Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
728

“Atabəylər: Şəmsəddin Eldəniz” çoxseriyalı bədii-televiziya filmi üçün musiqi (soundtrack) müsabiqəsi elan olunur

Azərbaycanın ilk çoxseriyalı tarixi bədii-televiziya filmi – “Atabəylər: Şəmsəddin Eldəniz” filminin musiqi tərtibatının (soundtrack) hazırlanması üçün müsabiqə elan olunur.

İştirakçılar 25 dekabrdan etibarən istənilən janrlar üzrə öz bəstələrini təqdim edə bilərlər. Filmdə möhtəşəm döyüş səhnələri ilə yanaşı, dövlətçilik, sevgi, ayrılıq, xəyanət, drama, sevinc, təlaş və sair mövzular yer alacaq.  Bu səbəbdən, müsabiqə üçün musiqilərin leytmotivini təqdim edərkən filmin mahiyyəti, dəyişən səhnələr və epizodlar mütləq nəzərə alınmalıdır.

 

QEYD 1: "Atabəylər: Şəmsəddin Eldəniz" çoxseriyalı bədii televiziya filmi 24 bölümdə çəkilməsi planlaşdırılır.  Film Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin həyatı, keşməkeşli fəaliyyətindən bəhs edəcək. Burada eyni zamanda əsas məqsədlərdən biri kimi orta əsrlər Azərbaycan coğrafiyasındakı mövcud dövlət quruluşu, sosial münasibətlər, ictimai-siyasi vəziyyət, milli-mənəvi irs, intibah dövrünü yaşayan mədəni-ədəbi mühit və digər reallıqlar detallı şəkildə gündəmə gətiriləcək.  

 

Müsabiqənin əsas şərtləri

  1. Hər bir iştirakçı ən azı 1 (bir) və ən çoxu 5 (beş) musiqi parçası və fərqli leytmotivlər təklif edə bilər. Musiqilərin, leytmotivlərin çox olması həmin iştirakçının qalib gəlmək şansını artıra bilər. Lakin, say çoxluğu mütləq şərt deyil; önəmli olan musiqinin orijinallığı və filmə uyğun gəlməsidir.
  2. Çoxseriyalı filmin musiqi müşayiətini zənginləşdirmək və orijinallığı artırmaq məqsədilə bir və ya bir neçə qalib gəlmiş iştirakçını birgə işləmək üçün layihəyə cəlb etmək mümkündür.
  3. İştirakçı sayı 5-dən az olduqda müsabiqənin baş tutmaması haqqında qərar verilə bilər. Bu halda bütün təqdim olunmuş musiqilər iştirakçıların özlərinə qaytarılır.
  4. İştirakçılar həmçinin birləşərək qrup şəklində də öz təkliflərini verə bilərlər. Bu halda hər bir müəllifin (bəstəkarın) adı qeyd edilməlidir. Qrup şəklində təklif verən tərəf bir iştirakçı kimi qiymətləndiriləcək, və qrup qalib gəldikdə mükafat müəlliflərə ayrı ayrılıqda deyil, yalnız bir dəfə bütöv qrupa ödəniləcək. 

 

Mükafatlandırma

Müsabiqədə qalib gəlmiş iştirakçılar aşağıdakı qaydada mükafatlandırlıcaq:

  1. 1-ci yer üçün: 1.500 (bir min beş yüz) manat
  2. 2-ci yer üçün: 1.000 (bir min) manat
  3. 3-cü yer üçün: 500 (beş yüz) manat

 

Əlavə olaraq, müsabiqədə qəlib gəlmiş bir və ya bir neçə iştirakçı ilə filmin bütün bölümləri üçün musiqilərin yazılması məqsədilə müqavilə danışıqlarına başlanılacaq.

 

QEYD 2: Burada müəyyən edilmiş pul mükafatları yalnız müsabiqədə həvəsləndirmə məqsədi daşıyır və heç bir halda filmdə istifadə olunacaq musiqilərin qiymətinə təsir etməyəcək. Həmin qiymətlər və digər mühüm şərtlər yuxarıda qeyd edilmiş müqavilə danışıqları zamanı ayrıca razılaşdırılacaq və müqavilədə təsbit olunacaq. 

IV.       Bəstələrin təqdim etmə qaydaları

  1. Müsabiqə üçün bəstələrin son təqdim edilmə tarixi 25 yanvar 2023-cü ildir.
  2. Bəstələr elektron daşıyıcıda (flashcard), email yaxud digər elektron vasitə ilə(məsələn, we_transfer vasitəsilə) təqdim edilə bilər.
  3. Format: Mp3
  4. E-mail ünvanı: info@shahdagfilm.az
  5. İştirakçının adı, soyadı və mobil telefonu qeyd edilməlidir.

 

V.         Qaliblərin seçilməsi

Qaliblər  Azərbaycan Televiziyası, Mədəniyyət Nazirliyi və “Şahdağ Film”in peşəkar mütəxəsisslərindən ibarət münsiflər heyətinin mülahizəsinə əsasən seçiləcək və qaliblərin adları ictimaiyyətə açıqlanacaq.

XƏBƏRLƏR

17.03.2023 15:54
Parisdə Novruz bayramı təntənəli şəkildə qeyd edilib
13.03.2023 11:43
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
10.03.2023 09:07
Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək
06.03.2023 17:59
Xaçmaz, Qusar və Quba rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
06.03.2023 14:13
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
03.03.2023 17:21
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq
03.03.2023 16:25
Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.03.2023 13:39
Milli Muğam Müsabiqəsi başlayır
01.03.2023 15:48
Xalq artisti Oqtay Kazıminin yubileyinə həsr olunan musiqi axşamı keçirilib
01.03.2023 15:36
“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib
25.02.2023 12:46
Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi
23.02.2023 16:11
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.02.2023 15:14
Əməkdar rəssam Ağasaleh Nuriyev vəfat edib
21.02.2023 10:53
Xalq artisti Ramiz Novruz vəfat edib
20.02.2023 17:15
Xalq artisti, muğam ustadı Arif Babayevin 85 illiyi qeyd olunub
20.02.2023 16:18
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək
20.02.2023 09:34
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edib