Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1144

Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyi Nyu-Yorkda təntənə ilə qeyd edilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Diaspora Komitəsinin və Azərbaycanın Vaşinqtondakı Səfirliyinin dəstəyi, Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin rəhbəri, tanınmış pianoçu, Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarovanın təşəbbüsü və təşkilatçılığı ilə noyabrın 22-də Nyu-Yorkdakı “Karnegi Holl”da “Dostluq körpüləri” adlı konsert təşkil olunub.

Dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş konsertdə tanınmış musiqiçilər – violin ifaçısı Aleksandr Markov və pianoçu Nərgiz Əliyarova, eləcə də Əməkdar artist, dirijor Fuad İbrahimovun rəhbərliyi altında Nyu-York Virtuozlarının Beynəlxalq Orkestri (NYIVO) iştirak edib.

Tədbiri giriş sözü ilə açan Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısı və prezidenti Nərgiz Əliyarova Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi, simfonik muğam janrının banisi, mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş Fikrət Əmirovun həyat və yaradıcılığı barədə məlumat verib.

Gecədə Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Fikrət Əmirov və Elmira Nəzirovanın Piano və orkestr üçün ərəb mövzuları əsasında konserti (ABŞ premyerası), Cerri Brubeykerin aranjimanında “Corc tərəfindən Gerşvin”, Faruk Kancanın “Vox in Terra” (“Terrada səs”) əsəri və Feliks Mendelsonun Violin və orkestr üçün e-moll konserti (op. 64) səsləndirilib.

“Dostluq körpüsü” (Bridge of Friendship) adlandırılan musiqili gecəyə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, diplomatlar, ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları, yerli ictimaiyyətin nümayəndələri və sənətsevərlər qatılıblar.

Tədbirlə bağlı Nərgiz Əliyarova öz fikirlərini bölüşüb: “Mən xoşbəxtəm ki, Azərbaycanın böyük bəstəkarının 100 illik yubileyinin məhz anadan olduğu gündə, dünyanın ən möhtəşəm konsert salonlarının birində 8 aylıq hazırlıqlar nəticəsində ərsəyə gətirdik. Konsert 1400-dən artıq tamaşaçının iştirakı ilə gerçəkləşdi. Gecəyə Kanada, Brazilya və başqa ölkələrdən onlarla sənətsevərlər təşrif buyurdu.”

XƏBƏRLƏR

06.12.2023 14:43
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
06.12.2023 13:24
“Zamanla dialoq” adlı fərdi sərgi açılacaq
05.12.2023 09:43
Qazaxıstan Mədəniyyəti Günləri sərgi və qala-konsertlə başa çatıb
04.12.2023 12:55
Mədəniyyət naziri qazaxıstanlı həmkarı ilə görüşüb
04.12.2023 10:23
Türk Dünyasının Yumor Festivalı keçirilib
01.12.2023 14:15
Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun icmalı
30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub