratlarını bölüşdü.

Anşlaqla keçən konsert tamaşaçıların gur alqışları ilə yekunlaşdı. Qeyd edək ki, konsert ifaçının 3 illik fasilədən sonra böyüyüb boya-başa çatdığı Bakıda ilk konserti idi.

XƏBƏRLƏR

27.03.2023 17:04
Akademik Milli Dram Teatrının “Məlikməmməd” tamaşası Şəkidə nümayiş olunub
17.03.2023 15:54
Parisdə Novruz bayramı təntənəli şəkildə qeyd edilib
13.03.2023 11:43
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
10.03.2023 09:07
Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək
06.03.2023 17:59
Xaçmaz, Qusar və Quba rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
06.03.2023 14:13
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
03.03.2023 17:21
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq
03.03.2023 16:25
Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.03.2023 13:39
Milli Muğam Müsabiqəsi başlayır
01.03.2023 15:48
Xalq artisti Oqtay Kazıminin yubileyinə həsr olunan musiqi axşamı keçirilib
01.03.2023 15:36
“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib
25.02.2023 12:46
Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi
23.02.2023 16:11
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.02.2023 15:14
Əməkdar rəssam Ağasaleh Nuriyev vəfat edib
21.02.2023 10:53
Xalq artisti Ramiz Novruz vəfat edib
20.02.2023 17:15
Xalq artisti, muğam ustadı Arif Babayevin 85 illiyi qeyd olunub
20.02.2023 16:18
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək
20.02.2023 09:34
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edib