Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
653

Xalq artisti Ramiz Quliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Dekabrın 21-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə S.Rüstəmov adına 13 nömrəli Uşaq Musiqi Məktəbi Bakı Musiqi Akademiyasında ustad tarzən, pedaqoq, Dövlət mükafatı laureatı, Xalq artisti Ramiz Quliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirib.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti İctimai Siyasi və Humanitar məsələlər üzrə şöbə müdiri Pənah İmanov, Xalq artistləri Vamiq Məmmədəliyev, Zamiq Əliyev, Baş İdarənin rəisi İbrahim Əliyev, Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinin direktoru Nazim Kazımov, şəhid Rövlan Məmmədovun ailəsi, vətən müharibəsi qaziləri, musiqi məktəblərinin direktorları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əvvəlcə sənətkarın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Sonra çıxış edənlər sənətkarı yubileyi münasibətilə təbrik edərək, musiqi mədəniyyətimizin inkişafındakı xidmətlərindən söz açıblar. Bildirilib ki, məşhur tarzən Azərbaycan musiqi ifaçılığı sənətində önəmli iz qoyan parlaq sənətkarlardan biridir. Hazırda Azərbaycan xalq musiqisini sevənlər arasında elə bir şəxs tapılmaz ki, tarın virtuoz ifaçısı, milli muğamlarımızın mahir bilicisi olan Ramiz Quliyevin yaradıcılığı ilə tanış olmasın.

Tədbir konsert proqramı ilə davam edib. Tədbirdə Xalq artisti Elçin Həşimov, Əməkdar artist Elnur Əhmədov, Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin şagird məzun və müəllimləri çıxış ediblər.

Sonda xalq artisti Ramiz Quliyev çıxış edərək tədbirin keçirilməsinə və göstərilmiş diqqətə görə hər kəsə təşəkkürünü bildirib.

XƏBƏRLƏR

27.03.2023 17:04
Akademik Milli Dram Teatrının “Məlikməmməd” tamaşası Şəkidə nümayiş olunub
17.03.2023 15:54
Parisdə Novruz bayramı təntənəli şəkildə qeyd edilib
13.03.2023 11:43
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
10.03.2023 09:07
Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək
06.03.2023 17:59
Xaçmaz, Qusar və Quba rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
06.03.2023 14:13
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
03.03.2023 17:21
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq
03.03.2023 16:25
Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.03.2023 13:39
Milli Muğam Müsabiqəsi başlayır
01.03.2023 15:48
Xalq artisti Oqtay Kazıminin yubileyinə həsr olunan musiqi axşamı keçirilib
01.03.2023 15:36
“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib
25.02.2023 12:46
Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi
23.02.2023 16:11
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.02.2023 15:14
Əməkdar rəssam Ağasaleh Nuriyev vəfat edib
21.02.2023 10:53
Xalq artisti Ramiz Novruz vəfat edib
20.02.2023 17:15
Xalq artisti, muğam ustadı Arif Babayevin 85 illiyi qeyd olunub
20.02.2023 16:18
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək
20.02.2023 09:34
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edib