Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
418

Özbəkistanda Azərbaycan dili fakültəsi və “Heydər Əliyev auditoriyası” yaradılacaq

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Türkologiya fakültəsi bazasında Azərbaycan dili fakültəsinin yaradılması üzrə işlər aparılır.

Dünən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovu Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçеhrə Rixsiyeva qəbul etmiş və tərəflər arasında sözügedən Universitetdə görüş keçirilmişdir.

Görüşdə Universitetdə yaradılacaq Azərbaycan dili fakültəsi ilə əlaqədar gələcək planlar müzakirə edilmiş, Özbək və Azərbaycan tərəfinin bu işə dəstəyi, qeyd olunan məsələlərlə bağlı bir sıra detallar müzakirə olunmuş və fikir mübadiləsi aparılmışdır.

Gülçеhrə Rixsiyeva dövlət başçılarımızın səyləri nəticəsində ölkələrimiz arasında münasibətlər yüksək səviyyəyə qaldırıldığını və təhsil sahəsində əməkdaşlıqda da son zamanlar irəliləyişin əldə olunduğunu qeyd edib. O, Universitetdə Türkologiya fakültəsinin 2020-ci ildə yarandığını və uğurla fəaliyyət göstərdiyini vurğulayaraq, sözügedən fakültənin bazasında Azərbaycan dili fakültəsinin yaradılmasının nəzərdə tutulduğunu bildirib. Rektor bu istiqamətdə Azərbaycan tərəfinin müvafiq dəstəyini xahiş edib.

Gülçеhrə Rixsiyeva 2023-cü ilin fevral ayından sınaq müddəti olaraq Universitetdə Azərbaycan dili fakültəsinində dərslərə başlayacaqlarını, yeni tədris ilindən isə sözügedən fakültəyə qəbul elan ediləcəyini və  sentyabr ayından rəsmi olaraq dərslərə başlanılacağını qeyd edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Azərbaycan dili fakültəsinin yaradılması işinə dəstək üçün rektor Gülçеhrə Rixsiyevaya təşəkkürünü bildirmişdir. S.Abbasov ilkin olaraq yaradılan fakültəni əyani vəsaitlərlə, nəşrlərlə təchizatı, dərsləri aparacaq müəllim və mütəxəssislərlə təmin olunması məsələsində Azərbaycan Mədəniyyət Mərkəzinin müvafiq dəstək göstərəcəyini bildirib.

Diplomat Samir Abbasov Azərbaycan xalqının böyük oğlu, Ümummilli lider Heydər Əliyevin 2023-cü ildə 100 illiyinin geniş qeyd olunduğunu və Prezident İlham Əliyevin Sərəncamı ilə növbəti il “Heydər Əliyev ili” elan olunduğunu qeyd edib.

O, Ulu Öndər Heydər Əliyevin Azərbaycan-Özbəkistan dostluğu, dövlətlərimiz arasında münasibətlərin yüksək səviyyəyə - strateji əməkdaşlıq səviyyəsinə qaldırılmasında müstəsna xidmətlərini nəzərə alaraq, Daşkənd Dövlət Şərqşünaslıq Universitetində yaradılan Azərbaycan dili fakültəsi üçün auditoriyaya Heydər Əliyevin adının verilməsini təklif edib və təklif Özbək tərəfindən qəbul olunub.

Samir Abbasov “Heydər Əliyev auditoriyası”nın təşkili, tərtibatı, auditoriyanın çoxfunksiyalı qurulması, içində müvafiq kitabxananın, dil öyrənilməsi, açıq dərslərin, onlayn mühazirələrin keçirilməsi, auditoriyada Azərbaycanın nailiyyətləri, tariximiz, dövlətçiliyimiz, milli mədəniyyətimizə dair guşələrin təşkili, sənədli və bədii filmlərimizin nümayişinin təmin ediləcəyini bildirib.

Samir Abbasov Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan dilini öyrənmək məqsədi ilə mütəxəssislər tərəfindən xüsusi onlayn portalın, habelə nəşrin  yaradılması üzərində iş getdiyini və yaxın zamanlarda bu layihənin yekunlaşacağını bildirib. O, sözügedən layihənin Azərbaycan dili fakültəsi üçün  əhəmiyyətini vurğulayıb.

Daha sonra Universitetin Azərbaycan dili fakültəsi üçün ayrılan otaqlara, Türkologiya fakültəsi üçün yaradılan imkan, kitabxanaya baxış keçirilib.

Tərəflər Azərbaycan dili dərslərinin keçiriləcəyi “Heydər Əliyev auditoriyası” üçün xüsusi zal seçiblər.

XƏBƏRLƏR

27.03.2023 17:04
Akademik Milli Dram Teatrının “Məlikməmməd” tamaşası Şəkidə nümayiş olunub
17.03.2023 15:54
Parisdə Novruz bayramı təntənəli şəkildə qeyd edilib
13.03.2023 11:43
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
10.03.2023 09:07
Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək
06.03.2023 17:59
Xaçmaz, Qusar və Quba rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
06.03.2023 14:13
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
03.03.2023 17:21
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq
03.03.2023 16:25
Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.03.2023 13:39
Milli Muğam Müsabiqəsi başlayır
01.03.2023 15:48
Xalq artisti Oqtay Kazıminin yubileyinə həsr olunan musiqi axşamı keçirilib
01.03.2023 15:36
“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib
25.02.2023 12:46
Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi
23.02.2023 16:11
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.02.2023 15:14
Əməkdar rəssam Ağasaleh Nuriyev vəfat edib
21.02.2023 10:53
Xalq artisti Ramiz Novruz vəfat edib
20.02.2023 17:15
Xalq artisti, muğam ustadı Arif Babayevin 85 illiyi qeyd olunub
20.02.2023 16:18
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək
20.02.2023 09:34
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edib